Siciliya

Siciliya[3]Aralıq dənizində ən böyük ada. İtaliya muxtar vilayətlərindən biri. Sahəsi 25460 km². Apennin yarımadasından cənubda yerləşir və Messina boğazı vasitəsilə ondan ayrılır. Sahilləri, əsəsən, dik və az girintili çıxıntılıdır. Dağlıq və təpəli relyef üstündür. Şimal sahili boyu Apennin yarımadasındakı dağların davamı olan silsilələr və ayrı-ayrı massivlər (Peloritan dağları, Nebrodi, Le-Madoniye) uzanır. Mərkəzi hissəsini alçaq dağlıq sahələr və təpəliklər tutur; cənub-şərqdə karstlı İblen platosu yerləşir. Şimal və qərb sahillərində akkumulyativ düzənliklər var. Adanın ən yüksək nöqtəsi Etna vulkanıdır (3340 m). Tez-tez zəlzələlər olur. Faydalı qazıntıları: kükürd, neft, təbii qaz və s. İqlimi Aralıq dənizi tipli subtropikdir. Etnanın zirvəsi ilin 9 ayı qarla örtülü olur. İllik yağıntı düzənliklərdə 400–600 mm, dağlarda 1200–1400 mm. Çayların çoxu yayda quruyur. Torpaqları əsasən, dağ-qəhvəyi və qırmızıdır. Makvis, qariqa və Aralıq dənizi tipli çöl bitkiləri geniş yayılmışdır. Adanı Siciliya boğazı Bon yarımadasından, Messina boğazı isə Apennin yarımadasından ayırır.

Siciliya
Sicilia
Sicìlia
Bayraq Gerb
Bayraq Gerb

37°35′59″ şm. e. 14°00′55″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Palermo
Tarixi və coğrafiyası
Yaradılıb 15 may 1946
Sahəsi
  • 25.711 km²
Hündürlük
3.340 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.983.478 nəf. (2019)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu IT-82
Rəsmi sayt
Siciliya xəritədə
Siciliya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siciliyadakı ilk yaşayış məskənlərinin əsası e.ə 8-ci yüzillikdən başlayaraq karfagenlilər və yunanlar tərəfindən qoyulub. E.ə. 734-cü ildə Etna dağının şərq yamacında əsası qoyulmuş Naksos Siciliyada ən qədim yunan koloniyası hesab edilir. E.ə. 431–404-cü illərdə baş vermiş Peloponnes müharibəsinin gedişatında Afinalar Siciliyanı tutmağa çalışsa da, müvəffəqiyyətsizliyə uğradılar. E.ə. 241-ci ildə Birinci Pun müharibəsinin nəticəsində Siciliya Qədim Romanın ilk əyaləti kimi onun tərkibinə qatıldı və 440-cı ildə Roma imperiyasından ayrıldı. Erkən orta əsrlərdə Siciliya vandalların (V əsrdə), ostqotların (VI əsrdə) və Bizans imperiyasının (535-ci ildən etibarən) nəzarətində olub. 888-ci ildə ərəblər Siciliyanı tutaraq buraya İslam dinini gətiriblər. Ərəblərin hakimiyyətdə olduğu dövrdə adada yarımmüstəqil Siciliya əmirliyi mövcud olub. XI əsrdə adanı normanlar işğal edib. XII–XIII əsrlərdə Siciliya krallığı qurulub.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
Əyalətlər İnzibati mərkəzlər Sahəsi (km2) Əhalisi[4] Əhali sıxlığı (nəfər/km2)
Aqricento Aqricento 3,042 453,594 149.1
Kaltanissetta Kaltanissetta 2,128 271,168 127.4
Kataniya Kataniya 3,552 1,090,620 307.0
Enna Enna 2,562 172,159 67.2
Messina Messina 3,247 652,742 201.0
Palermo Palermo 4,992 1,249,744 250.3
Raquza Raquza 1,614 318,980 197.6
Sirakuza Sirakuza 2,109 403,559 191.3
Trapani Trapani 2,460 436,240 177.3
Şəhərlər Əhalisi
31 dekabr 2008
Palermo
(Palermo əyaləti)
656.358
Kataniya
(Kataniya əyaləti)
295.155
Messina
(Messina əyaləti)
242.812
Sirakuza
(Sirakuza əyaləti)
123.448
Marsala
(Trapani əyaləti)
82.565
Cela
(Kaltanissetta əyaləti)
77.165
Raquza
(Raquza əyaləti)
73.455
Trapani
(Trapani əyaləti)
70.688
Vittoriya
(Raquza əyaləti)
63.033
Kaltanissetta
(Kaltanissetta əyaləti)
60.225
Aqricento
(Aqricento əyaləti)
59.108
Baqeriya
(Palermo əyaləti)
56.093
Modika
(Raquza əyaləti)
55.074
Açireale
(Kataniya əyaləti)
52.962
Madzara del Vallo
(Trapani əyaləti)
51.429
Siciliyanın yaşayış məntəqələri
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Italian National Institute of Statistics. 1926.
  3. ASE, VIII cild, Bakı, 1984, səh. 466
  4. Population may 2011, data from Demo Istat Arxivləşdirilib 2011-07-01 at the Wayback Machine. Demo.istat.it. Retrieved on 2012–12–18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]