Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 61 saniyə əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əl-Bəb (ərəbcə: qapı) yaxud Bəbu-l-Əbvab (Qapılar qapısı) — ərəblərin Dərbəndə verdikləri addır.
Məlumdur ki, Böyük Qafqaz sıra dağlarında Xəzər dənizindən başlamış qərb istiqamətdə dağ keçidləri silsiləsi mövcud olub. Sasani padşahlarından Qubad Firuz, sonra da onun oğlu I Xosrov türk tayfalarının şimaldan get-gedə artan basqın və hücumlarının qabağını almaq üçün həmin keçidlər üzərində möhkəmləndirilmiş qalalar sistemi qurmuş və onları bir-birinə uzunluğu təxminən 40 fərsəng (240 km) təşkil edən ümumi bir divarla birləşdirmişlər. Bu qalalar sistemini sonralar ərəblər "əl-əbvab" (qapılar) adlandırmışlar. Hər qapının da ayrı-ayrılıqda öz adı vardı. İbn Xordadbehə görə qalaların sayı on üçə çatırmış. Lakin onların başlıcası Dərbənd olduğundan ərəblər ona "əl-Bəb" və "Bəbü-l-Əbvab" adı vermişlər. Xilafət dövründə xəzəryanı ölkələr arasında dəniz yolu ilə ticarət sürətlə inkişaf etdiyindən Dərbəndin siyasi və ticari əhəmiyyəti xeyli artır və о tezliklə böyük sahilyanı şəhərə, mühüm dəniz limanına çevrilir