2016-cı ildə Əl-Həsəkə uğrunda döyüş — Suriyanın Əl-Həsəkə şəhərinə nəzarət uğrunda hərbiləşdirilmiş "Asayiş" polisi və Xalq Müdafiə Birlikləri (YPG) ilə hökumətəmeylli Milli Müdafiə Qüvvələri və Suriya Hərbi Hava Qüvvələrinin dəstəklədiyi Suriya Ərəb Ordusu arasında baş tutmuş döyüş.
Əl-Həsəkə uğrunda döyüş | |
---|---|
Tarix | 23 avqust 2016 |
Yeri | |
16 avqust 2016-cı ildə Əl-Həsəkə şəhərində "Asayiş" və MMQ qüvvələri arasında kiçik bir atışmadan sonra toqquşma baş vermişdir. Hər iki tərəf bu toqquşmada ərazi əldə etdiyini irəli sürmüşdür.[1]
19 avqustda MMQ döyüşçüləri "Yeni Xəstəxana"nı və Marşo ərazisinin bəzi hissələrini ələ keçirərək şəhərin mərkəzində irəlilədiyi iddia edilmişdir.[2] Suriya Ərəb Hərbi Hava Qüvvələri "Asayiş" qərargahına 10 hava zərbəsi endirmişdir.[3] Bu, Suriyada vətəndaş müharibəsi zamanı ilk dəfə idi ki, Suriya Ərəb Hərbi Hava Qüvvələri kürd qüvvələrinə qarşı hava zərbələri endirmişdir.[4] Bəzi xəbər agentliklərinin məlumatına görə, ABŞ xüsusi təyinatlıları həmin gün Əl-Həsəkənin ətrafından geri çəkilmişdir.[5][6][7] Eyni zamanda, Əl-Həsəkənin şimal-şərqindəki Kviran bölgəsində və şəhərin şərqindəki Ən-Nəşve bölgəsində ağır toqquşmalar baş vermiş, burada kürd qüvvələri böyük irəliləyiş əldə əldə etmişdir.[8]
23 avqust 2016-cı ildə Rusiyanın vasitəçiliyindən sonra atəşkəs razılaşması imzalanmışdır. Şəhər demək olar ki, tamamilə kürd qüvvələrinin nəzarəti altına düşmüşdür.[9]