Əl əməyi

Fəhlə əməyi (fiziki əmək), 1920.

Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti.

Ümumi anlayış

[redaktə | mənbəni redaktə et]

Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır.

Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır.

Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır.

Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır. Bu hal insan zəhmətini canlıların instinktik fəaliyyətindən fərqləndirir. Bu baxımdan filosoflar Karl MarksFridrix Engels insanın və cəmiyyətin yaranmasında ilk növbədə "əmək faktoru" görürlər.

Əmək iqtisadi kateqoriya kimi

[redaktə | mənbəni redaktə et]

Əmək əksər hallarda əmək haqqı hesabına həyata keçirilir. Əmək haqqının artması görülən işin həcminin və cəmiyyətin maddi imkanının artması hesabına arta bilir. Onun artımının müxtəlif səbəbləri olsa da onların hamısı mükəmməl sayılmır. Görülən işi tamamilə nəzərə lan ümumi prinsip indiyə qədər yoxdur. Burada subyektiv faktor və ya əməyin qiymıətləndirilməsində heç də bütün amillərin nəzərə alınmamasıdır.[1]

Emek aletlerinin cemiyyetin inkisafinda rolu haqqinda esse

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "İş tapmaq üçün faydalı məsləhətlər". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.