Əl Hosn Qəsri, Ağ Qala və ya Köhnə Qala (ərəb. قصر الحصن) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində tarixi abidə və ən qədim daş binadır.[1] Memarı Mohammed Al Bastaki olmuş və 1761-ci ildə inşa edilmişdir.[2] Qəsr Rəşid Bin Səid Əl Maktum küçəsində yerləşir[3] və Əbu-Dabi Mədəniyyət Fondunun bir hissəsidir.[4]
Əl Hosn Qəsri | |
---|---|
ərəb. قصر الحصن | |
| |
24°28′57″ şm. e. 54°21′17″ ş. u. | |
Ölkə | BƏƏ |
Şəhər | Əbu-Dabi |
Yerləşir | Şeyx Zayed 1 küçəsi |
Tikilmə tarixi | 1761 |
Rəsmi sayt | qasralhosn.ae |
[[Fayl:United Arab Emirates location map.svg |274x400px|frameless]] |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ağ Qala (ilk zamanlar o, ağ deyildi, 1976–1983-cü illərdə təmir zamanı parlaq ağ rəngə boyanıb) və ya Köhnə Qala[5] kimi də tanınan Əl Hosn Qəsri 1761-ci ildə Əbu Dabi adasındakı yeganə şirin su quyusunu qorumaq üçün konusvari gözətçi qülləsi kimi tikilmişdir.[2] Qüllə daha sonra 1793-cü ildə o vaxt Əbu-Dabi hökmdarı Şahbut ibn Dhiyab Əl Nəhayan tərəfindən kiçik bir qalaya çevrildi və hakim Şeyxin daimi iqamətgahı oldu.[2]
Qüllə 1930-cu illərin sonlarında Əbu-Dabidə ilk neft lisenziyasının verilməsi üçün əldə edilən gəlirlər hesabına əsaslı şəkildə genişləndirildikdən sonra indiki şəklini almışdır.[6] 1966-cı ilə qədər əmirin sarayı (buna görə də Qasr əl-Hosn adı, saray qalası mənasını verir) və hökumət iqamətgahı olaraq qaldı.[2] Qala bir neçə dəfə genişləndirilib. Hazırda qala qismən ictimaiyyətə açıqdır.[7][8]
Qəsr əl-Hosn hazırda geniş tarixi, arxeoloji və memarlıq tədqiqatlarının obyektidir.[4][9] Qalada ölkənin tarixini əks etdirən eksponatlar və şəkilləri nümayiş etdirən muzey fəaliyyət göstərir.[5] O, həmçinin bölgənin tarixində istifadə edilən bir sıra silahları nümayiş etdirir.[5]
Əl Hosn Qəsri festivalı qala ərazisində təşkil edilən illik 11 günlük mədəni tədbirdir.[10][11] Qala bəzi qadağan olunmuş ərazilər daxil olmaqla,[11] festival zamanı ictimaiyyət üçün açıqdır. Tədbir zamanı BƏƏ-nin mədəni irsini göstərən canlı musiqi və rəqs nümayişləri təqdim edilir.[8]