Əlcəzair Qırmızı Aypara Cəmiyyəti

Əlcəzair Qırmızı Aypara Cəmiyyəti (ing. Algerian Red Crescent Society) — 1957-ci ildə təsis edilmiş Əlcəzair humanitar könüllü təşkilatıdır. Yalnız 1963-cü ildən Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı tərəfindən tanınmışdır.

Əlcəzair Qırmızı Aypara Cəmiyyəti
ARCS
ing. Algerian Red Crescent Society
Loqonun şəkli
Növü Yardım agentliyi
Fəaliyyəti Humanitar yardım
Yaranma tarixi 1957
Mərkəzi Əlcəzair şəhəri, Əlcəzair
Sədr Hadj Hamou Ben Zafir
Rəsmi internet səhifəsinin ünvanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin tarixi və yaradılması

[redaktə | mənbəni redaktə et]
Əlcəzair Qırmızı Aypara Cəmiyyəti

Əlcəzair Qırmızı Aypara Cəmiyyəti 1954-1962-ci illərdə Əlcəzair müharibəsi dövründə Qırmızı Xaç Daxili Komitəsi (QXDK) tərəfindən ilkin humanitar missiyalar zamanı təsis edildi.[1] Fransız hökumətinin əlcəzairli tələbələrə insan hüquqlarının öyrənilməsi sahəsində təhsillə təmin etməsinə baxmayaraq, onlar müəyyən siyasi hadisələrin baş verdiyi zamanlarda bu hüquqlara açıq şəkildə sahib çıxmadılar.[2]

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilk missiyasını 1955-ci il fevral ayının birində həbs zamanı insan haqlarının pozulmasına və kobud rəftara məruz qalan məhbuslara və onların ailələrinə yardım göndərdiyi zaman yerinə yetirmişdir.[1] Bu müddət ərzində bir tibb işçisinin iştirakı ilə ƏQAC sanitariya obyektlərinin, yataqxanaların və mətbəxlərin vəziyyəti, həmçinin tibbi müalicə və sağlamlıq baxımından araşdırmalar aparmaq üçün həbsxanada olan məhkumlar və işçilərlə görüşlər keçirmişdir.[3] Bu missiyanın müvəffəqiyyətlə həyata keçirilməsindən sonra cəmiyyət yenidən 1956-cı ilin may ayının 12-dən iyun ayının 28-nə kimi 61 həbs düşərgəsini ziyarət etdi və burada işgəncə və pozğunluq halları ilə qarşılaşdı.[4] Bu kimi xoşagəlinməz tapıntılar cəzaçəkmə müəssisələrində insan haqlarını nəzarət etmək üçün daha cəlbedici bir vəziyyətə ehtiyac duyulduğunu göstərdi və 1957-ci ilin yanvar ayının 10-da Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin yaradılmasını sürətləndirdi.[5] Təşkilat ilk dəfə Milli Azadlıq Cəbhəsinin liderinin sürgündə olduğu Mərakeşin Tanjer və Tunisin Tunis şəhərində yaradıldı.[6] Mamiya Şentof Tunisdəki şöbənin təsisçilərindən biri idi.[7][8] BQXK daxilində yaradılan Əlcəzair Qırmızı Aypara Cəmiyyəti 1956-cı ilin mart ayının 2-də yenicə müstəqilliyə qoşulan qonşu Mərakeşdə qırx min qaçqına yardım göstərdi.[9]

Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin missiyaları

[redaktə | mənbəni redaktə et]

Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin 1957-ci ildə yaradılmasından sonra təşkilat Əlcəzair daxilində humanitar yardım göstərməyə davam etmişdir.

  1. 1 2 Perret and Bugnion 2011, p. 713
  2. Perret and Bugnion 2011, p. 708
  3. Perret and Bugnion 2011, p. 715
  4. Perret and Bugnion 2011, p. 718
  5. Perret and Bugnion 2011, p. 722
  6. Johnson, Jennifer. The Battle for Algeria: Sovereignty, Health Care, and Humanitarianism. Philadelphia, Pennsylvania: University of Pennsylvania Press. 2015. səh. 101. ISBN 978-0-8122-9200-8. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
  7. (منصر) Mansar, (زهية) Zahia. "مامية شنتوف تلتحق ببيار شولي إلى الرفيق الأعلى" [Chentouf's mother joins Pierre Schully as the Comrade's Supreme Comrade] (Arabic). Algiers, Algeria: Al Fadjr. 10 October 2012. 9 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 October 2017. (#apostrophe_markup)
  8. Tahri, Hamid. "Mamia Chentouf, Moudjahida, membre fondatrice de l'UNFA: «Je me sens toujours engagée»" [Mamia Chentouf, Moudjahida, founding member of UNFA: "I still feel committed"] (French). Algiers, Algeria: El Watan. 15 May 2008. 25 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2017. (#apostrophe_markup)
  9. Perret and Bugnion 2011, p. 723