Əlcəzair etirazları — 2019-cu ilin fevral ayından Əlcəzairin müxtəlif şəhərlərdə başlayan və 82-ci prezident Əbdüləziz Buteflikanın beşinci dövr üçün prezidentliyə namizəd olmasına qarşı aparılan xalq hərəkatı.
Əlcəzair etirazları | |||
---|---|---|---|
Tarix | 16 fevral 2019 — h.h | ||
Yeri | Əlcəzair | ||
Səbəbi | Əbdüləziz Buteflikanın 5-ci müddətə prezidentliyə namizədliyini irəli sürməsi. | ||
Nəticəsi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
10 fevral 2019-cu ildə Əbdüləziz Buteflika yeni prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini bəyan edir. Bununla belə dövlət başçısı ağır xəstəliklərdən əziyyət çəkir. Hətta 2013-cü ildə İnsult keçirmiş və hazırdada əlil arabasında hərəkət edir. İctimaiyyətdə nadirən görünür.
16 fevral – Herrat şəhərində yüzlərlə insan küçələrə çıxmış və prezidentin 5-ci müddətə namizədliyinə qarşı çıxmışdır[5].
18 fevral – Prezident Buteflikanın qarşıdakı seçkilərdə iştirak etməsinə etirazlar ölkənin şimalındakı bir neçə əyalətdə keçirilir. Polis etirazların yatırılması üçün güç tətbiq etmir[6].
21 fevral – altı həmkərlar ittifaqı 27 fevraldan tətilə başlamaq barədə çağırışlar edir. Həmkarlar ittifaqı nümayəndələri ölkənin küçələrində səlahiyyətlilərin təhsil işçilərinin tələblərini nəzərə almadığına etiraz edirlər[7].
22 fevral – ölkədə Prezident Buteflikanın idarəçiliyinə qarşı etirazlar başladılır[8].
25 fevral – polis etirazçılara qarşı gözyaşardıcı qaz tətviq edir[9].
28 fevral – Əlcəzair şəhərində universitet tələbələri prezidentin növbəti dəfə namizədliyinə qarşı etiraz keçirirlər. Universitetin əsas binasında etirazlar baş verməsinə gözətçilər maneə törətdir. Bununlada tələbələr xaricindəki nümayişçilərə qoşulur. Hətta tələbələri universitetin professorları da dəstəkləyir[10].
1 mart – 800 minlik etirazçı ölkənin müxtəlif şəhərlərində prezidentin 20 illik idrəsinə qarşı etirazlara qoşulur. Polislə toqquşmalar hökumət binasıvə prezident rezidensiyası qarşısında baş tutur. Hüquq-mühafizə orqanlarının gözyaşardıcı qazdan istifadə etdir. Nəticədə 10 min etirazçı müxtəlif xəsarətlər alır[11]. Ölkədə senzuraya qarşı etiraz edən 40 jurnalist polis tərəfindən saxlanılır[12].
2 mart – Əl Mayadin və Youm7 tibb mənbələrinə istinadən bildirir ki, prezident Buteflika təkrar xəstəxanaya yerləşdirilib. Bu dəfə isə Cenevrədə kritik vəziyyətdə universitet xəstəxanasına müraciət edib. Həkimlər ona dövlət başçısının vəzifələrini yerinə yetirə bildiyini ifadə edən bir sənəd verə bilmirlər. Bununla əlaqədar Gulf Online nəşrinə görə, yüksək səviyyəli qaynaqlara istinadən Buteflika yaxın gələcəkdə 2019-cu il prezident seçkilərində iştirakıəndan imtina edəcəkdir[13].
3 mart – Buteflikanın prezidentliyə namizədlik barədə sənədləri qeydiyyat üçün Konstitusiya Şurasına təqdim edildi. Ancaq bunu onun yerinə kim etdiyi məlum deyildir. Sənədlərin təqdimatı üçün namizədin sənədləri şəxsən imzalaması şərt olsa da, prezident hazırda Cenevrə xəstəxanasındadır. Bu münasibətlə Abdelgani Zaalane Bufetlika yenidən prezident seçiləcəyi təqdirdə, o xəstə olsa bir il ərzində erkən prezident seçkiləri keçirəcəyini bildirən bir mesajı xalqa bəyan edir. Yeni seçkilər üçün rüzum olsa bu işi Milli Müstəqil Konfrans öz üzərinə götürməlidir. Prezident yeni konstitusiya ilə bağlı referendum keçirəcəyini vəd edir[14][15].
Вelə həmin gün də ölkədə kütləvi etiazlar başlayır[16]. Polis küçələri bağlayır və edirazçılara qarşçı su şırnaqlarından istifadə edir[17]. Etirazlar səbəbindən paryaxta giriş bağlanılır metro fəaliyyətini dayandırır[18].
Paytaxtla yanaşı Konstantin, Oran, Annaba, Mostaqanem, Skikda və bir çıx şəhərlərdə etirazlar keçirilir[19].
4 mart – tələbələr paytaxta etirazlara qoşulur və prezidentin istehfasına qədər universitetlərə getməyəcəyinə qərar verirlər[20].
5 mart – etirazçılar paytaxtda hökumət binalarına girməyə çalışdı amma polis bütün cəhdlərə maneə törətdi və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdi. Nəticədə onlarla insan yaralandı[21]. Konstantin, Annaber və Blida[22] şəhərlərində tələbə etirazları keçirildi.
7 mart – prezidenin tikinci bəyanatını Əlcəzir Poçt, İnformasiya və Telekommunikasiya Texnologiyaları naziri Hud İman Feraoun xalqa bəyzn edir. Prezident "vətəndaşların yetkinliyinə sübut edən xalq tərəkatının sülhsevərliyini" alqışladı və «xaos və üsyanı təşviq etmək» cəhdlərinə qarşı xəbərdar etdi. Öz növbəsində Müdafiə Nazirinin müavini, Milli Xalq Ordusunun Baş Qərargah rəisi Əhməd Qaid Saleh ordusunun ölkənin ali maraqlarını qoruyacaqlarını və ölkəni qan töküldüyü keçmiş illərə qayıtmasına yol verməyəcəyini bəyan edir[23].
Müxalif partiya olan «Sosialist qüvvələrin cəbhəsi» partiyasının üzvləri etirazlara dəstək olaraq Əlcəzir parlamentindəki deputat yerlərindən imtina edir. Partiya həmçinin Əlcəzair rəhbərliyinin dəyişdirilməsi məqsədlərinə çatana qədər sülh nümayişlərinin davam etdirilməsinə çağırış edir[24].
Nümayişlər həmin gündə davam edir. Milli Vəkillər Assosasiyası mitinqlərə qoşulur və «Respublika - krallıq deyil» şuarını səsləndirilər[25].
8 mart – 1 milyon insan paytaxt küçələrinə çıxaraq, Milli Qurtuluş Cəbhəsi partiyasına və Prerzident Bufeylika idarəçiliyinə qarşı çıxırlar. Metro və elektrikli qatarların hərəkəti dayandırılmış, dövlət əhəmiyyətli binalar və xarici ölkələrin səfirlik binalarında mühafizə artırılmışdır. Moris Oden, 1 may meydanları və Ümumi Poçt Office, Viktor Hüqo, Əmiruş və V Məhəmməd bulvarları, Diduş Murad və Ben Mehdi küçələri və digər ərazilər etirazçılarla dolmuşdur. Küçələ çıxa bilməyənləy eyvan və damların üzərlərinə çıxmışdılar[26]. Kütləvi etirazlar zamanı 195 nəfər həbs edilir[27], 112 пpolis yaralanır[28].
Elə həmin gün «Milli Qurtuluş Cəbhəsi» partiyasının bəzi deputatları istehfaya getmiş və nümayişçilərə qoşulmuşdur[29].
10 mart – Əlcəzir Prezidenti Buteflika İsveçrədə müalicəsini bitirdikdən sonra ölkəyə döndü[30].
Müdafiə Nazirinin müavini, Milli Xalq Ordusunun Baş Qərargah rəisi Əhməd Qaid Salah Ruibada çıxış edərkən nümayişçilərə dəstək olduğunu bildirdi. Onun sözlərinə görə xalq və ordusu respublikanın gələcəyi ilə bağlı vahid bir baxışa sahibdir[31].
11 mart – Buteflika bəyanatında 5-ci dönəm üçün prezidentliyə namizədliyini irəli sürməyəcəyini bildirir. Seçkilərin isə yeni konstitutsiyanın hazırlanmasından sonra baş tutacağını bildirir[32].
Seçkinin keçirilmə tarixi xüsusi təyinatlı Əlcəzair Milli Konfransı tərəfindən müəyyən ediləcək. Bu quruma ölkənin sabiq xarici işlər naziri, 85 yaşlı Lahdar Brahimi rəhbərlik edəcəkdir. Bununla yanaşı hökumət istefaya göndərilmişdir[33][34]. Hazırda müvəqqqəКонституционный совет страны утвердил отставку главы государства, а Бутефлика в финальном послании к народу попросил прощения у соотечественниковti hökumətə sabiq daxili işlər naziri ölkəni Nurəddin Bedui rəhbərlik edir. Yeni baş nazir və xarici işlər naziri vəzifəsini isə bu posta 2013-2017-ci illər rəhbərlik etmiş Ratman Lamamra icra edəcəkdir. Ali Seçki Müşahidə Təşkilatı və onun sədri də itefaya göndərilmişdir[35].
Buteflikanın prezident seçkilərində iştirak etməyəcəyini bəyan etməsindən sonra yüz minlərlə adam bunu bayram etmək üçün küçələrə axışmışdır[36][37].
2 aprel prezident Buteflika rəsmən istefaya gedir[38].
Minlərlə əlcəzairli 20 il ölkəyə rəhbərlik etmiş prezidentin istefasını qeyd etməkdən ötrü küçələrə axışır[39]. Bundan öncədə elə həmin günün səhər saatlarında yüzlərlə adam küçəyə çıxaraq Buteflikanın vəzifəsindən ayrılmasını tələb edirdi. Böyük müxalifət partiyaları və hərəkətləri öz adamlıarını küçələrə çıxarmamışdı[40].
3 aprel Ölkənin konstitusiya şurası dövlət başçısının istefasını təsdiqləyir.Buteflika son müraciyyətində xalqından üzr istəyir[41].