Konstantin (ərəb. قسنطينة Qusanṭīna Qüsəntinə) — Əlcəzairin Konstantin vilayətində yerləşən şəhər. Əhalisi 448.374 nəfərdir. Əlcəzair və Vəhran şəhərlərindən sonra Əlcəzairin ən böyük 3-cü şəhəridir.
Konstantin şəhəri | |
---|---|
قسنطينة | |
36°21′54″ şm. e. 6°36′53″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 694 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 25000 |
Digər | |
wilaya-constantine.dz | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər dənizdən 80 km uzaqlıqda, 640 metr yüksəkliyindəki platformada qurulmudur. Dərin vadi ilə əhatə olunmuşdur. Vadinin üzərində bir çox körpü var və bu şəhərə drammatik və xoş gözəllik verir.
Konstantin e.ə. 203-cü ildə yunan koloniyaçılar və numidiyalılar tərəfindən salınmışdır. Şəhər daha sonra Roma İmperiyasının əlinə keçmişdir. 311-ci ildə şəhər imparator Maksent ilə keçmiş Afrika valisi Domitius Aleksandr arasındaki vətəndaş müharibəsində xaraba qalmışdır. 313-cü ilə şəhər bərpa olunmuşdur və Roma imperatoru I Konstantinin adını almışdır. 432-ci ildə şəhər vandalların əlinə keçmişdir. 534-697-ci illərdə isə Bizans İmperiyasının Afrika əyalətinin tərkibində qalmışdır. VII əsrdə Konstantin şəhəri Ərəb hakimiyyətinə düşmüş və Kusantin adını almışdır. Getdikcə inkişaf edən şəhər XII əsrdə Piza, Cenevrə və Venesiya ilə ticarət aparan zəngin mərkəzə çevrilmişdir. 1529-cu ildə şəhər Osmanlı İmperiyasının tərkibinə qatılmış və bəylər tərəfindən idarə olunmağa başlamışdır. Bu bəylərdən 1770-1792-ci illərdə şəhəri idarə edən Salah bəy şəhərdə gözəl memarlıq abidələri tikmişdir.
1826-ci ildə şəhərin son bəyi Əhməd bəy ibn Məhəmməd Şərif Fransa işğalçılarına qarşı mübarizə aparmışdır və Konstantin Əlcəzairdə fransızlara qarşı ən uzun müddət müqavimət aparan şəhər olmuşdur. Amma şəhər 13 oktyabr 1837-ci ildə düşmüş və 1848-ci ildən Fransa tərəfindən idarə olunmağa başlamışdır.
İkinci dünya müharibəsi ərzində Konstantin şəhəri və yaxınlığındaki Sətif kəndləri Müttəfiqlər tərəfindən Şimali Afrika səfəri (1942-1943) zamanı əməliyyat bazası kimi istifadə olunmuşdur.
Konstantinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 11,5 | 13,0 | 14,9 | 18,2 | 23,1 | 28,6 | 33,0 | 32,7 | 28,1 | 22,2 | 16,6 | 12,3 | 21,18 |
Orta temperatur, °C | 11,5 | 13,0 | 14,9 | 18,2 | 23,1 | 28,6 | 33,0 | 32,7 | 28,1 | 22,2 | 16,6 | 12,3 | 21,18 |
Minimum orta, °C | 2,6 | 3,1 | 4,2 | 6,5 | 10,0 | 14,3 | 17,3 | 17,6 | 14,7 | 10,5 | 6,1 | 3,4 | 9,19 |
Yağıntı norması, mm | 66,6 | 58,3 | 61,8 | 53,2 | 41,5 | 20,9 | 8,9 | 12,2 | 36,4 | 38,4 | 43,5 | 71,1 | 512,8 |
Şəhərdə 1943-cü ildə tikilmiş Muhammed Budiaf Beynəlxalq Hava limanı fəaliyyət göstərir.