Əli İsmayılov (əmək qəhrəmanı)

Əli Qurbanəli oğlu İsmayılov (1909, Şərur-Dərələyəz qəzası5 oktyabr 1969, İliç rayonu) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1941), Sosialist Əməyi Qəhrəmanı (1950).[1]

Əli İsmayılov
Əli Qurbanəli oğlu İsmayılov
Doğum tarixi
Doğum yeri Mahmudkənd, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Mahmudkənd, İliç rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti pambıqçı
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1950
"Lenin" ordeni

Həyat və əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əli İsmayılov 1909-cu ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Şərur rayonu) Mahmudkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə H.Aslanov adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalıLenin ordeni, ilə təltif olunmuşdur. Əli İsmayılov 5 oktyabr 1968-ci ildə İliç rayonunda vəfat etmişdir.[2]

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 551.
  2. İsmayılov Əli Qurbanəli oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.