Endirey — rus tələffüzündəki kimi Andreyevo adlandırılan qədim Enderi kəndi tarixən Aksay tərkilərinə (tərki şamxal kimi şöhrətli hakim titulu olub "bəy", "xan" deməkdir. Məşhur Tarkovskilər soyunun ulu babaları bu yerlərin sahibi, hakimi olmuşlar) məxsus idi. Kənd Ak Taş çayı üzərində Xasavyurtdan azca aralıda yerləşir.
Övliya Çələbi Enderi kəndiylə bağlı öz "Səyahətnaməsi"ndə yazırdı: "Ak taş kənarında Enderi əşirətinin otlaqları uzanırdı".
Kəndin yerli əhalisi türk xalqlarından olan (qıpçaq qoluna mənsub) qumuqlar olmuşlar.
Müqtədir araşdırmacılarımızdan olan prof. Dr. Ahmet Caferoğlunun göstərdiyi kimi "özünün geopolitik vəziyyəti üzündən ölkələri VII yüzillikdən etibarən Xəzər dövləti hüdudları içərisinə alınmış və Oğuz-Qıpçaq türk boylarının burada qaynayıb qarışması nəticəsində bir türk uruğu kimi təşəkkül etmiş kumuklar şimali-şərqi Qafqaz ilə Xəzər dənizinin qərb sahillərində, Azərbaycan sərhədlərindən şimala doğru uzanan ərazidə yaşayırlar. Ardınca mərhum Caferoğlunun təsvir etdiyi kimi, kumuklar toplu halda Dağıstan MR-ə daxil olan Xasavyurt, Babayurt, Kızılyurt, Buynak, Qayakənd, Qaytaq əyalətlərində yaşamaqla yanaşı, ayrıca Mahaç Qala, İzberbaş, Dərbənd şəhərlərində və dağınıq halda Çeçenistanda, Qərbi Osetiya kəndlərində yaşayırlar.
Azərbaycan tarixində müəyyən yer tutan Xasay xan Usmiyev bu kənddəndir. (O, Qarabağ xanlığının yeganə varisi Xurşud Banu Bəyim Natəvanın əri və oğulları Mehdiqulu xan Usmiyevin (Vəfa) və qızları Xan Bikənin (Naxçıvan xan evinə gəlin getmişdi) atasıdır.
Z. İ. Yanpolskinin yazdığına görə, Sulaq çayı sahilində indiki Andreevo (Enderi) kəndinin yerində VIII əsrə qədər Xəzər xaqanlığının paytaxtlarından olan Beləncər (Belecar) yerləşirdi. Bəzi etimoloq alimlər, o cümlədən qafqazşünas alim Qədirxocayev bu yer adının tarixini daha əvvəlki çağlarla bağlayır; O Enderi adını əski Bulqar toponimləri sırasına aid edərək yazır: bizim fikrimizcə, bulqar toponimlərinə Kumuk avul, Enderey avul, Başlıkent, Jüngütey, Kermençik və bir sıra digərlərini aid etmək olar.
Çarizmin istilasının ilk çağlarında təbii ki, adın qədim variantı da işlədilirdi. Məsələn: iyulun 23-də Enderi kəndinin (Andrevskoe) əhalisi briqadir Veteraninin komandınlığı altında Astarxandan yola düşən süvari qoşunlarımızın ön hissələrinə basqın etmişdilər
Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlarBakı, Nurlar, 2009, səh.92–93
Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |