Əli Əkbər Raefipur (farsca: علی اکبر رائفی پور) , universitetlərdə dinlər və məzhəbçilik , apokalipsis , satanizm , masonluq və sui — qəsd nəzəriyyələri mövzusunda etdiyi mühazirələrlə tanınan İranlı bir natiqdir (danışandır).[2][3] O , özünü xilaskarın dəstəkçisi , sionizm və medianın alimi təsvir edir.[4] O Masaf İnstitutunun qurucusudur.
Əli Əkbər Raefipur | |
---|---|
علی اکبر رائفی پور | |
Doğum tarixi | 1984[1] |
Doğum yeri | Tehran, Iran |
Dini | Şiəlik |
İxtisası | mühazirəçi |
Fəaliyyəti | orator, konspiroloq[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Masaf 12 vahidə sahibdir, memarlıq vahidi, yeniyetmə vahidi, düşmənşunaslıq vahidi, musiqi vahidi, iqtisadiyyat vahidi, media təhsili vahidi, beynəlxalq vahidi, ailə vahidi , dinlər vahidi, sağlamlıq vahidi, texniki mühəndislik vahidi və qida təhlükəsizliyin vahidi. Bu vahidlər həm də icra işləri görmüşlər.[5]
Sosial mediada O , tərəfdarları və şiə müsəlmanları ilə birgə Twitter fırtınalarını #covid1948 , #LiveLikeAli , #ThePromiSedsaveOur hashtaglarla yaradıb nəşr etdilər . "Əli Raefipur bildirib ki , #ThePromiSedsaveOur hashtagın dərc etməkdə məqsədimiz, dünya insanlarına problemlərimizin açarı, ilahi xilaskar Mehdi (ə) və İsanın (ə) geri dönmələrinin bildirməsidir."[6]
Stanford Universiteti Kiber Araşdırmalar Mərkəzi , İsrail əleyhinə #covid1948 hashtag ilə əlaqədar bir məqalədə xəbər verir və hashtagın populyarlaşmasında əsas amillərdən birinin İranlılar və Əli Əkbər Raefipur olduğunu söyləyir.[7]
Əli əkbər Raefipurun İnstaqramda bir çox fan səhifəsi var və ən böyükünün bir milyondan çox izləyicisi var.
Raefipur İncildəki İnsan Oğlunun Mehdi (ə) olduğuna inanır.[6] O deyir ki , cins şalvar cinlərin adını daşıyır . Raifipur , bəzi köynəklərin nömrələrinin və simvollarının bir sehr və ya pis bir şüar olaraq oxuna biləcəyini söyləyir.[8]
Masonluq və sui — qəsd nəzəriyyələri haqqında danışmağı dayandırdı və "Gizli və Şeytani cəmiyyətlərdən danışmağın kifayət olduğunu düşünürəm"dedi .
"Xilaskarın geri dönməsi üçün güclü bir cəmiyyətə və bir mədəniyyətə sahib olmalıyıq" dedi.
Raefipur 2010-cu ildən etibarən siyasətə , iqtisadiyyata və sivilizasiyaya baxış mövzusuna girdi.[5]
Mark Weber , 2012-ci ildə Tarix Araşdırmaları İnstitutundan İrana səyahət edərkən onunla danışdı.[9][10]