Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ələsgərov Əli Ələsgər oğlu (29 iyun 1953, Nehrəm, Naxçıvan rayonu) — Əməkdar həkim (2009).
Əli Ələsgərov | |
---|---|
Ələsgərov Əli Ələsgər oğlu | |
Doğum tarixi | 29 iyun 1953 (71 yaş) |
Doğum yeri |
Ələsgərov Əli Ələsgər oğlu 29 iyun 1953-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.
1979-cu ildə Tibb İnstitutunu bitirərək terapevt ixtisası almış, əmək fəaliyyətinə Nehrəm kənd xəstəxanasında başlamışdır. Sonralar işini Naxçıvan şəhərində N.Nərimanov adına Respublika xəstəxanasında davam etdirmişdir.
1998-ci ildən həmin xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. 2012-ci ildən Naxçıvan MR. N.Nərimanov adına Respublika xəstəxanasının Baş həkimi vəzifəsində işləyir. Babək rayonunun Nehrəm kəndində yaşayır.
Ailəlidir, 4 övladı,7 nəvəsi var.
2009-cu ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun fərmanı ilə muxtar respublika səhiyyəsinin inkişafındakı səmərəli fəaliyyətinə görə Ələsgərov Əli Ələsgər oğluna "Əməkdar həkim" fəxri adı verilmişdir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |