Əli Osman oğlu Əliyev — alim, fizika-riyaziyyat elmləri doktoru, professor.[1]
Əli Əliyev | |
---|---|
Əli Osman oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Köçvəlili, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fizika - riyaziyyat |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
Əli Əliyev 1941-ci ildə Ağstafa rayonunun Köçvəlili kəndində anadan olmuşdur. Köçvəlili kənd orta məktəbini bitirərək, 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsində ali təhsil almışdır.[1]
Əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin yarimkeçiricilər fizikası kafedrasında başlamışdır.
1963-cü ildə təhsilini Leninqradda (İndiki Sankt-Peterburq) aspiranturada davam etdirmişdir. 1968-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildən yarımkeçiricilər kafedrasında müəllim, 1970-ci ildən dosent vəzifəsində işləmişdir.
1970-1971-ci illərdə Fransada elmi ezamiyyətdə olmuşdur.
1973-1977-ci illərdə Əlcazair Dövlət Universitetində və 1981-1984-cü illərdə Konqonun Brazzavil Universitetində professor vəzifəsində çalışmışdır.
Xaricdə işlədiyi müddətdə fransız dilində iki dərslik (bərk cisimlər fizikasına aid) çap etdirmişdir.
1992-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.
40-dan çox elmi məqalənin, tədris vəsaitinin müəllifidir. Bir çox elmi konfransların iştirakçısıdır.
Ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin yarımkeçiricilər kafedrasında çalışmışdır.
2008-ci ildə Bakı şəhərində vəfat etmişdir.