Əlizadə Əli Oqtay oğlu (1984, Bakı) — Azərbaycan Dövlət Pantomim teatrının aktyoru.[1]
Əli Əlizadə | |
---|---|
Doğum tarixi | 1984 |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Təhsili |
1984-cü ildə Bakıda doğulub. 2001-ci ildə 42 saylı məktəbi, 2006-cı ildə isə Mədəniyyət və İncəsənət Universitetini bitirib.
2005–2016-cı illərdə Azərbaycan Dövlət Pantomima teatrında aktyor kimi çalışıb. Teatrın "Zibillik pərvanələri", "Eşq" "Dəli Domrul" (Dədə Qorqud), "Tıq Tıq xanım" (Nəqlçi) "Qaranlıq"(Kabus) " Dulusçu" (Mim), "Pantomima buketi", ""No comment" "Ora Bura" " Həqiqətmi" " Son ştrix" "Hamlet" (Hamlet) kimi tamaşalarında müxtəlif rollarda oynayıb.
2015-ci ildən Rebus müstəqil teatrının aktyorudur.
2019-cu ildə Rusiyanın Moskva şəhərində Yay aktyorluq məktəbində iştirak edib və Rusiya Teatr xadimləri ittifaqının diplomunu alıb.
2023-cü ildən Pantomim teatrında çalışır.
Qoqolun Şinel povesti əsasında Ceyhun Dadaşovun hazırladığı "Şİnel" pantomim plastik tamaşasında oynayıb.
2024-cü ildə Romeo və Cülyetta plastik tamaşasında Romeo rolunu oynayıb