Əli Əmirov

Əli Cabbar oğlu Əmirov (25 mart 1915, Naxçıvan12 fevral 1979, Bakı) — Azərbaycan Kommunist Partiyası MK-nin katibi (1962–1971), texnika elmləri doktoru, professor

Əli Əmirov
Azərbaycan Kommunist Partiyası MK-nin katibi
1962 – 1971
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1915(1915-03-25)
Doğum yeri
Vəfat tarixi 12 fevral 1979(1979-02-12) (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Əmirov Əli Cabbar oğlu Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nu bitirdikdən sonra, 1940–1952-ci illərdə "Orconikidzeneft" trestində neft hasilatı ustasından trestin müdirinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1952–1972-ci illərdə "Azərbaycan neft təsərrüfatı" jurnalının redaksiya kollegiyasının üzvü və redaktoru olmuşdur. 1955–1959-cu illərdə Azərbaycan Neft sənayesi nazirinin müavini, 1959–1962-ci illərdə isə "Azneft" İB-nin baş direktoru olmuşdur. 1959-cu ildə "Çox dərin quyuların istismarının bəzi ünsürləri (məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilmişdir. 1971-ci ildən "Azneft" İB baş mühəndisi işləmiş və "Qum adası", "Makarov b.", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Bulla-dəniz" neft-qaz yataqlarının mənimsənilməsində bilavasitə iştirak etmiş və rəhbərlik etmişdir. Əmirov Ə.C. Azərbaycanın Mədəni əlaqələr cəmiyyətinin vitse-prezidenti olmuşdur. 1971-ci ildə "Dərin və çox dərin quyuların mənimsənilməsi və istismarının texnika və texnologiyasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o AzNKİ-nun "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasında dosent, professor vəzifələrində işləmişdir.[1]

Texnika Elmləri Doktoru (1972), SSRİ Dövlət Mükafatları Laureatı (1969), Azərbaycan Neft Sənayeinin müavini (1958–1959), Azərneft Birliyinin rəisi (1959–1962)

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmirov Ə.C. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: dərinlik nasosları ilə istismarın texnikası və texnologiyası; dərində yerləşən neft-qaz yataqlarının işlənilməsi problemi; neftin kompressor üsulu ilə hasilatının təkmilləşdirilməsi məsələləri; Azərbaycan neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və vasitələr kompleksinin yaradılması və tətbiqi. Əmirov Ə.C. 140-dan artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir. O "SSRİ fəxri neftçisi" adına layiq görülmüşdür. Əmirov Ə.C. "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlanıb və akad. İ.M.Qubkin adına mükafatına laureatı olub.

  1. «Нефтяное хозяйство», 1979