Əli Əsgər (rəssam)

Əli Əsgər (1500-cü illər, Kaşan, İsfahan ostanı[2])[3]Səfəvilər dövlətində saray rəssamı. O, miniatürçü Rza Abbasinin atası olmuşdur.

Əli Əsgər
Doğum tarixi 1500-cü illər
Doğum yeri
Uşağı
Fəaliyyəti saray rəssamı, müzəhhib[d], rəssam
Janr peyzaj
Tələbəsi Qazi Əhməd Qumi[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Əsgər Kaşan şəhərində anadan olmuşdur. Əli Əsgər Qazi Əhmədin miniatür rəssamlığında müəllimlərindən biri olmuşdur. Müasir tarixçilər onun yaradıcılığa Səfəvi şahı I Təhmasibin (1524–1576-cı ildə hakimiyyətdə olmuşdur) dövründə başladığını düşünürlər. Bundan sonra o, Məşhəd şəhərinə köçmüş və burada Şeyx Məhəmməd və Abdullahın yanında şahzadə valisi İbrahim mirzə Cahinin xidmətində aparıcı rəssamlardan biri olmuşdur.[4][5]

Saray tarixçisi İsgəndər bəy Münşinin yazdıqlarına görə, Əli Əsgər peyzaj rəngkarlığında fərqlənmişdi. O, daha sonra Səfəvilər dövlətinin paytaxtı Qəzvin şəhərində II Şah İsmayılın (1576–1577-ci illərdə hakimiyyətdə olmuşdur) yanında işləmişdir.[4] Əli Əsgərin üslubu oğlu Rza Abbasinin ilk əsərlərinə təsir göstərmişdir.[5]

  1. Union List of Artist Names (ing.).
  2. 1 2 3 JSTOR. 1995.
  3. Canby, 1999. səh. 38
  4. 1 2 Gray, 1986. səh. 890
  5. 1 2 Robinson, 1988. səh. 125
  • Canby, Sheila R. The Rebellious Reformer: The Drawings and Paintings of Riza-yi Abbasi of Isfahan (ingilis). Bloomsbury Academic. 1999.
  • Gray, Basil. The arts in the Safavid period // Lockhart, Laurence; Jackson, Peter (redaktorlar ). The Cambridge History of Iran (ingilis). Volume 6: The Timurid and Safavid Periods. Cambridge: Cambridge University Press. 1986. ISBN 0-521-20094-6.
  • Robinson, B. W. "ʿAlī Aṣghar, Court Painter". Iran: Journal of the British Institute of Persian Studies (ingilis). 26 (1). 1988: 125–128. JSTOR 10.2307/4299806.