Əli ədavətçiliyi

Əli ədavətçiliyi və ya NasibilikMüaviyəƏli dönəmindəki savaşlarından başlayıb, Əlinin öldürülməsindən sonra daha da şiddətli olub.

Bəni Üməyyə dönəmi

[redaktə | mənbəni redaktə et]

Əli ibn Əbu Talibə söyüş iftira və səbb Bəni Üməyyəli Müaviyə çağından başlanıb Ömər bin Əbdüləziz çağınadək ardısı oldu taki, o, bu işin qadağan olmasına əmr edincə. İbni Əbilhədid Nəhcül-bəlağə şərhi kitabında şiələrin beşinci imamı Baqirdən hədis qondarma və şiələrin oldürülməsinə görə belə deyir:

Biz Qureyşlilər əlindən nə zülmlər və ədavətlər çəkmişik! bizim istəyən və şiələrimiz camaatın içində nələr ki çəkməyiblər!… camaatı bizdən incitmək üçün necə şəhərlərdə bizim demədiyimiz və etmədiyimiz sözləri bizə bağladılar. onların ən şiddətlisi Həsən bin Əlidən sonraidi. bizim şiələrimizi hər şəhərdə tapdılar öldürüb şiə olmaqları üçün əl və qolların kəsdilər. hər kimsəki bizi sevmək və istəməyə məşhuridi həbsə salınıb mal mülkü talan olub evi başına uçurulurdu.[1]

İbn Əbilhədidin yazdığına görə Muaviyə quruluq və yoxsulluq zamanından sonra işçilərinin birinə bir məktub yazaraq dedi: "sənin o, kəslərə ki, Əbu Turabın fəzilət, yaxşılıq və tərifini deyələr heç çeşid məsuliyyətin yoxdur." ondan sonra natiqlər Əli və Əhli-Beytinə söyüş, yalan və iftira etməyə başladılar… O, zamanın ən yazıq camaatı kufəlilərdilər niyə ki Əlinin şiələri orada çox idilər. Müaviyə Ubeydullah ibn Ziyadı oraya hakim edib Bəsrənidə ona tapşırdı. O, şiələri güdüb axtarırdı, onları tanıyırdı niyə ki Əli xilafəti zamanında onun tərəfdaşlarından idi. Beləliklə şiələri hər yerdə, hər zaman hətta daş altında da axtarıb, tapıb öldürürdü və ya onları qorxudub əl, qolların kəsib kor edird. bu işin o qədər ardısı oldu ki İraqda şiədən bir iz qalmadı.[2]

İbn Əsir "əl-Kamil fit-Tarix" kitabında Ömər ibn Əbdüləzizin Əliyə səbb və iftiralara son verməsinin səbəbini belə zikr edir:

Atam Əliyə söyüş və iftira deyəndə dili tutulurdu. dedim: Atam sən yaxşı danışan və fəsih birisisən, amma Əlini xatırlayanda qıssa gəlirsən! dedi: Sən bildinmi? dedim Hə, Dedi: oğlum, əgər bizim yan-yörəmizdəkilər bizim Əlidən bildiklərimizi bilsələr, bizdən üz çevirib onun övladlarına sarı gedərlər.[3]

Haqqında nəql olunan kəlamlar

[redaktə | mənbəni redaktə et]

Həzrəti Əliyə (ə.s) düşmənçilik nasibilərin imanlarının bir parçasıdır.[4]

"Nəsb" Əliyə (ə.s) kin bəsləmək və başqasını ona seçməkdir.[5]

Muaviyə ibn Əbu Süfyan Sədə əmr etdi. (Lakin Sədin onun əmrinə tabe olmadığını gördükdə) dedi: "Sənə Əbu Turabı söyməyə nə mane olur?"

Səd cavab verdi: Allah Rəsulu (s.) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı…[6]

Sədin hədisinə gəldikdə isə, hansı ki, Muaviyə ona Əlini təhqir etməyi əmr etdikdə, o, qəbul etməmişdi, bu zaman Muaviyə dedi: "Sənə Əli b. Əbi Talibi söyməyə nə mane olur?" Sad cavab verdi: "Rəsulullah (s.) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı…[7]

… Səid b. Cubeyrdən onun belə dediyini rəvayət etdi: Mən Ərəfətdə İbn Abbasla bir yerdə idim. O (İbn Abbas) dedi: "Niyə insanların təlbiyə[8] deməklərini eşitmirəm?" Mən dedim: "Muaviyədən qorxduqları üçün." İbn Abbas çadırından çıxaraq dedi: "Ləbbeyk Allahummə Ləbbeyk, Ləbbeykə Allahummə Ləbbeyk, bu insanlar Əliyə nifrət etdiklərinə görə sünnəni tərk ediblər!"[9]

[10][11][12][13][14][15]

Əli b. Muhəmməd bizə rəvayət etdi, Əbu Muaviyə bizə rəvayət etdi, Musa b. Müslim bizə Əbdürrəhman b. Sabitdən, o da Səd b. Əbi Vəqqasdan rəvayət etdi və dedi: Muaviyə Həccdə olarkən Sad onun yanına gəldi. Əlinin adı zikr olundu, Muaviyə onu söydü. Sad qəzəbləndi və dedi: "Sən onun haqqında bu cür sözlər deyirsən? Halbuki. mən Rəsulullahın (s) onun haqqında belə dediyini eşitmişəm: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Həmçinin deyib: "Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir". Həmçinin deyib: "Bu gün bayrağı elə bir şəxsə verəcəyəm ki, o, AllahıOnun Rəsulunu sevir."[16]

[17]

" "Vəl-bəği" nədir? "Bəği" kəlməsi yəni, "zülm ilə təcavüz etmək və həddi aşmaq" deməkdir. Bu ayəyə (Nəhl, 90) Peyğəmbər (s.) və Raşidi xəlifələr zamanında əməl olunub. Amma Bəni-Üməyyə hakimiyyətə gəldikdən sonra əməl olunmadı. Ömər ibn Əbdüləzizin vaxtında lənət oxuyanların lənətlərinin xütbədən yığışdırılmasilə yenidən qüvvəyə mindi. Allah Hz. Əli (ə.s)ı təhqir edənləri xar və təhqir olunmuşlardan etsin."[18]

"Həccac və təyin etdikləri xətibləri Abdullah ibn ZübeyrəƏli ibn Əbu Talibə (ə.s) lənət oxuyurdular. Allah da onlara lənət edənlərə lənət etsin."[19]

"Bəni Üməyyə Hz. Əli (ə.s)ı lənətləyir, təhqir edirdilər. Onlar bu işlə Həzrətin (ə.s) məqamını aşağı salmaq istəyirdilər. Amma əksinə alimlərin yanında Onun (ə.s) məqamı yüksəldi. Əmr ibn Abdullah ibn Zubeyr adlı bir şəxs eşidir ki, oğlu Hz. Əli (ə.s)ı lənətləyir. O, da oğluna deyir: "Oğlum nəbadə bir də bunu deyəsən". Bəni Mərvan 60 il Hz. Əli (ə.s)ı söyüblər (şətəmə). Onların bu hərəkəti Həzrətin (ə.s) məqamını Allah yanında qaldırıb. "[20]

"Biz deyirik ki, Müaviyyə Şam, İraq və hətta digər ölkələrdə olan hər kəsə əmr edirdi ki, Hz. Əlini (ə.s) söysünlər, lənətləsinlər, həmçinin xilafətinə itaət etməsinlər. Həmin bu hökumət əmri mərkəzlərə yazılı şəkildə göndərilirdi. Bir dəstə Müaviyyəyə belə bir məsləhət verirlər:"Ey əmir, sən arzuladığın məqama çoxdan çatmısan. (Əlinin (ə.s) tərəfdarları məhv olub və sən də istəyinə çatıb güclü hökumət qurmusan). İmkandırsa bu Kişini (Əli (ə.s)ı lənətləməkdən əl çək". Cavab verdi ki, And olsun Allaha uşaq bu fikirdə böyüməli və cavan da bu fikirlə qocalmalıdır."[21]

"Müaviyyə Səd ibn Əbi Vəqqasa əmr edir ki, Əli ibn Əbu Talibi (ə.s) söy! O da imtina edir". Bu cümləni qeyd etdikdən sonra İmam Qurtubi bir fikir bəyan edir:"Müaviyyənin bu fikri dəlalət edir ki, Bəni Üməyyə xilafətinin özülünü qoyanlar Hz. Əli (ə.s)a lənət və təhqir deyiblər."[22]

"Xütbə əsnasında bir nəfər haram kəlmə, bidət olan kəlmə danışsa, səhabələri söysə və lənətləsə necə ki, Bəni Üməyyə Ömər ibn Əbdüləzizdən başqa hamısı Hz. Əli (ə.s)ı söyür və lənətləyirdi……"[23]

"Əli ibn Əbu Talib (ə.s) xilafətə gələndə bir sıra şeylər oldu. Həmin bu ixtilafın nəticəsində bir tayfa üzə çıxdı. O tayfa Əli ibn Əbu Talibə (ə.s) qarşı müharibə etdi. Sonra bu əzəmətli hal daha da şiddətləndi. Onu təhqir etdilər. Onlar Əli ibn Əbu Talibi (ə.s) minbərdən lənətləməyi sonralar sünnəyə çevirdilər."[24]

"Başqaları deyir Bəni Üməyyə xütbələrində Əli ibn Əbu Talibi (ə.s) lənətləyiblər. Amma Ömər ibn Əbdüləziz xilafətə çatan kimi bu batil sünnəni (70 il sonra) ləğv etdi. Bu əmri bütün hökumətinə tabe olanlara da yazılı şəkildə göndərdi ki, lənətin əvəzinə ən-Nəhl 90-cı ayə oxunsun. Bu dəyişiklik bu günə qədər davam edir."[25]

Ömər ibn Əbdüləziz nə gözəl iş görmüşdür. Bəni Üməyyə tərəfindən Əhli beytin minbərlərdən lənətlənməsinin yerinə bu ayəni (Nəhl, 90) gətirmişdir.[26]

Bəni Üməyyə Peyğəmbərin (s.) vəsiyyətinə (İki xəlifə -yəni, QuranƏhli-beyt) xilaf çıxmış və onun ziddinə getmişlər. Əhli beytin qanını tökmüşlər, qadın və uşaqlarını əsir götürmüşlər, Onların yaşadıqları məntəqələri viran qoymuşlar, Onların şərəfini alçaltmışlar, fəzilətlərini rədd etmişlər, Onların təhqir və lənətini halal bilmişlər. Muhammadinil Mustafanın (s.) vəsiyyətinə zidd çıxmışlar. Onun zəhmətinin müqabilində Peyğəmbər (s.) qəsdinin tam əksini həyata keçirmişlər. Ar olsun onlara. O gün ki, Peyğəmbərlə (s.) üz-üzə gələcəklər, Onun (s.) qarşısında durduqları zaman rüsvay olsunlar.[27]

  1. İbn-i Əbilhədid, "Şərhi Nəhcül-Bəlağə", c. 11, səh. 43
  2. İbn Əbilhədid, "Şərhi-Nəhcül-Bəlağə", c. 11, səh. 44
  3. İbn Əsir, "əl-Kamilü fit-Təvarix", Tərcüməçi: Hüseyn Ruhani, c. 7, səh. 2864, ISBN 964-5960-94-0 [1]
  4. İbn Mənzur, "Lisan əl-Ərəb, səh. 762
  5. Cəlaləddin Suyuti, "Tədrib əl-Ravi", c. 1, səh. 328
  6. Müslim b. əl-Həccac, "əl-Müsnəd əs-səhih bi nəqlil ədli", № 2404; Dar İhyaul-Kutubil-Ərəbiyyə [2] [3] Arxivləşdirilib 2013-10-18 at the Wayback Machine [4] Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine
  7. İbn Teymiyyə, "Minhacus-sunnə ən-nəbəviyyə", c. 5, səh. 42; Məktəbə İbn Teymiyyə, Qahirə, 1406/1986 [5] Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine [6] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine [7] [8] Arxivləşdirilib 2018-04-05 at the Wayback Machine [9] [ölü keçid]
  8. Təlbiyə — lüğətdə "əmrə əmadə olmaq" mənasındadır. Həcc termini olaraq "Ləbbeyk Allahummə Ləbbeyk" sözləri ilə başlayan duaları oxumaqdan ibarətdir.
  9. Şueyb ən-Nəsai, "Sünən", h.3006 Məktəbətul-Mətbuatul-İslamiyyə, Hələb, 1414/1994
  10. Muhəmməd b. Əhməd əs-Səffarini "Kəşful-lisam" kitabında deyib: ən-Nəsai rəvayət etmişdir, sənədi ceyyiddir.

  11. Nasiruddin əl-Albani, "Səhih Sünən ən-Nəsai", c.2, s.343, h.3006; Məktəbətul-Maarif, ər-Riyad, 1419/1998 [10] Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine
  12. [11] [ölü keçid] [12] [ölü keçid] [13]
  13. Şeyx Nasiruddin əl-Albani "Səhih Sünən ən-Nəsai" kitabında demişdir: "sənədi səhihdir".

  14. İbn Xuzeymə, əs-Səhih, c.2, s.1334, № 2830; əl-Məktəbə əl-İslami — Beyrut, 1424/2003 [14] [15] Arxivləşdirilib 2020-02-20 at the Wayback Machine [16] [ölü keçid]
  15. Dr. Muhəmməd Mustafa əl-Azami kitabın haşiyəsində deyir: sənədi səhihdir.

  16. İbn Macə, əs-Sünən, c. 1, səh. 45; Darul-Fikr, Beyrut; təhqiq: Muhəmməd Fuad Əbdul-Baqi [17] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine [18] Arxivləşdirilib 2011-05-21 at the Wayback Machine
  17. "Onu söydü" — yəni, Muaviyə Əlinin haqqında pis danışdı və onu söydü.

  18. Zəməxşəri, "əl-Kəşşaf" ("Təfsiri Zəməxşəri"), III cüz, səh. 391, "ən-Nəhl" surəsi 90-cı ayənin təfsiri
  19. İbn Həzm (Əbu Muhamməd), "əl-Muhəlla ibn Həzmin", V cüz, səh. 64
  20. İbn Əbdülbirr, "əl-İstiab fi Mərifətil-Əshab", səh. 536
  21. İbn Əbilhədid, "Şərhi Nəhcül Bəlağə"
  22. Qurtubi, "Səhih Müslimdə anlaşılması çətin olan hədislərə şərhlər və qeydlər", VI cüz, səh. 272
  23. İbn Rəcəb Hənbəli, "Fəthul-Bari fi Səhihil-Buxari", VIII cüz, səh. 284
  24. İbn Həcər Əsqəlani, "Fəthül-Bari fi Şərhi Səhihil-Buxari", VII cüz, səh. 71, 3707-ci hədisin şərhi
  25. Cəlaləddin Suyuti, "Tarix əl-Xuləfa", səh. 243
  26. Əllamə Şeyx Əli ibn Sultan Muhammadil Qari, "Mirqatil Məfatih", III cüz, səh. 433
  27. Mənavi, "Feyzul Qadir fi Şərh Camius Sağir", III cüz, səh. 15

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]