I Muaviyə

I Müaviyə və ya Muaviyə ibn Əbu Sufyan — 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır.

I Muaviyə
ərəb. معاوية
Şəxsi məlumatlar
Doğum tarixi 603[1]
Doğum yeri
Vəfat tarixi 18 aprel 680(0680-04-18)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi, yazıçı, şair, qubernator, Xəlifə
Atası Əbu Süfyan
Anası Hind binti Utba
Uşağı
Ailəsi Əməvilər
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Darabcird zərbxanasında Müaviyə üçün Pəhləvi yazısında zərb edilən Sasani üslublu gümüş dirhəm, c. 674. İslamdan əvvəlki Sasani sikkələrində pul üzərində görünən rəmzlər; Ay-ulduz, Bəsmələ və Zərdüştçüatəşi görünür.

Müaviyə ikinci xəlifə Ömər tərəfindən Şama vali təyin edilmişdi. Üçüncü xəlifə Osman ibn Əffanla qohumluğu onun bütün Suriyanı öz hakimliyi altına almasına və güclənməsinə səbəb oldu. Müaviyə gənclikdən bəri ən üstdə olmaq, yəni xəlifə olmaq arzusunda idi. Müaviyə Üçüncü xəlifə Osmanın öldürülməsindən, dördüncü xəlifə Məhəmməd peyğəmbərin əmisi oğlu və haqq canişini İmam Əlini günahkar elan edərək üsyan etdi . Üsyan etməyinin bir başqa səbəbi isə öldürülən üçüncü xəlifə Osmanın qohumu olması idi.(amma Osman onu köməyə çağıranda gəlmədi) Xəlifə Əli, 657-ci ildə paytaxt Kufədən 30 000 nəfərlik ordu ilə Suriyaya yönəldi. Üsyançılara rəhbərlik edən Müaviyə isə ordusunu qurub savaşa hazırlaşdı. Bunun nəticəsində Xilafət və Suriya qoşunları "Siffeyn" adlı çöldə üz-üzə gəldilər. Müharibə 3 ay davam etdi. Sonunda Müaviyə məğlub olmağa başladığını anladı və yaxın dostu hiyləgər Əmr ibni As ilə öz əsgərlərinin nizələrinin uc hissəsinə Quran səhifələri asdırdı. Bunu görən Əlinin qoşunu döyüşü dayandırdı. Xəlifə Əli bunun bir hiylə olduğunu öz ordusuna nə qədər anlatdısa da bir nəticə vermədi. Nəticədə müharibə dayandırıldı və qərara alındı ki, müharibənin qalibini tərəfsiz hakimlər seçsin. Nəhayət Xəlifə tərəfindən Əbu Musa, Müaviyə tərəfdən isə Əmr ibni As hakim olaraq seçildilər. Hakimlərin aldıqları qərarlarda istənilən nəticəni vermədi.

İmam Əlinin öldürülməsindən sonra müsəlmanlar Əlinin oğlu İmam Həsəni xəlifə elan etdilər. Suriya hakimi Müaviyə atası ilə olduğu kimi Həsənlə də müharibə etdi. Lakin İmam Həsən müsəlman qırğının və İslamın zəifləməsinin qarşısını almaq üçün müəyyən şərtlər daxilində xilafəti Müaviyəyə vermək barədə onunla sülh sazişi imzaladı. Müaviyə bütün üsyanları yatırtdı və daxildən güclü bir dövlət yaradaraq xilafəti genişləndirmək üçün fəaliyyətə başladı. O, şərqdə Hindistan və qərbdə İspaniya olmaqla, torpaqları genişləndirdi.

Müaviyə 680-ci ildə öldü. (xilafəti peyğəmbər ailəsindən aldı və peyğəmbər balalarının qətlinə yol açdı) O, ölümündən qabaq oğlu I Yezid üçün xalqdan zorla beyət topladı və yerinə xəlifə olaraq oğlunu qoydu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]