Əli Amir

Əli Amir (26 sentyabr 1937[1][2], Bağdad) — Məşhur İsrail yazıçısı

Əli Amir
Doğum tarixi 26 sentyabr 1937(1937-09-26)[1][2] (86 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti yazıçı, universitet müəllimi[d]
Əsərlərinin dili ivrit dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli Amir 1937-ci ildə Bağdadda anadan olub. Əli Amir uşaq yaşlarında ailəsi ilə birlikdə İsrailə köç edib. O, Mişmar Haemek Kibutzunda tərbiyə alıb. Yerusəlim Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirib.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1980-ci illərdə ədəbiyyat dünyasına atılan Əli Amir tezliklə böyük şöhrət qazanır, qələmə aldığı "Göyərçin uçuran", "Günah keçisi" və "Jasmin" romanları böyük səs-küy doğurur.

"Günah keçisi" eyni zamanda bütöv bir nəslin avtobioqrafiyası hesab olunur. Təsadüfi deyil ki, bu roman bir çox mükafatlara layiq görülmüş, məktəb proqramlarına daxil edilmişdir.

Əli Amir geniş ictimai fəaliyyəti olan bir yazıçıdır, öz həyatını İsrail dövlətində yəhudilərlə ərəblərin qarşılıqlı münasibətləri probleminə həsr edib.

O, ölkəyə yeni köç edənlərin təlim və təhsili məsələlərini həll etməklə məşğul olmaqdadır.

Yazıçının sonuncu romanı olan "Jasmin" bütün Yaxın Şərq ölkələrində ən çox satılan kitablar siyahısındadır.

Azərbaycan dilinə tərcümə edilmiş əsərləri[redaktə | mənbəni redaktə et]

"Günah keçisi" romanı[redaktə | mənbəni redaktə et]

Əli Amir Azərbaycan dilində ilk dəfə "Günah Keçisi" adlı romanı "Alatoran Yayınları" seriyasından nəşr olunub[3]. Bu roman adı çəkilən trilogiyanın ikinci romanı olaraq dünyanın bir çox dillərinə tərcümə edilmiş və ekranlaşdırılmışdır. Son dərəcə maraqlı avtobioqrafik "Günah Keçisi" romanının qəhrəmanı Nurinin başına gələn hadisələr əslində müəllifin öz həyatının epizodlarıdır. Patriarxal, qatı dindar ailənin yetirməsi olan Nuri kibutzda yeni dünyanın insanlarıyla qarşılaşır, şərq və qərb dünyagörüşünün kəsişmə nöqtəsində ziddiyyətli günlər yaşayır.

"Yasəmən" romanı[redaktə | mənbəni redaktə et]

2013-cü ildə Əli Amirin "Yasəmən" romanı Azərbaycan dilinə tərcümə edilmiş və 16 dekabr 2013-cü ildə Bakı Dövlət Universitetində kitabın təqdimatı olmuşdur[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Eli Amir // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  2. 1 2 Eli Amir // Munzinger Personen (alm.).
  3. "Məşhur İsrail yazıçısının romanı ilk dəfə Azərbaycan dilində! — azadliq.org saytı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
  4. "Pərvanə Sultanova, "Bakıda məşhur İsrail yazıçısı Əli Amirin "Yasəmən" romanının təqdimatı olub" — gun.az saytı". 2013-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.