Film respublikanın şəhərlərindən birinə — Əli Bayramlıya həsr edilmiş, şəhərin tarixi, qaynar həyatı, onun əmək adamları, burada görülən işlər barədə, "Avropada birinci" adını almış açıq tipli Əli Bayramlı İstilik-Elektrik stansiyasının fəaliyyətindən danışır.
Əli Bayramlı | |
---|---|
Janr | sənədli film |
Rejissor | Niyazi Bədəlov |
Ssenari müəllifi | Hikmət Ziya |
Operator | Mehman Dadaşov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1971 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1971 |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Şəhərin qocaman sakini 140 yaşlı Böyükağa Qasımov ekranda Əli Bayramlının keçmişindən söhbət açır.