Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (əvvəlki adı: Əli Bayramlı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi.[1]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
Xəritə
39°57′17″ şm. e. 48°56′47″ ş. u.
Əsası qoyulub 28 iyun 1999
Tip orta-ixtisas təhsili müəssisəsi
Şəhər Şirvan
Ölkə
Ünvan Şirvan şəhəri

28 iyun 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı filialının bazasında Əli Bayramlı Pedaqoji Texnikumu adı ilə yaradılmışdır.[2]

9 mart 2006-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adlandırılmış,[3] 10 iyun 2008-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Əli Bayramlı" sözləri "Şirvan" sözü ilə əvəz edilərək müəssisənin adı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci olmuşdur.[4]

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[5]

  • Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • Texnologiya müəllimliyi;
  • İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • Təsviri incəsənət müəllimliyi;
  • İbtidai sinif müəllimliyi;
  • Ailə və ev təhsili;
  • Məktəbəqədər təlim və tərbiyə;
  • Mühasibat uçotu;
  • Maliyyə işi;
  • Yol hərəkətinin təşkili;
  • Neft-qaz işi.