Əli Bayramov (sədr)

Bayramov Əli Məhəmməd oğlu (1959, Şişqaya, Basarkeçər rayonu) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri[1] (2007–2014).

Əli Bayramov
azərb. Əli Məhəmməd oğlu Bayramov
Doğum tarixi
Doğum yeri Şişqaya, Basarkeçər rayonu, Göyçə mahalı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Məhəmməd Bayramov
Milliyyəti Azərbaycanlı
İxtisası İqtisadçı
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Fəaliyyəti Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Əli Bayramov 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində аnаdаn оlmuşdur[2].

Dоğmа Şişqаyа kənd оrtа məktəbini bitirmiş və təhsilini dаvаm еtdirmək üçün Bаkı şəhərinə gəlmişdir.

1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir.

1984-cü ildən Dövlət Maddi Texniki Təchizat Komitəsində (Material Ehtiyatları Nazirliyi) müxtəlif vəzifələrdə çalışmışdır[3].

1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur.

2007-ci ildən[3] Əli Bayramov Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışmış[4] və 21 may 2014-cü ildə vəzifəsindən azad olunmuşdur[5].

Əli Bayramov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında İsmət Abasov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir[6]. Tədbirdən sonra Əli Bayramov anadan olduğu Şişqaya kəndinə gedib[7].

Ailəlidir, üç övladı var.

2013-cü ildə Əli Bayramov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna əsasən əməli uğurları və vətəndaşlıq mövqeyinə görə "İlin Adamı" media mükafatına layiq görülmüşdür[3].

  1. "KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN MƏSUL ŞƏXSLƏRİ". 2014-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-31.
  2. Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı: "Təbib", 1999, səh.361.
  3. 1 2 3 "Əli Bayramov Azər KİVİHİ nin mükafatına layiq görülüb" (az.). obyektivxeber.com. 15 fevral 2013. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
  4. "Rəhbərlik: İdarə Heyətinin sədri Bayramov Əli Məhəmməd oğlu — agrolizing.gov.az saytı". 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
  5. ""Aqrolizinq" ASC-nin sədri işdən çıxarılıb" (az.). Oxu.az. 21 may 2014 22:30. İstifadə tarixi: 2014-05-27.
  6. "İsmət Abasov İrəvanda səfərdədir" (az.). zaman.az. 10 May 2010. İstifadə tarixi: 2014-05-27.[ölü keçid]
  7. "ƏLİ BAYRAMOV ŞİŞQAYA KƏNDİNDƏ" (az.). goyche.info. 7 fevral 2011 22:42. 2013-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]