Eldar İsmayıl

İsmayılov Eldar Ələsgər oğlu (10 mart 1942, Ağbulaq, Krasnoselsk rayonu20 fevral 2021, Bakı) – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, "Əməkdar jurnalist" (20.09.2010)[1]

Eldar İsmayıl
Eldar Ələsgər oğlu İsmayılov
Doğum tarixi 10 mart 1942(1942-03-10)
Doğum yeri
Vəfat tarixi 20 fevral 2021(2021-02-20) (78 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti jurnalist
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010
Eldar İsmayıl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Bakı Mədəni Maarif Texnikumunda və 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.[2]

2021-ci il fevralın 20-nə qədər Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru olub.

İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvü olub.

"Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir.

Eldar İsmayıl "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir.

"Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.

Şairin zəhmətinin növbəti dəyərləndirilməsi "Heyrət" ədəbi dərgisinin dövlət və cəmiyyətin təməl prinsiplərinin qorunmasını, inkişafını özündə ehtiva edən səmərəli ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq mövqeyinə görə "Məslək Şərəf Diplomu" ilə təltif edilməsidir.

Eldar İsmayıl sevərlərini, pərəstişkarlarını daha bir xoş xəbər sevindirdi. O, Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən ədəbiyyatda böyük xidmətlərinə görə " Vəzifə və Şərəf" Ordeni ilə təltif edilmişdir.

20 sentyabr 2010-cu il tarixdə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin "Təbib" qəzetinin baş redaktoru İsmayılov Eldar Ələsgər oğluna (Eldar İsmayıla) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilmişdir.

  • Halal olsun dərdini bu qüdrətdə, bu tutumda deyə bilən qələm sahibinə. (Xalq şairi Bəxtiyar Vahabzadə)
  • O harada, hansı vəzifəsində işləməsindən asılı olmayaraq yazıb-yaratmaq eşqi ilə çağlayır, şeirdən-şeirə yüksəlir. (Xalq şairi Hüseyn Arif)
  • "Eldar İsmayıl" biblioqrafiyası Azərbaycanədəbi mühitində şair-publisist, yazıçı-jurnalist, ədib-tənqidçi kimi tanınmış bir şəxsiyyətin ədəbi irsinin güzgüsüdür. (Professor Abuzər Xələfov)
  • Bu gün Eldar İsmayıl poeziyasının imtahanına yüksək qiymət vermək olar. (AMEA müxbir üzvü, professor Yaşar Qarayev)
  • Eldar İsmayıl müasir ədəbiyyatımızda ciddi qəbul olunan şairdir. (AMEA müxbir üzvü, professor Nizami Cəfərov)
  • Eldar İsmayıl vətənpərvər şairdir. Layiqli jurnalist kimi də fəaliyyəti çox təqdirəlayiqdir. (Akademik Əhliman Əmiraslanov)
  • Əzizim Eldar, sən hələ öz haqqını almamısan. Darıxma, Allah qoysa fəxri adlar da alarsan, prezident təqaüdü də, xalq şairi də. (Akademik Teymur Bünyadov)
  • "Poeziya əks-sədadır"
  • "Göyçənin İmanı, İmanın Göyçəsi", "Kaspi" qəzeti, 19 noyabr 2011-ci il.
  1. "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli Sərəncamı" (az.). president.az. 20 sentyabr 2010. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.
  2. Salman Vilayətoğlu. Oğuz elinin müqəddəs ocağı: Göyçə (PDF). Bakı: TS. 2006. səh. 129.
  3. Əliyev, S. "Şəhid olmağa gəldim": [şair-yazıçı Eldar İsmayılın eyniadlı kitabı haqqında] //Ədalət.- 2015.- 23 aprel.- S.6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]