Əli Bəyulla oğlu Cəfərov (29 avqust 1993; Maşxan, Astara rayonu, Azərbaycan – 3 noyabr 2020; Suqovuşan, Ağdərə rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Əli Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Maşxan, Astara rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Suqovuşan, Ağdərə rayonu, Azərbaycan |
Dəfn yeri | Maşxan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Bəyulla Cəfərov |
Anası | Telli Əsədullayeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Murovdağ döyüşləri • Madagizin azad edilməsi |
Təltifləri |
Əli Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olmuşdur. 1999–2010-cu illərdə kənd tam orta məktəbində təhsilini almışdır. Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olmuşdur.
Əli Cəfərov 2011-ci ildə hərbi xidmətə başlayıb. Ağdam rayon N saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət edib. 2013-cü ildə hərbi xidməti bitirib. Azərbaycan Ordusunun əsgəri olan Əli Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Cəfərov noyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Maşxan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]