Əli Əliqulu oğlu Turabi Dehqan (1910-1990)—Cənubi Azərbaycanın elm və mədəniyyət xadimi.
Əli Dehqan | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vətəndaşlığı | İran |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Əli Əliqulu oğlu Turabi 1910-cu ildə Cənubi Azərbaycanın Urmiya şəhərində ruhani ailəsində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı.
Əli Dehqan "Sərzəmin-i Zərdüşt Rizaiyə" kitabının müəllifidir. “Urmu Zərdüşt peyğəmbərinin ölkəsi” kitabının müəlifi Əli Dehqan sonralar Urmunun təhsil idarəsinin rəisi olub. Öz yazdığına görə, o günlərdə 15-16 yaşda bir cavan olub. Baş verənləri ailəsi ilə birgə yaşayıb. Özəlliklə martın 17-də Urmunun müxtəlif küçələrindən keçib qohumlarının evlərində sığınacaq axtararkən 10000 nəfərin cənazəsini gördüyünü kitabın 517-i səhifəsində bəyan edir.
Əli Dehqan Urmuda xristiyanların müsəlmanları qırdığı haqqında geniş məlumat verib, o kitabının 155-ci səhifəsində yazır: “Baxmıyaraq ki, Urmuda xristianlar Cilo ve Daşnaq paltarında yerli Türk əhalini qıraraq kökünü kəsmək istəyirdi, amma burada qeyd edilməlidir ki, bu xoşagəlməz hadisələrin törənməsində əsas səbəbkarlardan biri xarici misyonerlər, o cümlədən Amerika və Fransadan gəlmiş zahirən məzhəb qulluqçularının erməni və başqa məsihiləri qızışdırıb müsəlmanların əleyhinə silahlandırması olub.”
Əli Dehqan Urmiyadakı qırğın haqda yazır: "Sübh tezdən anam məni, məndən böyük iki qardaşımı və kiçik qardaşımı götürüb evin damına apardı. Erməni təcavüzündən qorunmaq üçün qadınlar və uşaqlar damlara çıxırdılar. Axşama qədər ac-susuz orada qalmalı olduq. Axşama yaxın xəbər yayıldı ki, qətliama son qoyulub. Biz aşağı düşərək evə qayıtdıq. Lakin evdə heç nə qalmamışdı, hər şeyi aparmışdılar. Çıraqları belə sındırmışdılar. Evin görünüşü adamda dəhşətli hisslər oyadırdı. Hələ özümüzə gəlməmişdik ki, birdən-birə evimizin qapısı çox möhkəm döyülməyə başladı. Anam bizi (4 uşağı) çörək bişirmək üçün istifadə olunan təndirin içinə qoyub özü də təndirə girdi. Anam deyirdi ki, ermənilər gəlsə, birinci məni, sonra uşaqlarımı öldürsünlər. Bu olaylar və onunla bağlı xatirələr o qədər dəhşətlidir ki, hələ də 80 il keçməsinə baxmayaraq, həmin hadisələri unuda bilmirəm".
Xoyda baş verənlər haqda da Əli Dehqan bildirir: "Qeyrətli Xoy əhalisinin həmin çətin günlərdə göstərdiyi qəhrəmanlıq təqdirəlayiqdir. Şəhərin düşmən əlinə düşməməsi üçün böyükdən kiçiyə qədər hamı döyüş meydanında qalıb vuruşmaq və bu yolda ölmək qərarına gəldi. Qəhrəman Xoy əhalisinin həmin ağır günlərdə vəşşi düşmən qarşısında göstərdiyi misilsiz müqavimət səhnələri insanda böyük qürur hissi oyadır".
Əli Dehqan 1990-cı ildə vəfat edib.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |