Əli Həriri (kürd. Elî Herîrî) və ya Şeyx Əhməd Botani[1] (1009 – 1079) — kürd şairi. O, kurmanc dilində yazırdı, klassik kürd sufi ədəbiyyatında qabaqcılı və kürd ədəbi ənənəsinin banisi hesab olunur.[2][3]
Əli Həriri | |
---|---|
Doğum tarixi | 1009 |
Vəfat tarixi | 1079 |
Fəaliyyəti | yazıçı |
Həriri 1009-cu ildə Botanın Hakkari mahalına bağlı Hərir kəndində anadan olmuşdur.[4][5] Onun adını ilk dəfə XII əsrdə Əhməd Xani çəkmişdir və onun haqqında məhdud məlumatlar məlumdur.[2] Həririnin poeziyası məhəbbət, Kürdüstan sevgisi, onun gözəl təbiəti və xalqının gözəlliyi üzərində qurulmuşdur. Şeirləri məşhur idi və bütün regiona yayılmışdı.[1] Tarixçi Muhibbinin məlumatına görə, Həriri təhsil almaq üçün Dəməşqə köçmüşdür. Onun molla olduğu güman edilən Şeyx Əhməd adlı bir oğlu var idi.[6]
O, 1079-cu və ya 1080-ci ildə[7] Cizrədə vəfat etmişdir. Onun məzarı müqəddəs yer sayılır və hər il çoxsaylı insan tərəfindən ziyarət edilir.[1]