Kürd ədəbiyyatı (kürd. وێژەی کوردی, Veceya kurdi) — kürd xalqının ədəbiyyatı. Kürd ədəbi əsərləri dörd əsas dilin hər birində yazılmışdır: Zaza, gorani, kurmanci və sorani.
Kürd ədəbiyyatının qədim yazılı abidələri b.e. VII əsrində naməlum müəllif tərəfindən dəri üzərində yazılmış dastanlardır. Onun hissələri 1920-ci ildə İraqın Süleymaniyyə ərazisində tapılmışdır. XI–XVII əsrlərdə poeziyanın mühüm nümayəndələri: Əli Həriri (XI əsr), Molla Ciziri (XII əsr), Molla Hüseyn Bateyi (XV əsr) və Əhməd Xani (XVII əsr). XIX–XX əsrlərdə Səlim, Hacı Qadir Köyi, Nali, Kürdi, Şeyx Rza Taləbani kimi şairlər məşhur idi. XX əsrin əvvəllərində ən yeni kürd ədəbiyyatı formalaşmışdır. Müasir kürd poeziyasının banilərindən olan Həmdinin, Liriy Merdanın və XX əsrin birinci yarısında yazıb-yaradan F. Bekasanın, eləcə də XX əsrin ikinci yarısında fəaliyyət göstərmiş şairlər Xocar (İran), Ciyərxun, Qədrican (Suriya), Varimon, Goran, yazıçılar Fəttah, Əhməd, Bərzinci (İraq), Bədirxan (Türkiyə) və başqaları öz əsərlərində kürd xalqının həyatını, milli istiqlal və azadlıq mübarizəsini, yaşadıqları ölkədə hökumətlərin siyasətinə etiraz əhval-ruhiyyəsini təsvir etmişdilər. İndiki kürd ədəbiyyatı 1930-cu illərdə daha da inkişaf etmişdir. 1931-ci ildə Şəmilovun "Kürd çobanı" avtobioqrafik povestini, Cindiy, Şomilov, Əbdürəhman və b. roman və povestlərini, Casmiy, Avdol, Murad, Şaro, Çaçan və başqalarının şeir toplularını İkinci dünya müharibəsindən sonrakı dövrdə nəşr etdirmişdir.[1]