Əli Heydərov (əsgər, 1997)

Əli İntiqam oğlu Heydərov (d. 10 may 1997; Qobu, Abşeron rayonu, Azərbaycan - ö. 8 may 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.

Əli Heydərov
Əli İntiqam oğlu Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası İntiqam Heydərov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016
Rütbə Əsgər
Vəzifəsi atıcı-qumbaraatan köməkçisi
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı — 2016

Həyatı və hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əli Heydərov 10 may 1997-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğulduğu qəsəbədə aldıqdan sonra həqiqi hərbi xidmətə yollanmışdır.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Əli Heydərov Talış kəndi istiqamətində gedən döyüşlərdə atıcı-qumbaraatan köməkçisi kimi vuruşdu. Döyüşlərdə fərqləndiyinə görə fəxri fərmanla təltif edildi.

Əsgər Əli Heydərov 2016-cı ilin mayın 8-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu.[1] Mayın 9-u isə Əli Heydərov doğulduğu Abşeron rayonunun Qobu qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Heydərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əli Heydərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

8 sentyabr 2016-cı ildə Qobu qəsəbəsində yerləşən Şəhidlər kompleksində Əli Heydərovun xatirəsi yad edildi, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti adından general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Heydərovun ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı şəhidin ailəsinə təqdim etdi.[2]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əsgərimiz şəhid olub". www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) (az.)). 08.05.2016. İstifadə tarixi: 27.03.2021.
  2. "Qobu qəsəbəsində şəhid əsgərin xatirəsi yad edilib". www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) (az.)). 08.09.2016. İstifadə tarixi: 27.03.2021.