Əli Məmmədov (tam adı: Əli Pənah oğlu Məmmədov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının Baş elmi işçisi, Fizika-riyaziyyat elmləri doktoru, professor.[1][2]
Əli Məmmədov | |
---|---|
Əli Pənah oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Rəncbər, Qazıməmməd rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Məmmədov Əli Pənah oğlu 1931-ci il aprel ayının 15-də Qazı-Məhəmməd (indiki Hacıqabul) rayonunun Rəncbər kəndində anadan olub, 1949-cu ildə Nəvahi orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakultəsinə daxil olub və 1953-cü ildə onun “Fizika” şöbəsini bitirib. O, 1953-1956-cı illərdə həmin institutun “Fizika” kafedrasının aspirantı olub.
Ə.P.Məmmədov 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda laborant, baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb.
O, 1965-ci ildə “Bəzi monokristallik NaCl əsaslı fosforlarda tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
Ə.P.Məmmədov Azərbaycan EA rəyasət heyətinin qərarı ilə 1967-ci ildə optik spektroskopiya və lüminessensiya sahəsində mütəxəssis kimi EA-nın Neft-Kimya Prosesləri İnstitutuna keçib. O, bu institutda 1967-1971-ci illərdə böyük elmi işçi, 1971-2012-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışıb. Hazırda Ə.P.Məmmədov institutun “Spektroskopik analiz” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.
O, 1982-ci ildə “Tl+ , Pb2+ , Bi3+ ionları ilə aktivləşdirilmiş alkilammonium halogenidlərinin elektron həyəcanlaşmaları, məxsusi və aşqar lüminessensiyası və onların əsasında darzolaqlı lüminoforlar alınması” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 1985-ci ildə “Optika” ixtisası üzrə professor elmi adı alıb, 1996-cı ildə Nyu-York Elmlər akademiyasına üzv seçilib.
Ə.P.Məmmədovun elmi marağı optik spektroskopiya, lüminessensiya, EPR, neft məhsullarının, ion dielektriklərinin, üzvi yarımkeçiricilərin fiziki kimyası və fotokimyası ilə əlaqədardır.
İon dielektrikləri yarımkeçiricilər və neft məhsulları əsasında fotolüminaforların alınmasının elmi əsaslarının işlənib hazırlanması, onların geniş temperatur intervalında spektral-lüminesent xassələrinin tədqiqi. Lüminaforlar əsasında günəş enerjisi akkumuliyatorları, hidrogen alınması üçün üzvi və qeyri-üzvi birləşmələrin parçalanmasında fotosensibilizator, polimerlər üçün lüminesent boyaları və onların oksidləşmə inhibitorları, fotoxrom materiallar, kapilyar defektoskopiya üçün penetrantlar alınmışdır. Lüminoforlar ATOMMAŞ müəssisələrində (Rusiya Federasiyası) istehsalata tətbiq edilmişdir. Göstərilmişdir ki, lüminaforlarda donma nöqtəsindən aşağı temperaturda fotokimyəvi proseslər rekombinasiya, yuxarı temperaturlar isə dissosiasiya xarakteri daşıyır. Müəyyən edilmişdir ki, bu proseslər müvafiq olaraq ikikvantlı və bir kvantlı mexanizm üzrə baş verir.
Alınmış elmi nəticələrin bir qismi aşağıdakılardan ibarətdir:
Azərbaycan Pedoqoji institutunda fizika müəllimi (1955-1956-cı illər).
Ə.P.Məmmədov 282 elmi əsər, o cümlədən 148 məqalə, 118 tezis, 4 patent və 11 müəlliflik şəhadətnaməsi, 1 kitabın müəllifidir. Onların təxminən yarısı xaricdə çap olunub. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 3 elmlər doktoru və 13 elmlər namizədi hazırlanıb.