Əli Məmmədzadə (Əli Turan oğlu Məmmədzadə; 15 fevral 2002 – 7 noyabr 2020) — "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur[1], Vətən Müharibəsi şəhidi.
Əli Məmmədzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 2002 |
Vəfat tarixi | 7 noyabr 2020 (18 yaşında) |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Əsgər |
Təltifləri |
Əli Məmmədzadə 15 fevral 2002-ci ildə ilde Bərdə rayonun Mirzəlibeyli kəndində anadan olmuşdur.[2] 2008-ci ilde Ağdamda 4-cü sinifə qədər təhsil alıb. Həmən ildə Bakıda 65 nömrəli tam orta məktəbdə təhsil almağa başladı. 2016-cı ilde 9-cu sınifi bitirdikten sonra tehsilinin lisseyde davam ettirib. ve 2019-cu ilde Sumqayit komputer üzre peşe lisseyine qəbul olur . Daxili Qosunlarin keşfiyyat bolmesine daxil olur 07.08 .2020-ci ilde Herbi xidmete yol salninir Cox kecmirki topraklarımızin azaldığı uğrunda gedən 2-ci Qarabağ muharibesinde iştirak edir . Fuzulide Suqovuşanda Hadrutda Cəbrayilda Murovdağda axirinci dəfə ise Şuşa istiqametinde olan qizğin doyuşler zamanı 07.11 2020-ci ilde qəhrəmanliq göstərərək şehid olmuşdur. 20.11.2020-ci ildə Berde rayonun Mirzalibeyli kendinde defn ounmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]