Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Əli Muradov.
Muradov Əli Nəsrulla oğlu (1940, Vedi rayonu) — Azərbaycan Texnologiya Universiteti, kimya mühəhdisliyi kafedrasının dosenti.
Azərbaycan Texnologiya Universitetinin " Kimya mühəndisliyi " kafedrasının tədris işlər üzrə müdir müavini, "Göy-gölün Ekoloji Monitorinqi" Elmi — Tədqiqat laboratoriyasının rəhbəri, apardığı elmi işin səmərəliyinə görə müəlliflik şadətnaməsinə və SSRİ-nin səmərələşdiriçi döş nişanı medalını almışdır, kimya elmləri namizədidir. O, 31/12/1940-cı ildə Qərbi Azərbaycanın Vedi rayonunda kolxozçu ailəsində dünyaya gəlmişdir. 1947-ci ildə millətçi erməni daşnaklarının təcavüzünə məruz qalan kənd əhalisi deportasiya olunaraq, Azərbaycanın Şəmkir rayonunda məskunlaşmışdır. Azyaşlı uşaq evdə ailələrinə kömək edir, gecələr lampa işığında kitab oxuyardı. Onun bu əziyyəti yerdə qalmadı, orta məktəbi müvəffəqiyyətlə bitirib, heç bir çətinlik çəkmədən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil oldu. Fəal tələbə kimi tez bir zamanda müəllimlərin nəzərini cəlb etdi. Tələbə Elmi Cəmiyyətinin ən fəal üzvünə çevrildi, institutun kitabxanası onun ən sevimli yeri oldu. Axtarışlar, araşdırmalar, sevimli müəllimlərinin tövsiyələri onun kamilləşməsində böyük rol oynadı. Gecə — gündüz çalışmaq öz bəhrəsini verdi, o institutu "Fərqlənmə" diplomu ilə bitirdi. Təyinatla öz doğma məktəbinə kimya müəllimi göndərildi. Az bir müddətdə qabiliyyətinə və mükəmməl biliyinə görə məktəbin dərs hissə müdiri vəzifəsinə irəli çəkdilər.
O işgüzar fəaliyyəti ilə bərabər alim olmaq üçün gecə — gündüz aspiranturaya hazırlaşırdı. Bəli, tanrı onun səsini eşitdi, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyası institutunun aspiranturasının əyani şöbəsinə daxil oldu. O dövrün tanınmış iki dəfə SSRİ və bir dəfə Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi və iki çağırış SSRİ Ali Sovetin deputatı olan həmin institutun direktoru Əli Quliyev onun elmi rəhbəri oldu. O, gecə-gündüz axtarışlar aparıb, mükəmməl biliyə yiyələnərək, aspiranturanı müvəffəqiyyətlə bitirdi. 1970-ci ildən Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialında assistent kimi işə qəbul olundu. Az bir zamanda savad və yaradıcılıq qabiliyyəti nəzərə alınaraq 1976-cı ildən kafedranın baş müəllimi, 1982-ci ildən kafedranın dosenti,1983–1988-ci illərdə isə "Qeyri- üzvi və Analitik kimya" kafedrasının müdiri vəzifəsinə irəli çəkildi. O yaxşı bilirdi ki, maddi-texniki baza varsa, yüsək ixtisaslı mütəxəssis hazırlığı realdır. Məhz onunçün də o buna nail olaraq mükəmməl kimya laboratoriyasını yaratdı.
1986-cı ildən Naftalan neftinin kimyəvi tərkibinin tədqiqinə aid elmi işini davam etdirərək 2009-cu ildə "Naftalan neftinin kimyəvi tərkibinin tədqiqi və ondan alınan neftin karbohidrogen fraksiyalarının təsir mexanizminin öyrənilməsi" mövzusunda doktorluq dissertasiya işini hazırladı. AAK-nin tövsiyəsini nəzərə alaraq, müəyyən düzəlişlərdən sonra, bu il doktorluq işi AAK-a təqdim olunmuşdur. Alimin doktorluq mövzusuna aid 51 elmi məqaləsi xarici və yerli mətbuatda dərc edilmişdir. 92 elmi əsərin, 2 müəlliflik şəhadətnaməsinin, 1 patentin, 1 dərsliyin, 8 dərs vəsaitinin, 11 metodiki göstərişin müəllifidir.1983/84-cü tədris ilində, Universitetdə apardığı elmi-tədqiqat işin səmərəliliyinə görə SSRİ-nin səmərələşdirici döş nişanı medalı ilə təltif edilmişdir. 55 illik pedaqoji fəaliyyətinin 48 ilini Azərbaycan Texnologiya Universitetində müəllim işləmişdir. Yüksək elmi pedaqoji fəaliyyətinə görə rektorluq tərəfindən "Fəxri Fərman"lara, Təhsili Nazirliyinin qiymətli mükafatı və təşəkkümaməsi ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanları ilə təltif edilmişdir. 2015-ci ildə Azərbaycan Texnologiya Univresitetinin rəhbərliyi onun əməyini qiymətləndirərək 75 illiyi münasibətilə universitetin tərtib etdiyi hədiyyə medalı ilə təltif etmişdir.
Naftalan neftindən bioloji aktiv maddə olan naften karbohidrogenlərinin yeni texnaloji üsulnan alınmasına aid apardığı tədqiqat işinə görə , patent almış və monoqrafiyası dərc edilmişdir.
Əli müəllim eyni zamanda şəhərin ictimai həyatında fəallıq göstərir. 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasının 15 saylı Məntəqə Seçki Komissiyasının 2008–2017-ci ilə kimi sədri vəzifəsində işləmişdir. Əli Muradovun 54-illik elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq onun haqqında 22 iyul 20117-ci ildə Respublika qəzetində məqalə dərc edilmişdir.
O, zəngin dünyagörüşə malik çoxsaylı elmi əsərlərin müəllifi, vətənini dərin məhəbbətlə sevən, ailəsinə, dostlarına, həmkarlarına ciddi, nəcib düyğu ilə yanaşan və həyatda düzgün mövqe tutub yaşayan ziyalıdır.
121 Elmi əsəri var, onlardan bir çoxları xarici və yerli tanınmış jurnallarda çıxmışdır.
-
İş üçün götürülən nümunələr
-
Laboratoriyada nümunələrin baxışı
-
Naftalan neftinin müxtəlif xəstəliklərin müalicəsində aparılan tədqiqat işləri
-
Neftin yüksək molekulyar qurluşlu fraksiyasının tədqiq edilməsi
-
Neftdən alınan yağ fraksiyasının kimyəvi tərkibini öyrənmək
-
Tələbələrlə iş zamanı
- А. Н. Мурадов, А. М. Кулиев, А. М. Левшина "Количественное определение углеводородных в нафтеновых кольцах и боковых цепях нафталан нефти фракции нафталанской нефти по инфракрасным спектрам поглощения Азерб. Хим. Журнал № 4, стр.27–31,1983 г.
- А. Н. Мурадов, А. М. Кулиев "Исследование углеводородного состава хорасанской нефти Азерб.хим. журнал, № 3, стр. 46–50, 1983 г.
- А. Н. Мурадов "Naftalan neftindən alınan naften karbohidrogenlərinin katalitik izomerləşmə prosessinin tədqiqi". AzTU professor və müəllim heyətinin birinci Elmi konfransının materialları. 1984
- А. Н. Мурадов, А. М. Кулиев, А. М. Левшина "Изучение химического состава ароматического углеводорода выделенного из нафталанской нефти" сборник научных трудов Политехнического Института Груз. ССР., Г. Тбилиси, 1984р.
- Кулиев А. М., Петров Ал. А., А. Н. Мурадов и др. "Стераны нафталанской нефти" Азерб. Хим. Журнал, № 2, с.48, 1984.
- А. Н. Мурадов, Ш. Г. Новрузов, А. Э. Рани. "Компазиция для отделочных работ", Авторское свидетельство СССР. Положитель Решение по заявке № 3812835/28–33/097232/, 1985 г.
- "Шпаклевка". Авторское свидетельство СССР. Положитель, решение по заявке № 3812834/29–33/097232/, 1985 г.
- Ə. N. Muradov "Naftalan neftindən alınmış aromatik karbohidrogenlərin və qatranın tikinti materialının alınmasında tətbiqi". Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, № 1, səh. 44, 1994-cü il.
- А. Н. Мурадов "Химический состав начало действия механизма нафтеновых углеводородов полученных из нафталанской нефти". Материалы научно-практической конференции посвященной 50-летию АН Азерб. Республики, Баку, 1995 г.
- А. H. Мурадов "Применение тяжолых ароматических углеводороды и смол выделенных из лечебной нафталанской нефти для получения полимерных материалов. III Всерассийская Каргинская конференция. Москва, МГУ, 2004 г.
- Ə. N. Muradov "Naftalan neftindən müalicəvi naften yağının yeni texnoloji üsulla ayrılması və tətbiqi". Gəncə Regional Elmi Mərkəz, Xəbərlər məcmuəsi № 3, 2005-ci il.
- Ə. N. Muradov "Naftalan neftindən alınmış naften yağ frak-siyalarının karbohidrogen tərkibinin tədqiqi" Gəncə Regional Elmi Mərkəz, Xəbərlər məcmuəsi. № 24. səh 24–28. 2006.
- А. Н. Мурадов "Химической состава лечебной нафталанкой нефти" Москва. Вестник МГУ, серия химическая, 2006 г.т.47. № 3. 226–230.
- Ə. N. Muradov "Naftalan neftindən müalicəvi naften yağının tromboflibit xəstəliyinin müalicəsində təsir edici mexanizminin öyrənilməsi" Gəncə Refional Elmi Mərkəz Xəbərlər məcmuəsi, Elmi nəşriyyatı № 31. səh 27–30. Gəncə 2008.
- Ə. N. Muradov "Naftalan neftindən alınan naften karbohidrogenlərinin termodiffuziya üsulu ilə ayrılmış fraksiyalarının kimyəvi tərkibinin tədqiqi". Azərbaycan Kimya jurnalı 2009. № 3.
- Ə. N. Muradov və Ş. M. Babayev Naftalan neftindən müalicəvi naften yağının yeni üsulla alınması. Patent № 2008.01.06 AzR St. M və PDA, Bakı 2009.
- Ə. N. Muradov "Naftalan ntftindən ayrılmış yüngül aromatik karbohidrogenlərin kimyəvi tərkibinin müasir üsullarla tədqiqi" Azərbaycan Kimya Jurnalı, 2012, № 4, səh. 21–30.
- A. H. Мурадов "Исследование химического состава лечебной нафталанской нефти" Сибирская Ассоциация Консультантов. Заочные научно — практические конференции № 4, 12.04.2012 г.
- A. H. Мурадов "Получение биологически активных веществ на основании лечебной нафталанской нефти" Сборник статей по материалам VII международной научно — практической конференции. Новосибирск, 2013 г., стр.6–11.
- А. Н. Мурадов "Синтез биологически активного вещества на основании лечебной нафталанской нефти" Всероссийская Научно-Практическая Конференция с Международным участием, 17–18 декабря 2013 г.
- А. Н. Мурадов "Получение биологически активных веществ на основе лечебной нафталанской нефти" Материалы XII Международной "Научно — Практической Конференции (25.02.2014) стр.23–28
- А. Н. Мурадов "Синтез биологически активных веществ на основе лечебной нафталанской нефти" Инновации в современной науке. Материалы международной научно — практической конференции 21 марта 2014 г. Россия, Махачкала, стр. 169–174
- А. Н. Мурадов "Исследование физико – химических свойств вакуумной фракции, выкипающих при 350–4200с температуре нафтеновых углеводородов полученных из нафталанской нефти. Актуальные научные исследованния в современном мире. Сборник научных трудов. Выпуск 2(34) часть – 3 Переяслав – хмельницкий 2018 ст. 144–148
- Üzvi kimya — (Gəncə), "ATU", 2018.- 188 s.
- Fiziki və Kolloid kimyanın əsasları — (Gəncə), "ATU", 2016.- 266 s.
- Muradov Ə. N., R. İ. Hüseynov , Metallar aləminə səyahət Azərbaycan Texnologiya Universitetinin İctimai İaşə fakültəsinin elmi şurasının rəyi ilə çap olunmasına icazə verilmişdir.
- Muradov Ə. N, Hüseynov R. İ. "Aktivləşmiş kömür, növləri və tətbiqi". Azərbaycan Texnologiya Universiteti. Qida texnologiyası fakültəsinin elmi şurasının tövsiyəsi ilə çap edilməsinə içazə verilmişdir. Gəncə-1996-cı il
- Muradov Ə. N, Əlbəndov Ə. A. "Ümumi və qeyri-üzvi kimya praktikumu" Azərbaycan Texnologiya Universitetinin Elmi şurasının tövsiyəsi ilə qrif alaraq çap edilməsinə içazə verilmişdir. Gəncə-2007-ci il.
- Muradov Ə. N., Əlbəndov Ə. A., və başqaları "Üzvi kimya praktikumu" Azərbaycan Texnologiya Universitetinin Elmi şurasının 21.02.2018-ci il tarixli 6 saylı qərarı ilə təsdiq edilmişdir. Gəncə-2018-ci il.
- Muradov Ə. N, "Elektrokimyəvi proseslər" Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 08.04.2014-cü il tarixli 398 saylı əmrlə təsdiq edilmişdir. Gəncə-2014-cü il.
- Elektrokimyəvi proseslər — (Gəncə), "ATU", 2014.- 259 s.
- Naftalan neftinin Kimyəvi tərkibinin tədqiqi
- Naftalan neftinin kimyəvi tərkibinin tədqiqi və ondan alınan naften karbohidrogen fraksiyalarının təsir mexanizinin öyrənilməsi — 2018-ci il
- 1984-cü ildə rəhbərlik etdiyi kafedranın elm və tədris sahəsindəki naliyyətlərinə görə Təhsil nazirliyinin pul mükafatını almışdır.
- 1984-cü ildə apardığı elmi işin səmərələliyinə görə (iki müəlliflik şadətnaməsi) almış SSRİ-nin səmərələşdirici döş nişanı medalı ilə təltif edilmişdir.
- "30" yanvar 2001-ci ildə qeydiyyat № 2099 Azərbaycan Respublikası təhsil nazirliyi kollegiyasının T-247/ №- li qərarı ilə Fəxri Fərmanla tətif edilmişdir.
- "11" 02. 2011-ci il tarixli T-370 №- li qərarı ilə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmiş. Qeydiyyat № — si 1829
- Azərbaycan Texnologiya Universitetinin rektoru t.e.d. prof. A. Ş. Süleymanov tərəfindən yublyar Ə. Muradovun "75" illiyi münasibətilə ona Universitetin hədiyyə medalını təqdim etmişdir.
- Muradov Əli Nəsrulla oğlu 08.05.2013-cü il tarixdə Azərbaycan Texnologiya Universitetində Umummilli lider H. Əliyevin anadan olmasının "90" illik yubleyinə həsr olunmuş elmi-praktiki konfransda fəal iştirakına və maraq doğuran mövzu ilə çıxış etdiyinə görə Universitetin rektoru tərəfindən Təşəkkürnamə ilə təltif etmişdir.
- 26 noyabr 2017-ci ildə Gəncə şəhəri 39 saylı (Gəncə birinci) seçki dairəsinin sədri tərəfindən 2008/2018-ci illər ərzində 15 saylı seçki məntəqəsinin sədri işləmiş Muradov Əli Nəsrulla oğlunu keçirilən şəffaf və demokratik seçkilərə görə "Fəxri fərman" la təltif edilmişdir.
- 30 iyun 2018-ci ildə Rusiya Fed. Respublikasının Kazan şəhərində Beynəlxalq ET praktiki konfransında elmi çıxışına görə məqaləsi diploma layiq görülmüşdür.