Əli Nəcəfxan oğlu Əliyev — "Xalq qəzeti"nin Sumqayıt şəhəri üzrə bölgə müxbiri, şair-publisist, "Əməkdar jurnalist", Sumqayıt Dövlət Dram teatrı bədii şurasının üzvü.2021-2022-ci il Prezident təqaüdçüsü.
Əli Nəcəfxanlı | |
---|---|
Əli Nəcəfxan oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt |
Mükafatları |
Əli Nəcəfxanlı 1957-ci il iyunun 2-də Sumqayıtda dünyaya gəlib. Şəhərdəki 17 nömrəli orta məktəbi bitirib. Ali təhsil aldıqdan sonra bir sıra yerlərdə çalışıb. Əli Nəcəfxanlı uzun müddət AzTV-də fəaliyyət göstərib. Hazırda "Xalq qəzeti"nin Sumqayıt şəhəri və Cənub bölgəsi üzrə müxbirdir[1].
Regionların sosial-iqtisadi inkişafı, yaradıcı insanları ilə bağlı silsilə məqalə və oçerkləri müntəzəm şəkildə dövlət mətbuatında çap olunur. Bədii yaradıcılıq nümunələri vaxtaşırı olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet" Türkiyə dərgiləri və digər mətbuat orqanlarında dərc edilir. AYB-nin Sumqayıt bölməsinin tədbirlərində fəal iştirak edir.
Jurnalistlik fəaliyyətilə yanaşı həm də şair-publisist kimi tanınır. Bir neçə şeirlər kitabı çıxıb[1].
İngilis yazıçısı Nil Geymandan "Koralina", "Qəbiristanlıq kitabı" və "Qapı arxası" rus dilindən.
Bir neçə dəfə KİVDF-nin jurnalist yazıları müsabiqələrində qalib gəlmişdir. AJB-nin "Həsənbəy Zərdabi", Beynəlxalq Mahmud Qaşqari Fondunun "San Yarlığı" mükafatlarına layiq görülmüşdür. Azərbaycan Mətbuat Şurasının Diplomu, Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının fəxri-fərmanları ilə təltif edilmişdir.
20 noyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əli Nəcəfxanlı "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür[2]. Şeir yaradıcılığına görə Prezident təqaüdçüsüdür (2021-ci il).