Əli Polad

Vahabzadə Əli Rza oğlu (Əli Polad; 1944, Təbriz) — Güney Azərbaycanlı tanınmış iş adamı, yazıçı və tədqiqatçı, Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü.Azərbaycan Beynəlxalq Universitetinin fəxri professoru və Azərbaycan Kooperasiya Universitetinin fəxri doktoru.

Əli Polad
Əli Rza oğlu Vahabzadə
Doğum tarixi 1944
Doğum yeri
Elmi adı
alipolat.net

1944-cü ildə Təbriz şəhərində anadan olan Əli Polad orta təhsilinin Təbrizdə almışdır. Sonra Ərzurum Kənd Təsərrüfatı İnstitutunun Əkinçilik və iqtisadiyyat fakültəsini ali mühəndislik ixtisası üzrə bitirmişdir.

2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin fəxri professoru,2009-cu ildə Azərbaycan Kooperasiya Universitetinin fəxri doktoru adına layiq görülmüşdür. Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

1968-ci ildə əmək fəaliyyətinə başlayan Əli Polad 1982-ci ilə qədər ət və ət məhsulları ixracatı yolu ilə Şərqi Anadolu bölgəsinin inkişafı etməsində aktiv rol oynamışdır.1983–1991-ci illərdə o, Türkiyənin turizim inkişafının gücləndirən qabaqcıl firmalardan birinin ortağı olaraq Antalya,FəthiyəKappadokiyada üç istirahət mərkəzi və bir otel inşa etmişdir.

Sovet İttifaqı dağıldıqdan Azərbaycanın müstəqilliyinin əldə etdiyi 1991-ci ildə Azərbaycanın iqtisadi kapital qoyan ilk iş adamlarından biri olub. Çox keçmir ki bacarıqlı memar iş adamı Əli bəy 1986-cı ildə Xəzər şirkəti yaratdı. Bu günə qədər xalqın güzəranının yaxşılaşdırmaq məqsədi ilə ticarət və sərmayələr lə yanaşı, təhsil, mədəniyyət sahəsində bir sıra fəaliyyətlər həyata keçirmiş, radyo, televiziyalarda proqramlar təşkil etmişdir. Bu illər ərzində o, Türkiyədə Su Saflaşdırma və Telekomunikasiya sektorunda ticari fəaliyyətini davam etdirmişdir.

Əli Polad TİSİAD-nın(Türkiyə-İran Sənayeçiləri və İş adamları Dərnəyi) təşkilatçılarından biri və ömrünün sonuna qədər bu dərnəyin fəxri sədridir.

Həyat fəlsəfəsi yaradıcı, dostluq və sülh olan fikir adamı Əli Polad zamanın böyük hissəsini tədqiqata həsr etmişdir. Əli Polad təcrübələrini ictimaiyyətlə paylaşmış, bütün işlərini dünyanın müxtəlif yerlərindən istəyən hər kəsə təmənnasız olaraq göndərmişdir. Məsələn,"Üç min ilin hikməti" kitabının ilk nəşrinin böyük hissəsini həbsxanalara və daha sonrakı nəşrlərini(7 dəfə, cəmi 13500 tirajla) isə müxtəlif ictimai və özəl qurumlara bağışlamışdır.

Ailəlidir, iki övladı,3 nəvəsi var.

Azərbaycan türkcəsi:

  • 2002 Üç min ilin hikməti(kitab və CD)
  • 2006 Həzrəti əli (kitab və CD)
  • 2008 Əzab yüklü eşşək
  • 2008 Ömər Xəyyam və rübailəri(kitab və CD)
  • 2009 Mirzə Əli Möcüz və şeirləri(latın və ərəb qrafikası ilə
  • 2012 Bir damcı su (I kitab)
  • 2012 Ömər Xəyyam və rübailəri(İran, kitab və CD)
  • 2014 Təbriz bayatıları(İran)
  • 2015 Təbrizli bayatıları
  • 2015 Mədəniyyət beşiyi:Təbriz

Türkiyyə türkcəsində:

  • 2001 Üç Bin Yıllık Birikim(kitap ve CD)
  • 2003 Ya Ali (Ali'nin Yaşamı, Felsefesi ve 1555 Veciz söz) (kitap ve CD)
  • 2004 …Ve Biz(kitap)
  • 2008 Ömer Hayyam ve Rubaileri(kitap ve CD)
  • 2010 Bir Damla Su I(kitap)
  • 2011 Bir Damla Su II (kitap ve CD)
  • 2011 Bir Damla Su III "Su ve Toplum"(kitap)
  • 2013 Bir Damla Su IV (kitap)
  • 2013 Medeniyetlerin buluştuğu Tebriz ve Çevresi(kitap)

Fars dilində:

  • 2012 Rubaiyat-i Həkim Ömər Xəyyam (kitab və CD)
  • 2013 Və…ma
  • 2014 Şinasnameye Təbriz və Piramun

Rus dilində:

  • 2012 Омар Хайям и рубайат(книга и СD)

İngilis dilində nəşr olunan əsərləri:

  • 2014 Tabriz and The Region Around(book)
  • Əli Polad — Polad kimi Əli (sənədli film, 2015)