Əli Qasımov (aktyor)

Əli Teymur oğlu Qasımov – Gəncə Dövlət Dram teatrının direktoru. Əməkdar mədəniyyət işçisi.[mənbə göstərin]

Əli Qasımov
Qasımov Əli Teymur oğlu
Doğum tarixi 1956
Doğum yeri Qazax rayonu
Fəaliyyəti Dram və Kino aktyoru
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2012

Əli Teymur oğlu Qasımov - 1956-cı ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1981-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoruluğu” fakültəsini bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Professional səhnədə ilk debyutunu S.Vurğunun “ Vaqif ” əsərində Vəzir obrazı ilə başlayıb. “ Odu atma Prometey! ”də / M. Kərim / Birinci allah, “ Yad qızı ”ında / O. Kamal / qarson Rza, “ Gəl qohum olaq ”da / İ.Məlikzadə / Camal, “ Doğmalar ” / R. Əlizadə / Atabala kimi obrazları ifa etmişdir. Onun yaradıcılığında ən maraqlı obrazlardan biri böyük şair M. Ə. Sabirin həyatına həsr edilmiş Sabir obrazı olmuşdur. Bir müddət sonra aktyorluqdan ayrılıb inzibati işə keçən Əli Qasımov Gəncə Dövlət Dram Teatrında 1994 – 1999-cu illərdə baş inzibatçı, 1999 – 2001-ci illərdə direktor müavini, 2001-ci ildə Gəncə Dövlət Nizami Poeziya teatrı bağlanmaq təhlükəsi qarşısında qalarkən, Gəncə şəhər Mədəniyyət idarəsinin təklifi və şəhər İcra Hakimiyyətinin təqdimatı ilə Mədəniyyət nazirliyi onu Gəncə Dövlət Nizami Poeziya teatrına direktor vəzifəsinə təyin etmişdir. 2008-ci ilin sentyabr ayından Gəncə Dövlət Dram Teatrının direktorudur. İşlədiyi müddətdə teatrın bir çox uğurlarına imza atmışdır. Belə ki, 2009-cu ildə respublikamızda ilk dəfə keçirilən "Yeni teatr" festivalına ev sahibliyi etmiş və teatrın uğurlu çıxışını təmin etmişdir. 2010 - cu ildə Bakıda keçirilən "Respublika Teatr festivalı"nda kollektivin iştirakını təmin etmişdir. 2011 ci ildə Gəncə teatrı ilk dəfə Onun Teatra rəhbərliyi dövründə xarici ökədə - Türkiyənin Giresun şəhərində, 34-cü uluslararası "AK SU" teatr festivalında iştirak etmişdir. 2012 ci ilin may ayında kollektiv yenidən Türkiyəyə sentyabr ayında isə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə teatr festivalında iştirak etmişdir. Elə həmin ilin 31 may-1iyun tarixlərində 30 illik fasilədən sonra Teatr iki tamaşa Qoqolun "Evlənmə" və M.F.Axundzadənin "Musyo Jordan və dərviş Məstəli şah" tamaşaları ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış etmişdir. 2013-cü il də Teatrın, Türkiyənin Konya şəhərində keçirilən Türkdilli Dövlətlərin "Bin nefes bir ses" Uluslararası 6-cı teatr festivalına,elə həmin ildə Ukraynanın Dneprodzerjinski şəhərində keçirilən "Klassiklər bu gün" adlı festivallarda iştirakının təmin etmişdir. 2014-cü ildə BMT-nin xətti ilə teatr ABŞ-nin Nyu-York şəhərinə qastrol səfərinə dəvət almışdır. 2015-ci ildə yenidən Giresunda (Türkiyədə) keçirilən " 21.Fevzi Bayazitoğlu" Teatr günlərində, və Bulancak şəhərindəki Teatr festivalında Gəncə teatrının iştirakının təmin etmişdir. 2016 -cı ilin aprel ayında T. C - nin Konya şəhərində keçirilən " 9 BİN NEFES BİR SES ", 2017- ci ildə Türkiyənin Merzifon şəhərində keçirilən beynəlxalq teatr festivallarında, 2018- ci ildə Giresunda keçirilən Beynəlxalq Teatr festivalının, elə həmin ildə Gürcüstanın Özürgeti şəhərində keçirilən Nodar Dumbadze beynəlxalq teatr festivalında Gəncə Dövlət Dram teatrının iştirakıni təmin etmişdir. 2017 ci ilin dekabr ayında Türkiyə Cümhuriyyətinin Merzifon Bələdiyyəsinin "Bıcırık" cocuk tiyatrosunu Gəncə şəhərinə qastrol səfərinə dəvət etmişdir. 2018 ci ilin mart ayında böyük Türk yazarı Tuncer Cücenoğlunun "Matruşka" əsərinin primyerasına müəllifi və sevilən aktyor Emin Olcayı dəvət etmişdir. 2018 ci ilin sentyabr ayında İstanbul Maltepe bələdiyyəsinin keçirdiyi "Sahna hayatdır" adlı festivalda teatrın "Matruşka" tamaşası ilə iştirakını, 2019 cu ilin aprel ayında Türkiyənin Adana və Konya şəhərlərində keçirilən Devlet tiyatroları festivallarında, may ayında isə Ukraynanın Kamenskoe və Xerson şəhərlərində keçirilən festivallarda Gəncə teatrının "Hellados" tamaşası ilə iştirak etməsini təmin etmişdir. 2019 cu ilin oktyabr ayında Gürcüstanda Azərbaycan səfirliyinin keçirdiyi " Cəlil Məmmədquluzadə 150" günlərində teatrın repertuarında olan "Dəli yığıncağı" tamaşası ilə iştirakını təmin etmişdir. Həmin ilin dekabr ayında isə Azərbaycan Respublikasının Teatr Xadimləri İttifaqının iştirakı ilə Gürcüstanın Özurgeti Dövlət Dram teatrı ilə Gəncə Dövlət Dram teatrı arasında imzalanmış memoranduma əsasən Gürcüstanın Özurgeti Dövlət Dram teatrını Gəncə şəhərinə qastrol səfərinə dəvət etmişdir. 2020 və 2021 ilin Pandemiya dövründə, 44 günlük Vətən müharibəsi zamanı, Orduya dəstək məqsədi ilə Aydın Murovdağlının "Alən yazısı" poeması əsasında "Ali baş komandanım" , 20 yanvar faciəsinin 31 ci ildönümünə həsr edilmiş "Vətən əmanəti", Ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin 5 yanvar 2021 il tarixli sərəncamına əsasən 2021 ci ili "Nizami Gəncəvi ili" elan edilməsi ilə əlaqədar, Nizami Gəncəvinin poemaları əsasında "Xəmsə" ədəbi bədii kompazisiyası, Xocalı soyqrımının 29 cu ildönümünə həsr olunmuş "Qayıdış" film kompazisiyalarının Bədii rəhbəri olmuşdur. Ümumiyyətlə Əli Qasımovun teatra rəhbərliyi dövründə Gəncədə keçirilən tədbirlərin hər birinə rəhbərlik etmişdir. Onlardan ənənəvi olaraq hər il keçirilən Nizami Gəncəvi, Şəhər günləri, Poeziya günləri, Cavad xanın anım günləri, "Gəncə Darvazaları"nın açılışı və s. qeyd etmək olar. Ümumşəhər tədbirlərində çıxış etmək üçün, N. Gəncəvinin qəzəlləri əsasında " N. Gəncəvi-860", B.Vahabzadənin "Şəhidlər", A. Qurbanovun " Əbədi məşəl", Ş. Salehin " Azadlıq atası" poemalarının əsasında bir çox ədəbi-bədii kompozisiyaların ssenarisini yazmışdır. Bütün bu xidmətləri Respublika rəhbərliyi tərəfindən qiymətləndirilərək Əli Qasımov 8 may 2012 ci il tarixində Respublika Prezidenti Möhtərəm Cənab İlham Əliyevin sərəncamı ilə "Respublikanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.