Əli Rəhim oğlu Topçiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR kommunal təsərrüfatı (1963–1979) və mənzil-kommunal təsərrüfatı (1979–1980) naziri , Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (1980).
Əli Topçiyev | |
---|---|
1 iyun 1979 – 21 mart 1980 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Veniamin Mayorov |
14 mart 1963 – 12 yanvar 1979 | |
Əvvəlki | Abutalıb Abdullayev |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1920 |
Partiya |
|
|
|
Təltifləri |
Əli Topçiyev 1920-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]
1944-cü ildən "Azneft" Birliyinin bir sıra neft mədənləri idarələrinin qaz-kompressor təsərrüfatlarında mexanik, stansiya rəisi, baş mühəndis, direktor olmuşdur. 1955-ci ildən Azərbaycan Dövlət Neft Sənayesi Müəssisələrini Layihələşdirmə İnstitutunda layihə baş mühəndisi vəzifəsində çalışmışdır.[1]
Əli Topçiyev 1957-ci ildən Azərbaycan qaz trestinin baş mühəndisi, Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutu bölməsinin rəhbəri olmuşdur. 1962-ci ildən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Baş Qaz İdarəsinin rəisi vəzifəsində işləmişdir. 1963-cü ildə isə Azərbaycan SSR kommunal təsərrüfatı naziri təyin edilmişdir.[1] 1966-cı ildən ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[2]
22 yanvar 1991-ci ildə uzun illər səmərəli işlədiyinə, respublika mənzil-kommunal təsərrüfatının inkişafına köməyinə görə Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilmişdir.[3]