Abutalıb Abdullayev

Abutalıb Mir Ağa oğlu Abdullayev (iyun 1912, Bakı2 aprel 1980, Bakı) — Azərbaycan-sovet dövlət və təsərrüfat xadimi, Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri (1954–1963), 1958–1976 illərdə Azərbaybaycanın qazlaşdırılması prosesinə rəhbərlik etmiş şəxs.

Abutalıb Abdullayev
bayraq
Azərbaycan SSR kommunal təsərrüfatı naziri
bayraq2
11 fevral 1954 – 14 mart 1963
ƏvvəlkiSadıq Rəhimov
(kommunal təsərrüfatı və mənzil-mülki tikinti naziri kimi)
SonrakıƏli Topçiyev
12 fevral 1953 – 18 aprel 1953
ƏvvəlkiAğalar Əliyev
SonrakıSadıq Rəhimov
(kommunal təsərrüfatı və mənzil-mülki tikinti naziri kimi)
Şəxsi məlumatlar
Doğum tarixi iyun 1912
Doğum yeri
Vəfat tarixi 2 aprel 1980(1980-04-02) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri Nardaran qəbiristanlığı
Partiya
Təhsili 1. Bakı Sənaye texnikumu
(1926–1931)
2. Azərbaycan Sənaye İnstitutu
(1931–1936)
3.Marksizm-Leninizm institutu (1946–1948)
Fəaliyyəti sənayeçi
Atası Mir Ağa Mir Abdulla oğlu
Anası Bilqeys xanım
Həyat yoldaşı Ceyran Abdullayeva
Uşaqları Sevil Əliyeva, Səadət, Gülnaz
Elmi fəaliyyəti
Elmi dərəcəsi Texnika elmləri namizədi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İmzanın şəkli

1912-ci il iyun ayında Bakı şəhərində anadan olub. İçəri şəhərin "Ağşalvarlılar" məhəlləsindən idi. Atası Mir Ağa matros idi, Abutalıbın erkən yaşlarında rəhmətə getmişdir. Onu anası Bilqeys böyütmüşdür.

1920-ci ildə məktəbə daxil olaraq, 1926-cı ildə 9 saylı Bakı beşillik məktəbi bitirib. O ildə də Sənaye texnikumuna qəbul edilib. Texnikumu bitirəndən sonra 1931-ci ildə "Leninneft" neft-qaz trestinin qaz kontorunda texnik vəzifəsinə təyinat alır. 1931-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirir.

1933-cü ildə Bakı Şəhər Sovetinin qazlaşdırma şöbəsində texnik, sonra mühəndis vəzifələrində işləyir. 1936-cı ildə institutu bitirərək neft-mədən işi üzrə dağ mühəndisi ixtisasına yiyələnir.

1937–1942-ci illərdə Bakı Şəhər Qaz Trestinin istismar şöbəsinin müdiri, baş mühəndis işləyir, 1942–1952-ci illərdə isə trestə rəhbərlik edir.

1952-ci ildə Bakı Şəhər Sovetinin sədr müavini seçilir. 1953-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin kommunal təsərrüfatı və mülki-tikinti şöbəsinin rəisi, 1954-cü ildə isə Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri təyin edilir.

1963-cü ildə yeni təşkil edilən Azərbaycan SSR Nazirlər Soveti yanında Qaz təsərrüfatı baş idarəsinin rəisi vəzifəsinə təyin olunur. 1972-ci ildə Magistral Qaz Boruları İdarəsinin, 1974-cü ildə isə Azərbaycan Qaz Nəqli İstehsalat Birliyinin rəisi vəzifələrində işləyir.

1977–1980-ci illərdə təqaüdə şıxandan sonra "Bakqaz" trestində mühəndis kimi çalışmışdır.

1980-ci il aprelin 2-də Bakıda infarktdan vəfat edib. Nərdaran qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycanı qazlaşdırılması işində böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə 1942–1977-ci illərdə Azərbaycan respublikasında qaz kəmərləri çəkilmiş, yeraltı qaz anbarları inşa edilmiş, yaşayış və sənaye obyektləri qazlaşdırılmışdır, əsas şəhər və qəsəbələrə qaz verilmişdir. Ümumiyyətlə Azərbaycanın qazlaşdırılmasında və qaz infrastrukturunun yaradılmasında böyük rol oynamışdır.

Azərbaycan respublikasında uzun illər boyu istifadə olunan qaz ötürücü şkafların, qazın istifadəsinin təhlükəsizliyini təmin edən təzyiq tənzimləyici cihazların və yaşayış sahələrin fərdi qızdırılmasını təmin edən cihazların daha səmərəli işləməsi üçün çoxlu sayda təkliflərin müəllifi olub.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1939-cu ildə ÜİK(b)P sıralarına daxil olub. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd və Bakı şəhər partiya komitəsinin büro üzvü seçilmişdir.

Dövlət tədbirləri

[redaktə | mənbəni redaktə et]

1967-ci ildə Almaniyada keçirilən Ümumdünya qaz konqresində Sovet ittifaqı nümayəndə heyətinin üzvü kimi iştirak edib.

1975-ci ildə SSRİ nümayəndə heyətinin tərkibində İrana ezam olunmuş, orada qazın Sovet ittifaqına nəql edilməsi haqqında dövlətlərarası müqavilənin imzalanmasında iştirak etmişdir.

Orden və medalları, fəxri adları

[redaktə | mənbəni redaktə et]

İki dəfə "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri, medalları, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. 1977-ci ildə "SSRİ Qaz sənayesinin fəxri işçisi" adını qazanmışdır. İttifaq əhəmiyyətli təqaüdçü idi.

Elmi və müəllimlik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Texnika elmləri namizədi idi. 1950–1955-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda texniki fənlər üzrə mühazirələr oxumuşdur. Bir sıra elmi məqalələrin müəllifi olmuşdur.

1977–1980-ci illərdə təqaüdə çıxandan sonra "Bakqaz" trestində qaz təsərrüfatı işçilərinin təkmilləşdirilməsi üçün kurslar təşkil etmiş, dərslər keçirdi.

Kitab və məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Qazın hasilatı, nəqli və işlədilməsi. Bakı: Azərnəşr, 1967, 174 s.

Əlaqəli səhifələr

[redaktə | mənbəni redaktə et]