Əli Xəyyam

Əli Əhməd oğlu Xəyyam, Əli Xəyyam (və ya Ali Khayyam; 24 fevral 1989, Təbriz) — gənc azərbaycanlı şair,[1] nasir və bədii deklamasiya ifaçısı.[2][3][4]

Əli Xəyyam
Doğum tarixi 24 fevral 1989(1989-02-24) (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Əhməd Xəyyam
Təhsili
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Azərbaycan dili
Janr şeir
İlk əsəri Deyil (2010)

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli Xəyyam Təbrizdə doğulub, Bakıda böyüyüb. 2006-cı ildə Bakı Atatürk Liseyini, 2011-ci ildə isə Xəzər Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O həmçinin İngiltərənin Oksford şəhərindəki London Kral Kollecini bitirmişdir. Əli Xəyyam bir neçə şeir kitabının və şeir albomunun müəllifidir.[5]

Kitabları[redaktə | mənbəni redaktə et]

Deyil kitabının üz qabığı

"Deyil" kitabı[redaktə | mənbəni redaktə et]

Əli Xəyyam 2010-cu ildə Deyil ilk kitabını nəşr etdirmişdir. "Deyil" kitabının redaktəsi və ön sözü filosof alim Ağalar Məmmədov tərəfindən verilib. Dizayn Orxan Məmmədovundur.

Ağalar Məmmədov kitab haqqında deyir: " "Deyil" demək təkcə inkar etmək, yox etmək, razılaşmamaq deyil, təkcə başqasını axtarmaq, yenidən başlamaq deyil. Həm də başını bulayıb susmaqdı. "Deyil" – "… deyil"dir, amma bu "deyil" nəyə "deyil" deyir, nəyi deyilləyir? Bu, sirr qalır…

Əli Xəyyam bu şeirləri deyir, yazmır. Ona görə də bir sıra hallarda o, yazı dili ilə danışmır. Başqa sözlə, demək istəyir məni oxuyarkən, məni eşidin. J. Derridanın "différence" sözünü bilərəkdən yanlış olaraq "différance" yazması kimi.

Ənənəvi dili pozan şairlik ya da filosofluq ədəbi dil normalarını əzbərləyib dilin keşiyində dayanan redaktorluqdan qat-qat yararlı işdir. Pozusuz yazı olmaz."

Əli Xəyyam yapon şeir forması olan hayku (hokku) üslubunda yazdığı "Yalnız misralar" ilə də özünü sınayıb.

"Yozumsuz Yuxuların Sabahı" kitabı[redaktə | mənbəni redaktə et]

Yozumsuz Yuxuların Sabahı kitabının üz qabığı

Əli Xəyyam ikinci kitabını Orxan Cuvarlı ilə birgə qələmə almışdır. Kitabda eyni mövzuları hər iki yazar öz şəxsi münasibətini bildirir. Deviz: "Eyni hadisəyə 2 fərqli baxış. Eyni hissin 2 fərqli cür yaşanmış olması. Eyni insanın 2 fərqli hissəyə parçalanmasıdır." Cuvarlı bunu şeir ilə, Xəyyam isə nəsr ilə ortaya qoyur. Baxışlarında bəzi mövzularda çox yaxın olsalar da, bəzilərində radikal dərəcədə fərqlidirlər. Buna görə də oxucu eyni mövzuya iki fərqli baxış ilə eyni zamanda tanış olur. Mövzular müasir Azərbaycan gəncinin duyduqları, hiss etdikləri, görmək istədikləri, problemləri və sevgisi haqqındadır.

Kitabda yer alan şeirlərin bir neçəsi səsyazma studiyasında yazıya alınıb, peşəkar "beatmaker"-lər (PRoMete, Vüsal BeatPro, RAM) onlara musiqi tərtibatı verib.

Kitab 178 səhifədən ibarətdir. Kitabın üz və arxa qabığının dizaynı Creative Shamans Bureau art direktoru tərəfindən yerinə yetirilib. Kitabın redaktorları isə Ağalar Məmmədov və Afət Yaqubovadır.

"Bulud Bağçaları" kitabı[redaktə | mənbəni redaktə et]

Əli Xəyyamın sayca üçüncü kitabı olan "Bulud Bağçaları" isə 2014-cü ildə çap olunmuşdur. Kitabın ilk iki nəşri çox qısa zaman ərzində tükənmişdir. "Bulud Bağçaları" kitabı gənclər tərəfindən böyük maraqla qarşılanmışdır. Keçirilən bir neçə imza günündə də şairin oxucularla görüşü baş tutmuşdur.

Albomları[redaktə | mənbəni redaktə et]

"Xamuş" albomu[redaktə | mənbəni redaktə et]

Xamuş albomunun üz qabığı

Azərbaycanda "Spoken Word Poetry" janrındakı ilk albomdur.

Tracklist:

  1. Doktor və Xəstə v.2 (with Or Cuvarli)
  2. Məsələn, Heç Nə
  3. Günəşdə Üşüyənlər (with Coco)
  4. Yox eee, Yox
  5. Yoxluq (with vüsalNazimoğlu)
  6. İntiharam
  7. Əbam Kimi
  8. Səsini Dadmaq Üçün
  9. Yol (with Farid)
  10. Yavaş-Yavaş
  11. Okeansız Pəncərəm (with vüsalNazimoğlu & PRoMete)

Produced By PRoMete and Vusal Beat Pro

Mixing and Mastering By PRoMete

2, 10, 11 Track's Beats By RAM

Executive Producing By Nurlan Salxayev (Harry)

Designed By Creative Shamans Bureau

"Morfin" albomu[redaktə | mənbəni redaktə et]

Tracklist:

  1. Başlanğıc
  2. Kar Gözlər
  3. Sənsiz İntiharlar (with Okaber)
  4. Əllərimi Unutma
  5. Yuxu (skit)
  6. Susacam (with Coco)
  7. İki növ insan (skit)
  8. Tərcümeyi-Hal
  9. Bədənsizlik with Seyrana
  10. Edam (skit)
  11. Burax Bilməsin (with Alp Bora)
  12. Ürəyə Düş
  13. Sarılarımı Silmə
  14. Başqa Cəhənnəm (with RG)
  15. Payım Hanı? (sufi-sirnamə)
  16. Tövbə

Produced by Royal Paşayev (az-ya)

Cover by Nylane

"Simulyativ Oyun" EP[redaktə | mənbəni redaktə et]

Tracklist:

  1. Ağaclar və Adamlar
  2. Qarışığam
  3. Simulyativ Oyun

1. "Ağaclar və Adamlar", "Simutaliv Oyun" adlı EP-nin müqəddiməsidir, "kaş adamlar ağac olardılar" arzusunun şeir formasıdır, diləyidir. Görəsən, hansı daha vacibdir? Adamlıq oynamaq, düşünmək, yoxsa ağaclar kimi sadəcə var olmaq, "olmaq və dinməmək"? Görəsən, hansı daha gözəldir, adamlar, yoxsa ağaclar, yoxsa hər ikisi, bəlkə heç biri? Mənim şeirlərimin ünvanı "O"-dur. Bütün şeirlərim "O"na özümü eşitdirmək cəhdidir. Şeir yuxarı ilə aşağının görüş yeridir. Qulağa xoşgələn sətirləri ard-arda düzməyi çoxdandı buraxmışam. Hər bir misra və ya fikirdə mütləq bir fəlsəfi sorğu, sual və cavab -bəlkə də müəmma- axtarışındayam. Nə qulağa, nə gözə, nə də ruha yaxşı gəlmək istəyirəm, mənim işim heç biri deyil. Mən tənha qalmaq istəyirəm, gəl birlikdə tənhalanaq.

2. "Qarışığam" "Simulativ Oyun" adlı EP-nin keçididir, "qarışmalısan ki, sadələşəsən" fəlsəfəsinin şeirləşmiş halıdır, diləyidir. Qarışıqlıqların dili şeirdir. Kədər bizimlə şeirlə, şeirin dili ilə danışır. Əgər bütün "darıxmaqlar" toplansa, onlar yəqin ki, misra formasını alardılar. Öz daxilindən qaçış, həm də şeirə qoşulub qaçmaqdır, şeirləşmək və bir də özünə gələ bilməməkdir. Hər insanın şeir yazmaq haqqı olmur, şeir özü insanı seçir. Şeirin qulağa xoş gəlmək kimi bir yükü və öhdəliyi yoxdur, əksinə! O daim bizi qarışdırmalı, bulandırmalı, fikrə aparmalıdır. Bütün tənhalar uzaqdan bir-birinə oxşayır.

3. Ey Həqiqət! Bu gecə də yorğun bədənimə toxunub şəfa verməyin arzusu ilə səhərə qovuşur. Əgər yorulsan mənə olan yollarda, noolar, dayanma. Gözlətmə yorğun ürəyimi, çarəsiz bədənimi. Ey mənim gecikən yuxum, mənim açılmayan səhərim, titrəyən əllərim. Ey mənim gecikdiyim xoşbəxtliyim, isti yatağım, bir nəfərlik qatarım, gedənim, qalanım.

Səs uzlaşması: Ali Ashikar

Sinqlları[redaktə | mənbəni redaktə et]

  • Head Of The River-də Üşümək
  • Kəsil Qollarım
  • Gecələr
  • Hardansan?
  • Hurilər
  • Ulduzlara Uzanmaq
  • Nur
  • Oğru
  • Yalançı (with RG)
  • Kafirin Pəncərəsi
  • Kədər Maqniti
  • Kədər Yığınacağı
  • Heçlik
  • Bir Sabahın Səssizliyi (with Javeed)
  • Kəhkəşan
  • Həmqəfəs
  • Otuzuncu Payız
  • Alo
  • Azadlıq Döyüşcüləri
  • Qaçıram Ölümdən

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Nəsr Yazıları[redaktə | mənbəni redaktə et]

istinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Gənclərə səviyyəsizlik aşılayan Əli Xəyyamla DJ Turalın məqsədi nədir?". 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
  2. “Söhbətgah” verilişinin aparıcısı, şair Əli Xəyyam bu gün ailə həyatı qurur
  3. ""Söhbətgah" verilişinin aparıcısı, şair Əli Xəyyam bu gün ailə həyatı qurur". 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
  4. Azərbaycanlı aparıcı evləndi - FOTO
  5. "Əli Xəyyam". 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.