PRoMete

Pərviz Ramiz oğlu İsaqov və ya PRoMete (15 iyun 1986, Siyəzən) — Azərbaycanlı reper və prodüser.

PRoMete
Pərviz İsaqov
Ümumi məlumatlar
Doğum adı Pərviz Ramiz oğlu İsaqov
Ləqəbi PRoMete
Doğum tarixi (38 yaş)
Doğum yeri Siyəzən, Azərbaycan SSR
Milliyyəti Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Reper, prodüser, səs rejissoru
Fəaliyyət illəri 2004-cü ildən
Janrlar Rep, Hip-Hop
Səs tembri Bass-Bariton
Albom şirkəti PicMus Production
Əlaqələri İslam Şirvani, Dəyirman qrupu, Vüsal Beat pro, Albay Əfəndi, Mc Murad, Jin, Nagd Pul Production, Əli Xəyyam, Rapcoast, Vüsal Nazimoğlu, Mc Heddam, Mc Kamuflaj, AiD-Orxan Zeynallı
promete.az

H. O. S. T Alliance-nin yaradıcılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Hal-hazırda PicMus MMC-nin və mikpro MMC-nin təsisçisi və direktorudur. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb.

1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası evdar qadın idi. Orta məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbində, 3-cü sinifdən etibarən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib. Məktəbi bitirdikdən sonra 2004-cü ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetinə qəbul olaraq, 2008-ci ildə "Sığorta işinin təşkili" fakültəsini bitirmişdir. Məktəb yaşlarından Ədəbiyyata həvəsli olan Mete aşağı siniflərdən başlayaraq şeirlər yazırdı. O vaxtlar yeni tərz olan repin Azərbaycandakı nümunələrini çox həvəslə izləyirdi. Anar Nağılbaz, Dəyirman qrupu, Elşad Xose ilə yanaşı digər Azərbaycan və xarici reperlərinin ifasını dinləmək və yenilikləri izləmək üçün daim pul toplayır və onların kassetlərini alırdı. 2000-ci ildən rep yazmağa, 2004-cü ildən peşəkar şəkildə replə məşğul olmağa başlayır. 2012-ci ildə evlənmişdir.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

SRB (Sumqayıt Rep Birliyi) (2004–2006)

[redaktə | mənbəni redaktə et]

2004-cü ildə Space TV-də yayımlanan "Mən də varam" verilişinin iştirakçılarından olan Vüsal Jordan yaşadığı Sumqayıt şəhərində repin inkişaf etməsi istəyilə bir neçə nəfərlə görüşür. İlk olaraq MC Virusla və Samir adlı bir gənclə görüşən Jordan, o vaxtlar Sumqayıtda məşhur olan EIRA CAPOEIRA qrupunun üzvlərindən birinin vasitəsilə Mete ilə əlaqə qurur. İlk dəfə dörd nəfər birlikdə 2004-cü il noyabrın 1-də Sumqayıt Şəhər Cəfər Cabbarlı adına mədəniyyət sarayında toplaşırlar və SRB-nin yaranması günü kimi həmin gün qəbul olunur.

Məhz bu birliyin tərkibində 2005-ci ilin mart ayında ilk yazılışa gedərkən Mete öz istedadı ilə studiya rəhbərliyinin diqqətini cəlb edir və həmin yazılışın səhəri günündən o studiyanın işçisi olmağa dəvət alır.

Başladıqları ilk gündən Mete ilə Jordan çox yaxşı anlaşırlar və təşkilatçılıqla maraqlanmağa başlayaraq 2005-ci ilin aprel ayının 17-i ilk konsertlərini təşkil edirlər. Bu konsertdə "Mən Də Varam" 1 proyektinin bütün üzvləri SRB ilə bir səhnəni bölüşür. Bu konsertdən sonra onlar bir solo konsert də verirlər və Jordan yayda hərbi xidmətə gedir. Bununla da SRB-nin heyəti dağılır.

AzTurka (2006–2008)

[redaktə | mənbəni redaktə et]

Mete SRB-nin tərkibində olan vaxtlarda qonşuluqlarında kirayə qalan türk tələbələrlə tanış olur. Onlardan birinin replə ciddi maraqlandığını görür və birlikdə bir trek yazmaq qərarına gəlirlər. Getdikcə qızışan əlaqələrin nəticəsi olaraq onlar (PRoMete, MC Kamuflaj(Oğuzhan Atik) və MC Oposite(Musap Tunçbilek)) birlikdə qrup yaratmaq qərarına gəlirlər. Qrup SRB-nin verdiyi bütün konsertlərdə və partilərdə çıxış edir və sevilərək qarşılanırdı. Bu qrup Azərbaycan Türkiyə dostluğunun əlaməti də sayılırdı. SRB fəaliyyətini dayandırdığı müddətdə də qrup fəaliyyətini Metenin prodüserliyi altında davam etdirirdi. İqtisadiyyat və Qafqaz universitetində tədbirlərdə iştirak üçün dəvət də almışdılar. 2007-ci ildə MC Oposite qrupu tərk edir və onun yerinə MC Heddam(İbrahim Albayrak) qrupa üzv olur. H. O. S. T yaranandan sonra da PRoMete AzTurkadakı fəaliyyətini dayandırmır və həm o, həm də bu qrupda tam gücüylə çalışırdı. 2008-ci ildə universiteti bitirdiyinə görə Kamuflaj və Heddam Türkiyənin İzmir Şəhərinə geri dönürlər və qrupun fəaliyyəti dayandırılır, amma Türkiyəyə geri dönən mc-lər orda yeni bir qrup qurur və RapCoast adı ilə fəaliyyət göstərirlər. PRoMete 2009-cu ildə Türkiyəyə olarkən İzmirə də gedir və orda RapCoast-la duet yazdırır. Hal-hazırda da RapCoast fəaliyyətini davam etdirir.

H. O. S. T Alliance (2007–2012)

[redaktə | mənbəni redaktə et]

Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rap fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. Daha sonra Baku Clan adı altında çıxış edən üzvlər(Qaraqan, Jamal Ali, ErranT, Felon de Jure, feck) PRoMete ilə tanış olur və birlikdə sıx dostluq əlaqələri əmələ gəlir. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H.O.S.T Alliance adlandırır. Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də daxil olur.

AlterEgo (2009–2010)

[redaktə | mənbəni redaktə et]

Hər şey forumların birində yayılan xəbərdən başladı. H. O. S. T qrupu mahnı yazmaq üçün rock ifaçıların axtarışına çıxır. Bu xəbərdən sonra Firus Salamzadə (bas gitara) proyektin nə olduğunu öyrənmək üçün qeyd edilən nömrəyə zəng eləmək qərarına gəlir. Bir neçə gün sonra Firuz H. O. S. T qrupunun üzvü olan PRoMete ilə görüşür. Aralarında gedən müzakirədən sonra, Firuz qrup yığmaq fikrinə gəlir və bir həftə vaxt istəyir. Vaxt gedirdi, amma çox adam qrupda iştirakdan imtina edirdi. Bunu nəzərə alaraq, Firuz gitarada ifa edən dostuna, Mikaya müraciət edir. Uzun danışıqdan sonra, Mika PRoMete ilə görüşməyə qərar verir. Görüş "Buta" studiyasında baş tutur. Mika və Firuz PRoMete`nin fikirləri ilə tanış olduqdan sonra, qrupun yaranmasına dəstək olurlar və işə başlanılır. Birinci hədəf – qalan musiqiçilərin axtarışı idi. Firuz təsadüfən bir qrupun məşqlərində Anar adlı solo gitaristi görür. Firuzun fikrincə Anar qrupa yaraşırdı. Anarnan baş verən söhbətdən sonra, Anar öz razılığını bildirir. Solo və ritm gitara sualı da artıq həll olunmuşdu, yerdə qalan yeganə problem zərb alətləri ifaçısını tapmaq idi. Qrup üzvləri yazılışa başlayırlar və yazılış zamanı drum maşınından istifadə edirlər. Bir neçə ay sonra Firuzun dostu Fəxri əsgərlikdən qayıdır və zərb alətlərdə fəal sürətdə məşqlərə başlayaraq, texnikasını artırır. Bu vaxt qrupa klaviş ifaçısı tələb olunur. Anarın ağlına vaxtında A. Zeynallı adına musiqi məktəbini bitirən dostu Turanı qrupa dəvət etmək fikri gəlir. Və Turan da qrupda fəal məşqlərə başlayır.

O vaxt qrupun tərkibi belə idi:

Mika – ritm gitara / Anar – solo gitara / Turan – klaviş / Fəxri – zərb alətləri / PRoMete – vokal/rep / Firuz – bass gitara

Uzun müddətli albom məşqlərindən sonra, qrupa "40-cı Qapı" adlı filmə soundtrack yazmaq təklifi gəlir. Mikanın bəstəsi ilə mahnı yazılır. AlterEgo qrupu H. Əliyev adına Respublika Sarayında "40-cı Qapı" filminin nümayişinə dəvət alır. Burada qrup iki mahnısını uğur ilə ifa edir: "40-cı Qapı" filminə yazılan soundtrack`i və Alim Qasımovla olan duetlərini. Bir az vaxt keçir. İş ilə əlaqədər yaranan problemlərdən Fəxri məşqləri buraxır və bu qrupun inkişafını ləngidirdi. Bunu nəzərə alaraq, qrup zərb alətləri ifaçısını dəyişmək fikrinə gəlir. Eyni zamanda Elvira adlı vokal ifaçısını tapır və qrup üzvləri onu qrupa bekvokal ifaçısı kimi götürürlər. Çox vaxt keçmir və zərb alətlərinə çoxlu namizəd toplanır. Onların arasından Sabir adlı zərb alətləri ifaçısı seçilir. Qrupda perspektiv görən Sabir, xarakterinə görə qrupu tamamlıyırdı. Qrup fəal sürətdə məşq edir. Qrup ilk işləri kimi internet`ə "40`cı Qapı" adlı musiqilərini və o mahnıya çəkilən klipi buraxır.

Qrupun indiki tərkibi belədi:

Mika – ritm gitara / Anar – solo gitara / Turan – klavişlər / Sabir – zərb alətləri / PRoMete – vokal/rep / Elvira – vokal / Firuz – bas

Solo Karyera (2012-dən)

[redaktə | mənbəni redaktə et]

2012-ci ildə H. O. S. T qrupu fəaliyyətini dayandırdıqdan sonra, PRoMete PicMus Pro leyblı altında solo fəaliyyətə başlayır. Belə ki, 3 iyun

2012-ci ildə Nar Mobileın baş sponsorluğu ilə "Metkarting İdman və Əyləncə Mərkəzində" canlı solo konsert verir. Bu konsertdə rəsmi saytını və "Beat My Hit" adlı trackə olan tipoqrafik klipini təqdim etmişdir. Davam olaraq yay aylarında Anar Nağılbazla Qəribə Vaxtlar adlı dueti yazdırır və Noyabrın 31-i kliplə birgə təqdim edir.

2013-cü ilin Fevral ayının 13-də Köhnə Mahnılar albomunu keçmiş Vətən Kinoteatrında təqdim edir. Albom məhdud sayda — 100 ədəd və orijinal dizaynla çap edilmişdir. Elə ilk satış günündə bütün nüsxələri satılan albomda 21 track yer almışdır. 5 prodüserin üzərində çalışdığı albomda 10 qonaq ifaçı PRoMete ilə birgə oxumuşdur. Albomun uzunluğu 66 dəqiqədir. Albomdakı bütün tracklər üçün xüsusi lyrics videolar hazırlanmış və rəsmi YouTube kanalına yerləşdirilmişdir.

2013-cü ilin yayında PicMus Pro leyblının yeni artisti Sailor ilə birgə Yaylıq adlı EP solo albom internet üzərindən dinləyicilərə bir-bir təqdim edilir. Albom Azərbaycan üçün yeni tərz hesab edilən Club/Dance-HipHop tərzində dinləyicilərin ixtiyarına verilir və rəğbətlə qarşılanır.

2013-cü ilin Oktyabr ayının 18-də İcmal adlı sinqlı təqdim edir.

2014-cü ildə albom çalışmalarına başlayan PRoMete alboma bir neçə track yazdıqdan sonra işləri yarımçıq saxlayır. Rəsmi facebook səhifəsində hələ ki, albom işləməyəcəyini elan edir. Bunu o, alboma hazırladığı tracklərin hər birinin yetərli sinql gücünə malik olması ilə izah edir. Həm də bu tracklərdən hər birinin kliplə birgə buraxılacağını söyləyir.

Aprel ayının 9-da kikboks üzrə 4 qat dünya çempionu Pərviz Abdullayevin rinq introsunu Var Gücünlə Vur adlı sinqlı təqdim edir. Bu layihədə PRoMete ilə bərabər Azərbaycanın Xalq Artisti, dünya şöhrətli ifaçı Alim QasımovSailor də iştirak edir. Layihənin prodüseri İslam Şirvanidir. Trackə çəkilmiş klipdə artistlərlə birgə Pərviz Abdullayev də yer almışdır. Track iTunes-də satışa çıxarılmışdır.

İyul ayının 23-də Albay Əfəndi və Səbinə Rəhimova ilə birgə hazırladığı Dəbdəbə track-ini kliplə birgə təqdim etmişdir.

Avqust ayının 23-də Uran (repçi) ilə birgə hazırladığı Toxunulmaz Status track-ini kliplə birgə təqdim etmişdir.

Dekabr ayının 8-də 106 FM-in sifarişi ilə Xətdə Qal track-ini eyni adlı verilişin soundtrack-ı olaraq yazmış və Sailor ilə birgə ifa etmişdir.

Fevralın 25-də MOZart Media Group və PicMus Production təqdimatənda Xocalı faciəsinə ithaf olaraq Qərənfillər track-ini kliplə birgə dinləyicilərə təqdim etmişdir.

Aprelin 10-u may ayının 3-də Rəşid Behbudov adına mahnı teatrında "Bu günə qədər" adlı solo konsertlə çıxış edəcəyi barədə video anonsu sosial şəbəkələrə buraxmışdır.

Aprelin 23-də 2011-ci ildə PRoMete, AiD və Səbinə Rəhimova tərəfindən yazıya alınmış, lakin 2013-cü ildə reliz olunmuş Köhnə Mahnılar albomuna PRoMete və Səbinə Rəhimovanın ifasında daxil edilmiş İllüziya trackinin Unreleased Versiyası sosial şəbəkəyə buraxılır.

Mayın 6-ı Konsertdə təqdim edilmiş Mücrü track-ini kliplə birgə sosial şəbəkələrə buraxılır.

Avqustun 8-i icmal silsiləsindən İcmal2 track-ini dinləyicilərə təqdim edilir.

Avqustun 28-i qızı Sofiyanın 1 yaşına həsr etdiyi Mənim Ulduzum adlı track təqdim olunur.

Sentyabrın 27-si Açıq Sandıq adlı track online edilir.

Yanvarın 14-ü 2016-cı ilin ilk sinqlı "Tənha Qarğa"nı təqdim edilmişdir.

Aprelin 8-i nəqəratini və muğam hissəsini Turan Manafzadənin oxuduğu Otaq sinqlı kliplə birgə tamaşaçılara təqdim olunmuşdur. Turan Manafzadə dünyaca məşhur azərbaycanlı pianoçu İslam Manafzadənin qızıdır. Bəstəkarlıq fəaliyyəti ilə məşğul olan T. Manafzadə hal-hazırda İstanbulda yaşayır. O, Bakıya son iki dəfə məhz bu track-in yazılışı və klip çəkilişləri üçün gəlmişdir. Klipin rejissoru Amal Əlili, operatoru isə Vüsal Nazimoğludur. Məhz klip üçün qurulmuş rəqs isə Xareoqraf Akif Kərimli tərəfindən qoyulmuş və özü ilə Nərgiz Məmmədova tərəfindən ifa olunmuşdur.

Mayın 28-i Respublika Günü münasibətilə saat 14.00-da PRoMete Aid-lə birgə Heykəllər adlı sinqlını kliplə bərabər təqdim edir. Klip bir neçə saat ərzində böyük səs küyə səbəb olur və ölkənin bir çox ictimai siyasi fəalları, həmçinin böyük səhifələri tərəfindən sosial şəbəkələrdə paylaşılır. Track və onun klipi üzərində böyük komanda çalışmışdır. Klipin ideya müəllifi Orxan Mərdan və PRoMete-yə, rejissorluğu isə PRoMete-nin özünə məxsusdur. Klipin operatoru kinooperator Rəşad Qarayev, montajçısı Əsgər Rəhimov, rəng və qrafik işləri isə Bəhruz Qurbanlıya aiddir. Klipə hazırlanmış kover şəkli də Metenin bir çox işlərinə eləcə də bu işinə də bədii rəhbərlik etmiş Amal Əliliyə məxsusdur. Musiqinin bəstəkarı soundclick.com və shadowville.com saytlarından tanınan hip-hop prodüseri Tim Adamekdir. Yazılış zamanı PRoMete və AiD-in səslərindən əlavə heç bir vokaldan istifadə olunmamışdır. Track-in yazılışı 2015-ci ilin noyabr və dekabr aylarında PicMus-da baş tutmuşdur və yazılış səs rejissoru Eldar Nəzərovdur. Uzlaşma və masterinq isə Metenin özünə aiddir. Klipin icraçı prodüseri Azər Ağayev, playback meneceri Orxan Həsənli və kütləvi səhnə üzrə meneceri isə Elnur Süleymanovdur. Kütləvi səhnə aktyorları Daşqın Abakarov, Zeynal Hüseynov, Elnur Süleymanov, Fidan Baxışlı, Fuad Məmmədov, Xəyalə Şabanova, Kəmalə Gülməmmədova, Bəhruz Həsənov, Vusal Rüstəmov, Rufina Ağayeva, Ləman Tanrıverdiyeva, Nərmin Xanlarlı, İlahə Hüseynzadə, Kamran Lətifov, Azər Ağayev və Faiq Abdullayevdir. Videonun çəkilişinə texniki dəstək Rafiq Hacıyev (Marshall production) və CNF production tərəfindən verilmişdir.

İyunun 15-i öz doğum günündə Rövşən Əzizovla birgə ifa etdiyi Ömür Yarpaqlarında trekini yayımlamışdır.

İyulun 4-ü bütün rəqəmsal platformalardan sayca 4-cü albomunu 2006–2015 Sinqllar (Remastered) paylaşılmışdır. Albomun tərkibində PRoMete-nin bu vaxtacan onlayn rəqəmsal musiqi dükanlarında yerləşdirilməmiş trekləri yenidən master edilərək yer almışdır. Albomdakı solo və ya duet ifalar xroniki ardıcıllıqla yığılmışdır. Bütün treklərin sözlərlə video həlləri də düzəldilmiş və youtube-a yerləşdirilmişdir. Albomun üz qabığının dizaynı Amal Əliliyə məxsusdur. Videoların tərtibi Əsgər Rəhimov tərəfindən hazırlanmış sonra isə Vüsal NazimoğluVüsal Rüstəmov tərəfindən tamamlanmışdır.

Avqustun 28-i qızı Sofiyanın ad gününə həsr etdiyi Təbrik trekini canlı olaraq paylaşmışdır. Bu treki o Amerikanın Massaçusets ştatında yaşayarkən paylaşmışdır. Yarım il ABŞ-də yaşadıqdan sonra geri dönən reper uzun müddət trek yazmamış və prodüserlik fəaliyyəti ilə məşğul olmuşdur.

Martın 27-si Uğurun Formulu sinqlını paylaşmışdır.

İyunun 14-ü Sailor ilə birgə ifa etdiyi EŞQ adlı treki yazılı video ilə birgə paylaşılmışdır.

İyunun 28-i Hiss Yığını adlı 2 hissəli klipi paylaşılmışdır. Fərqli musiqilərə, lakin eyni sözlərə malik olan bu sinqllardan birincidə şair Ramiz Rövşənin müsahibələrindən birindən bir hissə skit kimi istifadə edilmişdir. Cazz üslublu musiqinin üstünə yazılıb. İkinci hissə isə daha aqressiv musiqinin üstünə yazılmışdır. Klipin ilk hissəsi Sumqayıt Dövlət Dram Teatrında ikinci hissəsi isə Gürcüstanın Tbilisi şəhərində lentə alınmışdır. Klipin rejissoru Bəhruz Qurbanlı icraçı prodüseri isə Faiq Abdullayevdir.

Oktyabrın 23-ü İkinci Pərdə filminə yazılmış və Rövşən Nicatla birgə ifa olunmuş Gün Doğsa adlı klipi paylaşılmışdır. Trekin musiqisi Rövşən Nicata, sözləri Ramiz Rövşən və PRoMete-yə məxsusdur. Mahnının aranjimanı üzərində İslam Şirvani və PRoMete çalışmışdır. Gitara hissələrini Əhməd Mustafayev, skripka hissələrini isə Çingiz Əliyev çalmışdır. Klipin rejissoru Bəhruz Qurbanlı icraçı prodüseri isə Orxan Mərdandır. Klip Park Cinema kinoteatrlar şəbəkəsinin iMax zalında görüntüyə alınmışdır. Bu trek onlayn olduqdan bir neçə saat sonra PRoMete-nin atası Ramiz İsaqov dünyasını dəyişmişdir. Ramiz İsaqovun Facebook səhifəsində etdiyi son paylaşım da elə bu klip olmuşdur.

Prodüser karyerası

[redaktə | mənbəni redaktə et]

Prodüser kimi bir neçə yerli qrup və reperlərlə çalışıb. (Coco, Offside və sairə). Həmçinin bir çox sinql və sairə treklərin prodüsinqini öz üzərinə götürüb. Ümumi albom kimi isə Əli Xəyyamın "Xamuş" adlı albomunu, Xan və Monk-un HeadSpam albomunu və Uranın Mənasız Şeylər albomunu işləyib. Sailor ilə musiqi prodüseri kimi çalışıb. Hazırda PicMus Production-un baş prodüseridir.

Səs Rejissoru karyerası

[redaktə | mənbəni redaktə et]

Səs rejissoru kimi həm kino, həm musiqi, həm də reklam sahəsində çalışır. Kino sahəsində son illər çəkilmiş filmlərdə səs rejissoru, səs mühəndisi, səs dizayneri kimi fəaliyyət göstərmişdir. Ayrıca səs rejissoru kimi bir çox telekanallarda da fəaliyyət göstərmişdir. (ATV, ANS, Bakıfilm, Space, AzTV)

Səs rejissoru kimi

Aktyor kimi

Sənədli filmlər

İl Buraxılış Klip İfaçı(lar) Rejissor(lar)
2010 15 iyun 40-cı Qapı (40-cı Qapı filminin musiqisi) AlterEgo H. O. S. T (H. O. S. T-un (PRoMete və AiD) iştirakı ilə) Əsgər Rəhimov
27 sentyabr Bura Bakıdır PRoMete (Miri Yusifin iştirakı ilə) Vüsal Nazimoğlu, PRoMete, az-ya
9 noyabr Einstein PRoMete (Qaraqanın iştirakı ilə) Rəşad Kərimli
2011 11 yanvar Aciz İnsan az-ya
02 mart 2012 PRoMete, Qaraqan
18 mart Oyan PRoMete (Günəşin iştirakı ilə) Vüsal Nazimoğlu
18 may Utopiya PRoMete WMI pro
01 noyabr Maraqlı Orxan Məmmədli
2012 01 yanvar İntro Jeyhun Turk-Soy
17 fevral Beşikdən Məzara PRoMete (AiD, Qaraqan və Gültəkin Qaradağlının iştirakı ilə) Fuad İsmayılov
28 mart Açılmasın Səhər PRoMete (AiDQaraqanın iştirakı ilə)
30 noyabr Qəribə Vaxtlar PRoMete (Anar Nağılbazın iştirakı ilə) PRoMete, Vüsal Nazimoglu
2013 11 yanvar AzRap Cypher Uran (PRoMete, L-Mir, Ramil Nabran, Boz (KAP) və Dj Shock-un iştirakı ilə) Eltun Baxışzadə
2014 09 aprel Var Gücünlə Vur PRoMete (Sailor və Alim Qasımovun iştirakı ilə)
23 iyul DəbDəbə PRoMete (Albay Əfəndi və Səbinə Rəhimovanın iştirakı ilə) Kamran Ağabalayev
23 avqust Toxunulmaz Status PRoMete (Uranın iştirakı ilə) Vüsal Nazimoğlu
31 oktyabr Adəm və Həvva Sailor (PRoMetenin iştirakı ilə)
2015 25 fevral Qərənfillər PRoMete (Aqşin Abdullazadə) Vaqif Gözəlov
08 may Mücrü PRoMete (Nara White-ın iştirakı ilə)
2016 08 aprel Otaq PRoMete (Turan Manafzadənin iştirakı ilə) Amal Əlili
2016 28 may Heykəllər PRoMete (AiD-in iştirakı ilə) PRoMete
2017 28 iyun Hiss Yığını 1 & 2 PRoMete Bəhruz Qurbanlı
23 oktyabr Gün Doğsa (İkinci Pərdə) PRoMete (Rövşən Nicatın iştirakı ilə)
2018 24 yanvar Ayrı Rənglər PRoMete (Tomrisin iştirakı ilə) Vüsal Nazimoğlu
2020 7 yanvar Papa PRoMete Emin Əliyev
10 yanvar Ayıb PRoMete (Aminanın iştirakı ilə) Fuad İsmayılov
14 fevral Hisslər Okeanı PRoMete (Dihajın iştirakı ilə) Bəhruz Qurbanlı
26 sentyabr Kimlərə Qaldı Dünya PRoMete (Aminanın iştirakı ilə) Emin Əliyev
2021 24 iyun Get-Gəl Oyunu PRoMete (Tomrisin iştirakı ilə) Emin Əliyev
2022 4 noyabr Mahnılar PRoMete (Hilal Demo, İslam Şirvaninin iştirakı ilə) Emin Əliyev
2024 18 yanvar Anaya Məktub / Bəlkə Də ft. Faiq Ağayev PRoMete (Faiq Ağayevin iştirakı ilə) Nail Naiboğlu
border=none Əsas məqalə: PRoMete diskoqrafiyası

PRoMetenin 2011-ci ildə 14[1], 2013-cü ildə Köhnə mahnılar[2]Yaylıq, 2016-cı ildə isə 2006–2015 Sinqllar adlı 4 albomu eləcə də onlarla sinqlı işıq üzü görüb.

  1. "Arxivlənmiş surət". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-11.
  2. "Arxivlənmiş surət". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]