Əli bəy İsmail bəy oğlu Hacıəlibəyov — Gəncə şəhərinin polismeysteri, Gəncə üsyanının iştirakçısı.[1][2]
Əli bəy Hacıəlibəyov | |
---|---|
Əli bəy İsmail bəy oğlu Hacıəlibəyov | |
6 may 1919 – 30 aprel 1920 | |
Əvvəlki | İsmail bəy Hacıəlibəyov |
Sonrakı | ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat səbəbi | repressiya |
Atası | İsmail bəy Hacıəlibəyov |
Əli bəy İsmayıl bəy oğlu Hacıəlibəyov 1880-ci ildə Gəncədə hərbçi ailəsində anadan olmuşdu. Atası İsmayıl bəy çar ordusunda xidmət etmiş, poruçik rütbəsinə qədər yüksəlmişdir. Əli bəy Gəncə gimnaziyasını bitirmiş, sonra isə Tiflisdə hərbi məktəbə daxil olmuşdur.[1]
Əli bəy Hacıəlibəyov məşhur Hacıəlibəyovlar nəslinin nümayəndəsidir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhər polisində pristav və polismeyster köməkçisi vəzifələrində çalışmışdı. Sonra o, 1919–1920-ci illərdə Gəncə şəhərinin polismeysteri vəzifəsində xidmət göstərmişdi. Əli bəy Hacıəlibəyovun rəisliyi zamanı polismeysterliyin ştatları onun böyük köməkçisindən (1-ci müavini) və köməkçisindən (müavini), katibdən və onun köməkçisindən, mühasib, qeydiyyatçı (həmdə arxivarius) və tərcüməçidən ibarət idi. Əli bəy Hacıəlibəyov Xudadat bəy Rəfibəylinin (1877–1920) Gəncənin general-qubernatoru olduğu dövrdə (6 may 1919–30 aprel 1920) polismeyster vəzifəsində çalışmışdı. O, ictimai asayişin mühafizəsində, cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizədə qətiyyətli fəaliyyət göstərdiyi üçün qubernator tərəfindən dəfələrlə təltif edilmişdir. Əli bəy Hacıəlibəyov Gəncə üsyanının (24 may — 4 iyun 1920-ci il) fəal iştirakçısı idi.
Əli bəy Hacıəlibəyov Stalinin Böyük təmizləmə prosesi zamanı həyatını itirənlərdən biri olmuşdur. O, 1939-cu ildə həyatını itirmişdir.[1]