Əli bin əl-Hüseyn

Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين‎; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür.

Əli bin əl-Hüseyn
ərəb. الأمير علي بن الحسين
Şəxsi məlumatlar
Doğum tarixi (48 yaş)
Doğum yeri Amman, İordaniya
Təhsili Prinston Universiteti
Sandherst kral hərbi akademiyası
Fəaliyyəti İFF prezidenti
Qərbi Asiya Futbol Federasiyasının prezidenti
FİFA-nın vitse prezidenti
Atası Hüseyn ibn Təlal
Anası Aliyə əl-Hüseyn
Həyat yoldaşı Şahzadə Rim əl-Əli
Ailəsi Haşimilər
Dini islam
Rütbəsi general
alibinalhussein.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü.[1]

Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb.[2]

O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu.

Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.[3]

1998-ci ildə Şahzadə Əli Suriya və Türkiyədən adıqların yaşadığı yerə atla səyahətə yollanmışdır ki, dünyada adıq diasporu haqqında məlumatlar artsın. Bu səfərin istiqaməti adıqların soyqırım vaxtı Rusiya İmpreiyasından İorodaniyaya qaçdığı yolla eyni tutulmuşdur.[4][5]

1999-cu ildə Şahzadə Əliyə kral II Abdullanın Kral Qvardiyasında Xüsusi Təhlükəsizlik komandiri vəzifəsi təklif olunur. O, 2008 ilə qədər bu vəzifədə xidmət etdi ta ki, kralın ona Təhlükəsizlik və Böhran vəziyyətlərində İdarəetmə mərkəzini yaratmaq tapşırığını verənə qədər. O, həmçinin İordaniya Kral Film Komissiyasının sədridir.

Şahzadə Əli İordaniya Futbol Assosiasiyasının prezidentidir. O, həmçinin Qərbi Asiya Futbol Federasiyasının həm təsisçisi, həm də prezidentidir və onun rəhbərliyi altında federasiyanın üzv sayısı 13-ə çatıb. Şahzadə Əli Asiya təmsilçisi kimi FİFA Prezidenti olmaq üçün öz namizədliyini 7 oktyabr 2010-da irəli sürmüşdü. Əlinin kampaniyası müxtəlif dəyişilikləri, Asiya ölkələrinin birliyini və onların nüfuzunun artırılmasını təbliğ edirdi. Şahzadə Əli 6 yanvar 2011-də Qətərin paytaxtı Doha şəhərində AFK konqresində keçirilən FİFA vitse-prezidenti vəzifəsinə seçkilərdə qalib gəlmişdi, FİFA vitse-prezidenti kimi Şahzadə Əli hər iki FİFA İcraiyyə Komitəsində və AFK İcraiyyə Komitəsinin üzvü vəzifəsində çalışırdı.

Şahzadə Əli FİFA-nın qadın futbolunda hicaba qadağa qoyan qanunun ləğvi üçün uğurla çıxış edirdi.[6]

Əli bin əl-Hüseyn Rusiyanın (DÇ 2018) və Qətərin (DÇ 2022) Dünya Çempionatlarına ev sahibliyi etmək üçün rüşvət verdiklərini iddia edən Qarsiya məruzəsinin dərc olunmasını tələb edən FİFA rəsmilərindən idi.[7]

FİFA prezidentliyi kampaniyası

[redaktə | mənbəni redaktə et]

Əli 2015 FİFA prezident seçkisində Yozef Blattera uduzdu. Blatter artıq səsvermənin ilk turunda özünə 60-dan çox səs təmin etdi, və bundan sonra ikinci turu gözləməyən Əli öz namizədliyini geri götürdü,

lakin davam edən korrupsiya qalmaqalına görə 2015-ci ilin iyununda Blatter FİFA prezidenti postundan istefasını elan edildikdən sonra,[8] Əli həmən ilin sentyabrında elan etdi ki, o, 2016-cı ildə FİFA prezidenti postuna növbədənkənar seçkilərdə yenidən namizədliyini irəli sürəcək.[9] Əli 27 səslə Canni İnfantino və Salman Bin İbrahim Əl-Xəlifədən sonra ilk turda üçüncü yeri tutdu. İkinci dövrədə şahzadənin səs sayısı xeyli azalaraq 4-ə düşdü, və Əli yenə adı çəkilən duetdən sonraki yeri tutdu.[10]

  1. "İordaniya şahzadəsi FİFA-nın prezidenti olmaq istəyir". 2015-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-29.
  2. "Prince Ali turns 39" Arxivləşdirilib 2014-12-23 at Archive.todayJordan Times.
  3. "Princess Haya". 2010-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-29.
  4. Prince ali trip to kavkaz Arxivləşdirilib 2016-03-14 at the Wayback MachineYouTube. 6 November 2006.
  5. "*The Prince and the 'Noble People' of the Caucasus*". angelfire.com.
  6. "İordaniya şahzadəsi FİFA prezidenti ola bilər [ölü keçid]" Arxiv
  7. "АЛИ БИН АЛЬ-ХУСЕЙН ПОТРЕБОВАЛ ОПУБЛИКОВАТЬ ДОКЛАД О РАССЛЕДОВАНИИ ВЫБОРОВ ЧМ-2018 И 2022" rusfootball (ru)
  8. "Sepp Blatter istefa verdi [ölü keçid]" Sportlife
  9. "İordaniya şahzadəsi Əli ibn Əl Hüseyn yenidən FİFA prezidentliyinə namizəd olacaq [ölü keçid]" APA
  10. "UEFA-nın baş katibi FIFA prezidenti oldu Arxivləşdirilib 2016-04-30 at the Wayback Machine" Trend