Əli ibn İsa ibn Davud ibn Cərrah (859[1][2] – 1 avqust 946, Bağdad) — Abbasilər xilafətində fars əsilli məmur.[3]
Əli ibn İsa ibn Cərrah | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 859[1][2] |
Vəfat tarixi | 1 avqust 946 |
Vəfat yeri | |
Fəaliyyəti | vəzir |
Abbasilər hökumətində uzun müddət xidmət keçmiş ailədən olan Əli ibn İsa Abbasilər sarayında hakimiyyətə yüksəlmiş, 913–917-ci, 918–923-cü və 927–928-ci illərdə vəzir vəzifəsində çalışmışdır. Əli ibn İsanın Abbasilər dövlətinin süqutu ilə nəticlənən tənəzzülü ilə üst-üstə düşən siyasi karyerası keşməkeşli olmuş, rəqibi Əbülhəsən Əli ibn Fərat və onun tərəfdarları ilə tez-tez sürgünlərə səbəb olmuş hakimiyyət mübarizəsi ilə yadda qalmışdır. İbn Fəratın səxavətindən və israfçılığından fərqli olaraq, Əli ibn İsa fitnə-fəsadın sərt və qətiyyətli rəqibi olmuş, bu ona çoxlu düşmənlər qazanmışdır. Buna baxmayaraq, o, sonrakə illərdə idarəetmə üzrə istedadı və dürüstlüyü səbəbindən "yaxşı vəzir" kimi yadda qalmışdır.