Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Vəzir (ərəb. وزير, wazīr sözündən) — müsəlman Şərqinin dövlət və ölkələrində nazir[1][2]və ya ən yüksək rütbəli məmur titulu
İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı.
Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi. İki il sonra – hicri 909 (1503–1504)cu ildə Əmir Zəkəriyyə ilə birlikdə Sultan Əlvənd bəy Ağqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu.
Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq. "Yüksək divan" üzərində nəzarət Qazi Cahan Qəzviniyə etibar edilmiş, sonra isə hicri 931 (1524-1525)-ci ildə vəkil və əmir əl-üməra Div sultan Rumlutərəfindən vəzifəsindən kənar edilmiş, qalaya salınmışdılar. Onun yerinə Mir Cəfər Savəci təyin olundu. Div Sultanın vəziri Ağa Molla Qəzvini, Çuxa sultan Təkəlinin vəziri Xacə Arux (ehtimal ki, Oruc) Savəci kimi ona da hər gün irili-xırdalı bütün işlər barədə Div Sultana, Köpək Sultana və Çuxa Sultana məlumat çatdırmaq əmr edilmişdi34. Güman etmək olar ki, bu, Div Sultanın ustaclı əyanları ilə münasibətləri açıq şəkildə pozulana qədər, 1525-ci ilin bir neçə ayı ərzində dövləti idarə etmiş əmirlər üçlüyünə öz tövsiyələrini hazırlamaq məqsədilə təsis edilmiş üçvəzirin şurası idi. Ağa Mollanın sonrakı fəaliyyəti barədə bizim məlumatımız yoxdur. Lakin əlimizdə məlumatlar vardır ki, Mir Cəfər Savəci və Xacə Arux (yaxud Oruc) bərabər hüquqla birlikdə hicri 938 (1531–1532)-ci ilədək vəzir vəzifəsini tutumuşlar. Həmin ildə Hüseyn xan Şamlı vəkil vəzifəsini zorla ələ keçirmiş, ilk növbədə hər iki vəziri həbs etmiş, 2onların topladıqları çoxlu əmlak və pulları əllərindən almışdı. Çünki 10 ilə yaxın İraqın, Azərbaycanın, Farsın və Xorasanın bütün əmlak və pul işləri bu iki şəxsin əlindən gəlib keçmişdi". Mir Cəfər Savəci edam edildi, Xacə Arux isə işgəncələr nəticəsində öldü35. Hüseyn xanın məmurlarından biri – Əhməd bəy Nur Kamal İsfahani divan-i əla vəziri oldu.
Hicri 940 (1533–1534)-cı ildə Hüseyn xan Şamlının edam edilməsi ilə əlaqədar olaraq Əhməd bəy Nur Kamal vəzifəsindən kənar edildi. Onun əmlakı müsadirə olundu, özünə isə vergi yığanlar (mühəssilan) əzab verdilər. O, Əlincək (Əlincəqala) qalasına salındı, lakin sonra azad edildi. Onun yerində isə Xacə Sədəddin İnayətulla Xuzani əyləşdi38. Xuzani bu vəzifəni bir müddət hicri 942 (1535–1536)-cı ildə yenidən vəzifəsini yerinə yetirməyə başlamış Qazi Cahan Qəzvini ilə birgə tutdu. Lakin Qazi Cahan isə Sədəddin ilə bir yerdə işləyə bilmədi. Sədəddin daim Qazi Cahanı ləkələməyə və rüsvay etməyə cəhd göstərirdi.
Sədəddin hicri 942 /1535)-ci ildə edam edildi. Bundan sonra Qazi Cahan vəzifədə tək qaldı və hicri 957 (1550–1551)-ci ilədək öz vəzifəsini icra etdi. O, ixtiyar yaşında, hicri 960 (1552–1553)-cı ildə Qəzvində vəfat etdi. Bizə elə gəlir ki, vəzir vəzifəsində Qazi Cahanın xələfi Məsum bəy Səfəvi olmuşdur. Onun barəsində ilk dəfə "Əhsən ət-təvarix"də hicri 953 (1546–1547)-cü ildə Ərdəbil mütəvəllisi kimi məlumat verilir. O, həmin ildə adlı-sanlı əmirlər sırasında şahın qiyamçı qardaşı Əlqas Mirzə ilə danışıqlar aparmaq üçün Şirvana göndərilmişdi41. Məsum bəy hicri 958 (1551–1552)-ci ildə qızılbaş dəstəsinin Ərcişə yürüşünə komandanlıq etmişdi. Şahın əyanı, "vəkalət-i şah-i din-pənah"vəzifəsini tutan Məsum bəyin adı ilk dəfə hicri 967 (1559–1560)43-cü ildə, yəni Qazi Cahan vəzir vəzifəsindən kənar olunduqdan 10 il sonra çəkilir. Bu müddətdə digərşəxslərin vəzir (yaxud vəkil) vəzifəsini tutmuş olduğunu bilmirik.
Məsum bəy lələ kimi şahın sevimli oğlu Heydər mirzəyə təhkim olunmuşdu. İskəndər bəy Münşi göstərir ki, Məsum bəy Səfəvi "divan əmiri olub ali vəzarət vəzifəsinə yüksəldilmişdi" və şahdan daim rəğbət görürdü45. "Tarix-i aləm aray-i Abbasi"də əvvəlcə qorçibaşı Sevindik bəy Əfşarın vəziri, "bir müddət keçdikdən sonra isə divan vəziri olmuş" bir şəxsin – Mirzə bəy Əbhərinin adı çəkilir46. Ehtimal etmək olar ki, elə Mirzə bəy də Qazi Cahanın bilavasitə xələfi olmuş, vəzir vəzifəsini davam etmişdi. Şərəf xan Bidlisi göstərir ki, Məsum bəy Səfəvi hicri 976 (1568–1569)-cı ildə vəzir vəzifəsindən imtina etmiş və bu vəzifə Əmir Seyid Şərif Saniyə verilmişdi47. Iskəndər bəy Münşi xəbər verir ki, Məsum bəy Səfəvinin istefasından sonra "bir neçə il ərzində vəzarət müstəqil vəzirdən məhrum olmuşdu".
Hicri 981 (1573–1574)-ci ildə şah 2vəzarət-i divan-i əla" vəzifəsini Xacə Cəmaləddin Əli Təbrizi ilə birgə Seyid Həsən Fərəhaniyə vermişdi. Onlardan hər birinə 500 Təbriz tüməni məbləğində məvacib (mərsum) müəyyən edilmişdi. Budaq Qəzvini əlavə olaraq bildirir ki, "Xorasan, Gilan, İraq, Fars və Kirman Seyid Həsənin, "Azərbaycan Şirvan və Şəki Cəmaləddin səlahiyyətinə Əlinin tabeliyinə verilmişdi. Lakin bir ildən sonra şah onları işdən kənar etdi".
"Vəzarət-i divan-i əla"ya sonrakı ildə təyinat II Şah İsmayılın dövründə hicri 984 (1576)-cü ildə mustoufilik edən Mirzə Şükrulla İsfahaninin simasında olmuşdur51. Lakin şah ondan narazı idi və tezliklə onu işdən kənar edib, Mirzə Salman Cabiri İsfahanini vəzir təyin etdi. Şah "onun ləyaqət və mənsəb dərəcəsini zirvəyə qədər ucaltdı və tapşırdı ki, o, yüksək əmirlərdən heç birisinin qarşısında baş əyməsin"52. Yeni şahın – Məhəmməd Xudabəndənin dövründə Mirzə Salman "Yüksək divanın" vəziri vəzifəsini tutmaqda davam etdi. Ona hətta "Etimad əddövlə" ("Dövlətin etimadı") fəxri adı verildi53. Yuxarıda deyildiyi kimi, o, hicri 991 (1583)-ci ildə qızılbaş əyanlarının sui-qəsdi nəticəsində öldürüldü.
I Şah Abbasa qədər vəzir vəzifəsi sırf mülki vəzifə olmuşdur. O, divanın gəlirinə, habelə bütün əyalətlərdən xəzinəyə daxil olan məbləğlərə və digər "büyutat"a nəzarət edirdi.
İslam aləmində, Abbasilərə gələnə qədər, idari sistem içində rəsmən "vəzir" ünvanı ilə çağrılan bir vəzifəli şəxs olmadığı məlumdur. Hicrətin 132-ci (M. 750) ilində Abbasi Dövləti yaranıb, dövlət və təşkilatlarında tərəqqi görünəndə, xəlifənin işlərini üstünə götürən və ona yardım edən müəssisədə də irəliləyiş hiss edildi. Bu səbəbdən, Abbasilərin ilk xəlifəsi, Əbul-Abbas Abdullah Əs-Səffah (132–136 / 750–754) zamanında, Həmədanlı Əbu Sələmə Hafs ibn Süleyman əl-Hallal (öl.132 / 750) ilk dəfə bu ünvanla vəzifəyə təyin edildi. Bundan sonra bütün Müsəlman dövlətlərdə həmin kəlmə işlədilməyə başlandı.
Həqiqətən də mənbələrdəki məlumatlara görə, Abbasilərin ilk dövrlərində vəzirlər, dövlət idarəsi baxımından böyük səlahiyyətlərə malik idilər. Necəki Harun ər-Reşid (170–193 / 786–809) xəlifə olanda Yəhya ibn Xalid əl-Bərməkiyi çağırıb özünə vəzir təyin etdiyini, dilədiyini vəzifəyə götürə biləcəyini, istədiyini vəzifədən azad edə biləcəyini, bu baxımdan, hər mövzuda tam bir səlahiyyətə sahib olduğunu söyləmişdi.
Bu gün səlcuq dövləti haqqında məlumat yazmaq verilib sizə amma bu sayt yalan yazıb dövlətin bütün işlərini idarə edən orqandır. O, bugünkü nazirliklərə bənzəyən divanlardan təşəkkül olunardı. Hər divanın başında "Sahibi-Divan" ünvanını daşıyan və bugünkü dildə desək bir nazir olardı. Nazirlərin hamısı bir araya gəldiyi zaman böyük divanı (Nazirlər Kabineti) təşkil edirdilər. Elə həmin böyük divanın sədri də bugünkü təbirlə baş nazirdir (vəzir). Demək olar kı, vəzir eyni zamanda nazirlər kabinetinin sədrliyini də yerinə yetirir.
Böyük Səlcuqların bir davamı olan Anadolu Səlcuqlarında da vəzir, vəzifə və səlahiyyət baxımından onlar kimi idi. Ancaq Başqa əyalətlər olmadığı üçün başqa vəzir də yox idi. Anadolu Səlcuqlarında vəzir, Sultandan sonra ən böyük və məsul dövlət adamı idi. Əskəri və texniki işlər bir tərəfə qoyularsa digər bütün idari işlərə o, məsul idi.
Osmanlılarda vəzirlik, daha əvvəlki İslam və Türk dövlətlərində olduğu kimi, tək olduğu zaman vəzir, çox olduqları zaman isə vəziri-əzəm (baş nazir), hökmdarın mütləq vəkili idi. Bu müəssisənin Səlcuqlardan Osmanlılara keçməsi çox təbiidir. Bu müəssisə ilk dəfə Orxan Qazi (1324–1362) zamanında yaradılan divan təşkilatının başına vəzir olaraq bir şəxsin təyin edilməsi ilə başlar.
Padşahın fərmanı ilə vəzifəyə başlayan vəziri-əzəm (baş nazir), vəzifə və səlahiyyət baxımından, padşahdan sonra dövlətin ən böyük idarəçisi idi. Çox səlahiyyətləri olduğu kimi, yükü də çox ağırdı. Osmanlı vəziri-əzəmı (daha sonra sədri-əzəm), dövlət, din, hüquq, təhsil, təlim-tərbiyə, ictimai həyat, iqtisadi həyat, hərbi və s. kimi bütün işlərə məsul olan bir kimsədir. O, padşahın mütləq vəkili olaraq dövlət səviyyəsində ikinci yeri tuturdu.
Sultan Süleyman Qanuninin vəziri Lütfü paşa (1539–1541), vəziri-əzəmlərin əxlaq və ədəblərindən bəhs edərkən onların istər hökmdar, istərsə də xalqa qarşı necə davranmalarının lazım gəldiyini belə izah edir:
"Vəziri-əzəmdə artıq dərəcədə dünya həvəsi olmamalıdır. İşləri öz mənafəyi üçün deyil, Allah Rızası üçün görməlidir. Hər işində Allahın razılığına riayət etməlidir. Çünki bu məqamdan daha yüksək bir məqam yoxdur ki, vəziri-əzəm ona çatmaq üçün çalışsın. Padşaha hər şeyi doğru olaraq söyləməlidir. Güvəndiyi kəslərlə görüşüb vəzifə üçün kimlərin daha liyaqətli olduğunu araşdırmalıdır. Rüşvət ilə heç kimi vəzifəyə gətirməməlidir. Xalqa qarşı çox yaxşı davranmalıdır. Xəstəlik və kasıblıqdan sıxıntı içində olanları axtarmalı və onlara yardım etməlidir. Din və dünya işləri nə qədər bəsit olursa-olsun vəziri-əzəmlər onları, padşaha deməlidirlər. Heç bir şeyi kiçik görüb də qırağa qoymamalıdırlar. İstər sədri-əzəmlər və istərsə də digər vəzirlər, gündə beş vaxt namazı öz evlərində camaatla qılmalıdırlar".
Geniş səlahiyyətləri olan Osmanlı sədri-əzəmlərinin məsuliyyəti də o nisbətdə böyük idi. Məlum olduğu kimi onun məsul olduğu sahələrdə tək başına hökm və qərar verməsi, və bütün dövlət işlərini görməsi ağla sığmazdır. Bu baxımdan bir çox yardımçı işçi işlətmək və onlardan istifadə etmək məcburiyyəti yaranmışdı. Dövlət işlərini divanda görürdü. Divan sübh namazından sonra hökmdar (Fateh Sultam Məmmədə qədər) və ya vəziri-əzəmın başqanlığında toplanırdı.