Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
"Əli və Nino" – Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərən ən böyük kitab şəbəkəsi. Hazırda "Əli və Nino" kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir. Şirkətin sahibi və icraçı direktoru Nigar Köçərlidir. O, 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb[1]. "Əli və Nino" mağazalar şəbəkəsi Bakının bütün böyük ticarət mərkəzlərində, həmçinin Sumqayıt şəhərində toplam 10 mağaza ilə fəaliyyət göstərir.
"Əli və Nino" Mağazalar Şəbəkəsi 40 mindən çox adda Azərbaycan, türk, rus, ingilis, alman və fransız dillərində klassik və müasir kitablar, uşaq kitabları, biznes və psixologiya kitabları, dərsliklər və elmi nəşrlər, bədii kitablar təklif edir. Şəbəkədə həmçinin, incəsənət və dizaynla bağlı kitablar, səyahət bələdçiləri, dəftərxana ləvazimatları, məktəb bazarı, pazllar, stolüstü oyunlar, əlfəcinlər, interaktiv və əyləncəli oyuncaqlar və digər məhsullar var. Şəbəkə 50-dən çox Azərbaycan, türk, rus və xarici nəşriyyatlarla əməkdaşlıqedir: İngiltərənin Penguin, Machmillan, Usborne, DK, Rusiyanın Eksmo, AST, Alpina, Türkiyənin İş Bankası, Epsilon, Pegasus və s. "Əli və Nino" Azərbaycanda Lego, Ravensburger, Clementoni, Trefl, Tactik Games, Hasbro, Mattel və Fujifilm Instax Kameralarınının ən böyük satış təmsilçisidir.
Alinino.az ölkənin ən böyük kitab satış platformasıdır. Bu onlayn mağaza 10 ildən artıqdır ki fəaliyyət göstərir. Alinino.az Azərbaycanda ilk dəfə olaraq onlayn satışda "Özün götür" xidmətini təqdim etmişdir. Hazırda onlayn mağazanın Bakı ərazisində 40-dan çox təhvil məntəqəsi mövcuddur.
"Əli və Nino" Nəşriyyatı əsası 2005-ci ildə qoyulmuş müstəqil Azərbaycan nəşriyyatıdır. Nəşriyyat Azərbaycan klassikasını, dünya uşaq klassikasını, müasir dövrün ən qabaqcıl müəlliflərinin kitablarını Azərbaycan dilində nəşr edir. "Əli və Nino" nəşriyyatı 2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq yerli və gənc yazarlara dəstək məqsədilə Milli Kitab Mükafatı[2](MKM) təsis etmiş, qalib gələn yazıçıların kitablarını təmənnasız olaraq nəşr etmişdir.
Nəşriyyatın ən məşhur kitab seriyaları aşağıdakılardır:
"Qırmızı klassika" seriyası
"Çiçəklənən klassika"
"Dünya ədəbiyyatı klassikləri"
"Azərbaycan klassikləri"
"Mavi klassika"
"Gənclər üçün eksklüziv klassika"
"Dünya uşaq ədəbiyyatı"
"Əli və Nino" nəşriyyatı müxtəlif mövzuları əhatə edən uşaq ensiklopediyaları, xarici və xalq nağıllarımızdan toplular, balacalar üçün öyrədici vəsaitlər də nəşr edir. Bundan əlavə, "Əli və Nino" Nəşriyyatının nəşr etdiyi uşaq kitabları yazarlarının arasında Astrid Lindqren və Roald Dahlın kitabları da yer alır.
"Əli və Nino" mağazalar şəbəkəsi bir neçə ildir ki, Milli Kitab Sərgisininin[3] təşkilatçılarından biridir. Şəbəkə 2021-ci ildən başlayaraq davam edən silsilə tədbirlərdə 4 Milli Kitab Sərgisi (MKS) təşkil etmiş və 120 mindən çox ziyarətçini bir araya gətirmişdir. Tədbirə yerli kitab və nəşriyyat sahəsini əhatə edən qurumlar qoşulur. Bununla yanaşı, müxtəlif xarici yazarlar da qonaq qismində dəvət olunur. Həmçinin milli əl sənəti nümayəndələri də öz əl işlərini satışa təqdim etmək imkanı qazanırlar.