Nigar Köçərli (15 oktyabr 1975, Bakı) — Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi.[1]
Nigar Köçərli | |
---|---|
Doğum tarixi | 15 oktyabr 1975 (49 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | biznes ledi |
Mükafatları |
Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində ailəsində anadan olub. 138 saylı məktəbi gümüş medal ilə bitirib. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997–1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999–2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğul olmağa başlayıb. 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb.[2] Hazırda "Əi və Nino" kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir.
Azərbaycanın ilk müstəqil ədəbiyyat layihəsidir. 2005-ci ildə Nigar Köçərli tərəfindən təsis olunub.[3]
Azərbaycanda artıq on ildən çoxdur ki, aktiv onlayn satış həyata keçirən Alinino.az saytı zəhmətkeş qadınlara sosial dəstək istiqamətli layihə həyata keçirir. Sayt Azərbaycanın hər yerində fəaliyyət göstərən və kiçik bizneslə məşğul olan qadın sahibkarlara öz məhsullarını Alinino.az saytında tamamilə təmannasız, ayrıca onlayn mağaza kimi satışa təqdim etmək imkanı yaradır.[4]
"Əli və Nino" Nəşriyyatı əsası 2005-ci ildə qoyulmuş müstəqil Azərbaycan nəşriyyatıdır. Dünya və Azərbaycan üzrə müasir və klassik əsərlər, uşaq ədəbiyyatı və s. nəşrləri Azərbaycan oxucusuna təqdim edir.[5]
Milli Kitab Sərgisi 2020-ci ildə təsis olunmuşdur, müstəqil nəşriyyatlarının kitab sərgisidir. İldə 2 dəfə keçirilir. Sonuncu dəfə İçərişəhərdə 2023-cü ildə keçirilib. Sərginin təsisçiləri -
Şahbaz Xuduoğlu və Nigar Köçərli.[6]