Əli xan Zahirəddövlə

Əliqulu xan Məhəmmədnasir xan oğlu Dəvəli-Qacar (1864, Tehran1924) — Nasirəddin şahın saray naziri, Nemətullahi təriqətinin şeyxi Səfiəlişahın müridi, sufi, şair.

ƏLİ XAN DƏVƏLİ-QACAR
Əli xan Məhəmmədnasir xan oğlu Dəvəli-Qacar
Digər adı Zəhirəddövlə
Doğum tarixi 1864
Doğum yeri
Vəfat tarixi 1924
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli xan Məhəmmədnasir xan oğlu 1864-cü ildə doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəhirəddövlə ləqəbi daşıyırdı.

Əli xan Nasirəddin şahın saray naziri, eşikağasıbaşısı olmuşdu. Sonra təşrifat vəziri vəzifəsini həyata keçirmişdi. Şahın ondan xoşu gəlirdi. 1880-ci ildə onu qızı ilə evləndirdi.

Nemətullahi təriqətinin mürşidi Mirzə Həsən Səfiəlişah 1898-ci ildə vəfat edəndən sonra Əli xan Zəhirəddövlə onun canişini oldu. 1906-cı ildə HəmədanKirmanşahın valisi təyin olunmuşdu.

Əli xan Zəhirəddövlə 1924-cü ildə vəfat edib.

Əli xan Furuğuddövlə xanım Nasirəddin şah qızı Qovanlı-Qacarla ailə qurmuşdu. Məhəmmədnasir xan adlı oğlu vardı.

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.