Əliağa Kürçaylı

Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) (20 fevral 1928, Kür Qaraqaşlı11 fevral 1980) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979)

Əliağa Kürçaylı
Əliağa Həsənağa oğlu Vəliyev
Doğum adı Əliağa Vəliyev
Təxəllüsü Əliağa Kürçaylı
Doğum tarixi
Doğum yeri Kür Qaraqaşlı, Salyan qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (51 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti şair, dramaturq, tərcüməçi
Fəaliyyət illəri 1946–1980
İlk əsəri Sənin gözlərin (1946)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1980

Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.[1]

Əliağa Kürçaylı böyük xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım ilə ailə qurmuşdur. 1 qızı və 1 oğlu var idi.[2] 1980-ci il fevralın 11-də 51 yaşında vəfat etmişdir.

  1. Vallah Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 16 səh.
  2. Salam, gələcək illər. Bakı: Azərnəşr, 1954, 112 səh.
  3. Səfərə çıxıram, Bakı: Azərnəşr, 1956, 212 səh.
  4. Gözəllik. Bakı: Azərnəşr, 1958, 56 səh.
  5. Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh.
  6. Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, 92 səh.
  7. Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh.
  8. Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh.
  9. Səfərə çıxıram. Bakı: Azərnəşr, 1965, 212 səh.
  10. Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh.
  11. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh.
  12. Yollarda axtar məni (şeirlər və poemalar). Bakı: Gənclik, 1970, 180 səh.
  13. Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh.
  14. Dünya ovcumdadır (şeirlər və poemalar). Bakı: Gənclik, 1976, 243 səh.
  15. Bütövlük (şeirlər və poemalar). Bakı: Yazıçı, 1978, 600 səh.
  16. Ülkər. Bakı: Yazıçı, 1980, 236 səh.
  17. Qəlbin sıxılsa əgər… (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 300 səh.
  18. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh.
  19. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004, 400 səh.
  20. Vətən şeiri Bakı Şərq-Qərb 2031, 631 səh

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(ruscadan)

  1. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1965, 182 səh.
  2. Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik, 1970, 170 səh.
  3. Dante Aligyeri. İlahi Komediya. Bakı: Azərnəşr, 1973, 546 səh.
  4. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1975, 253 səh.
  1. Əhmədov, Teymur. Əliağa Kürçaylı // Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Bakı: Nurlar. 2011. səh. 282.
  2. ""Atamın xatirəsi" layihəsi - Ülfət Kürçaylı". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  3. Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı