Əliağa Hacı oğlu Yasinzadə (1933–2005) — Azərbaycan yazıçısı, publisist, tərcüməçi
Əliağa Yasinzadə | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Qarxun, Quba, Azərbaycan SSR |
Vəfat tarixi | |
Təhsili |
1933-cü ildə Quba rayonunun Qarxun kəndində anadan olmuşdur. İbtidai məktəbi Xaçmaz rayonundakı Ağarəhimoba kəndində, yeddiillik məktəbi Əbilyataq kəndində tərifnamə ilə bitirib, (1953) Bakı statistika texnikumuna daxil olmuş, bir neçə aydan sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Yeddiillik məktəbdə oxuyarkən "Azərbaycan pioneri" qəzetində kiçik həcmli məqalələrlə çıxış etmişdir. Əsgəri xidmət dövründə isə "Qvardeyets" və "Vo slavu Rodinı" hərbi qəzetlərinin xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Ordudan tərxis edildikdən sonra 1956–1959-cu illərdə texnikumda təhsilini davam etdirmiş, 1962–1968-ci illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Elmi Tədqiqatlar Mərkəzinin zabiti olmuşdur.
Həyatının müxtəlif dövrlərində bir sıra mətbu orqanlarda çalışmış, tez-tez ədəbi-bədii və publisistik yazılarla çıxış etmişdir. 20-dək kitabın, çoxsaylı məqalələrin müəllifidir.