Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).
Novruzi Əlibəy | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı |
Mükafatları |
Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.[1].
Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub[1].
"Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb.[1]
Əlibəy Novruzi Sumqayıtın baş memarı olub.[1]
600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur.[1]
Əlibəy Novruzi 2021-ci ildə vəfat edib.[2].