Əlibala Məhərrəmzadə

Əlibala Məhərrəmzadə (tam adı: Əlibala Səttar oğlu Məhərrəmzadə; 9 avqust 1976, Quba) — iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı, Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun yeni rəhbəri[1], Milli Məclisin VII çağırış deputatı.[2].

Əlibala Məhərrəmzadə
Doğum tarixi 9 avqust 1976(1976-08-09) (48 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı
Mükafatları Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni

Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur.

1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir.

1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur.

2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur[3][4].

Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər AkademiyasınınUkrayna Yazıçılar Birliyinin fəxri üzvüdür[5].

Sərbəst auditor olan Əlibala Məhərrəmzadə "Kaspian Audit Kompani" MMC-nin direktorudur[6].

2024-cü il oktyabrın 8-də Azərbaycan - Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[7]

Ailəlidir, dörd övladı var.

  • "Xocalı soyqırımı" (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası)[5][9]. Bakı: "Adiloğlu", 2011;
  • "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası"[10]. Bakı: "Araz", 2011;
  • "Azərbaycanda biznes planının tədqiqi nəzəriyyəsi";
  • "Müqəddəsliyə aparan yol" (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan bu kitabı Sabir Hüseynovun birgə yazdımışdır[11]). Bakı: "Adiloğlu", 2010;
  • "Mələyin təbəssümü";
  • "Bakı üçbucağı" (rus dilində dərc edilən bu detektiv əsər RusiyaUkraynada kifayət qədər oxucu auditoriyası toplamışdır);
  • "Çovdar çörəyi" (roman)[12][13];
  • "Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik" (motivasiya əsəri).
  1. MƏHƏRRƏMZADƏ Əlibala Səttar oğlu
  2. "VII çağırış Milli Məclisin deputatları - SİYAHI". 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
  3. 20 NƏRIMANOV IKINCI SEÇKI DAIRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine. infocenter.gov.az (az.)
  4. 20 NƏRIMANOV IKINCI SEÇKI DAIRƏSİ Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine. infocenter.gov.az (az.)
  5. 1 2 26 fevral 2018-ci il tarixdə Quba "Şahdağ" hotelində Əlibala Məhərrəmzadənin "Xocalı Soyqırımı" kitabının təqdimatı olmuşdur. Arxivləşdirilib 2018-11-10 at the Wayback Machine quba-ih.gov.az, 26.02.2018 (az.)
  6. AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ 9 aprel 2012-ci il tarixli, 230/3 nömrəli QƏRARI Arxivləşdirilib 2022-07-21 at the Wayback Machine. audit.gov.az (az.)
  7. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  8. Əli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olunub [ölü keçid]. milletinsesi.info, 12.11.2018 (az.)
  9. Xocalı soyqırımı Arxivləşdirilib 2018-10-24 at the Wayback Machine. ebooks.az (az.)
  10. Ukraynada "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabının təqdimatı keçirilib (FOTO). trend.az, 24.12.2010 (az.)
  11. S. Əsgərli. Yazıçılar Birliyində. "Ədəbiyyat qəzeti", 26 noyabr 2010, səh. 4. anl.az (az.)
  12. Əli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olundu Arxivləşdirilib 2018-11-14 at the Wayback Machine. moderator.az, 12.11.2018 (az.)
  13. "Çovdar çörəyi" — yazıçı Əlibala Məhərrəmzadənin yeni romanı belə adlanır Arxivləşdirilib 2019-01-31 at the Wayback Machine. azertag.az, 10.11.2018 (az.)