Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əlican sərhəd qapısı — İğdır ilinin Qaraqoyunlu ilçəsində, Türkiyə ilə Ermənistanı bir-birinə bağlayan və aprel 1993-cü ildən xidmətə qapalı vəziyyətdə olan sərhəd qapısı. Qarşısında yer alan sərhəd qapısı da Ermənistanın Armavirdə inzibati bölgəsində yerləşən Margara qəsəbəsində yerləşir. Araz çayının ayırdığı sərhədin təhlükəsizliyi hərbi sərhəd polis bölməsi tərəfindən təmin olunur. Sərhəd qapısına 500 metr məsafədə Aşağıəlican kəndinə bağlı bir əkiləcək tarla olan Orta Əlican bölgəsi yerləşir. Ermənistan tərəfində çay kənarı islah edilmiş vəziyyətdə ikən Türkiyə tərəfində belə bir islah olmaması ucbatından qış aylarında daşan çay polis bölməsin birinci mərtəbəni istifadəyə yararsız hala gətirmişdir.
Qarabağ müharibəsi davam edərkən Türkiyə tərəfindən Ermənistanın Dağlıq Qarabağın işğalına etiraz olaraq aprel 1993-cü ildə mülki keçidlərə qapadılmışdır. 2009-cu ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması naminə müxtəlif addımlar atılarkən sərhəd qapısının açılıb- açılmayacağı gündəmi məşğul etməyə başlasa da münasibətlərin normallaşma prosesinin tezliklə yenidən dayanması ilə sərhəd qapısının açılması gündəmə gəlmədi. Sentyabr 2012-ci ildə Avtomobil Yolları Baş İdarəsi rayonda Əlican sərhəd qapısına qədər olan 7 km asfalt yolu yenidən asfaltladı.